Məhkəmə qərarları › İş №3(034)-76/2022

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-76/2022

17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-76/2022 17.11.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «Kalyon RSY X7 Ticari İşletmesi» şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun nümayəndəsi (vəkili) Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «Kalyon RSY X7 Ticari İşletmesi» şirkətinin Azərbaycan Respublikasındakı filialının mühəndisi Zərərçəkmiş şəxs, Zəngilan rayon prokurorunun böyük köməkçisi X1 iştirakları ilə, xx.xx.1978-ci ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, «Kalyon RSY X7 Ticari İşletmesi» şirkətinin Azərbaycan Respubliksındakı filialının direktoru Ali Durdunun və xx.xx.1990-cı ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, «Kalyon RSY X7 Ticari İşletmesi» şirkətinin Azərbaycan Respublikasındakı filialında mühəndisi işləyən Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair Zəngilan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ali Durdunun və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2022-ci il tarixli qərar üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Zəngilan rayon prokurorluğu məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan rayon prokurorunun böyük köməkçisi X4 izahatında qərarı müdafiə edərək bildirmişdir ki, xx.xx.2022-ci ildə Zəngilan rayon Polis Şöbəsindən xx.xx.1973-cü il təvəllüdlü, Türkiyə Respublikasının vətəndaşı X3 Zəngilan rayonunun inzibati ərazisində fəaliyyət göstərən “Kalyon RSY” şirkətində işləyən zaman sol qolunun saidinin orta 1/3-nin kəsilmiş deşilmiş yarası xəsarəti alması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur. Həmin məlumat xx.xx.2022-ci il tarixdə “Cinayətlər haqqında məlumatların qeydiyyatı” kitabında qeydə alınaraq araşdırmanın aparılması rayon prokurorunun köməkçisi Teyyub Rəfiyevə həvalə edilmişdir. Araşdırma zamanı toplanmış materiallarda hər hansı cinayət tərkibi müəyyən edilmədiyi qənaətinə gəlinərək rayon prokurorunun köməkçisi Teyyub Rəfiyev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Toplanmış materiallar nəzarət qaydasında öyrənilərkən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən ekspert rəyi daxil olmadan rayon prokurorunun köməkçisi Teyyub Rəfiyev tərəfindən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyi müəyyən edilmişdir. Toplanmış materialda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş xətanın olub-olmamasının qiymətləndirilməsi araşdırma üzrə əhəmiyyət kəsb etdiyindən rayon prokurorunun köməkçisi Teyyub Rəfiyev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2022-ci il tarixdə ləğv olunaraq material üzrə əlavə araşdırmanın aparılması və qanunauyğun müvafiq qərarın qəbul edilməsi tapşırılmışdır. 15.10.202-ci il tarixdə rayon prokurorluğuna daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022ci il tarixli, 10/4995 nömrəli ekspert rəyindən görünür ki, Zəngilan rayonu, Ağbənd qəsəbəsi ərazisində tuneldə işlərin görülməsinə cəlb edilmiş X5 xüsusi geyim (konkret halda əllərin və qolların qorunması üçün istifadə edilən əlcək) və digər fərdi mühafizə vasitələri ilə təmin edilmədən işə buraxıldığına görə “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydalarının 12-ci bəndinin və “Fərdi qoruyucu vasitələrdən istifadə təlimatlarının” 24-cü bəndinin tələbləri “Kalyon RSY X9 Ticari İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru tərəfindən, yuxarıda qeyd olunan ərazidə yerləşən tuneldə işlərin aparılması zamanı təhlükəsizlik texnikası təlimatlarının tələblərinə riayət edilməsinə nəzarət etmədiyinə görə vəzifə təlimatının 1-ci bəndinin tələbləri “Kalyon RSY”-nin inşaat briqadiri tərəfindən pozulmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Kalyon RSY X9 Ticari İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durudur. X3 iş rəhbəri (briqadir) isə, həmin şirkətdə mühəndis vəzifəsində işləyən Zərərçəkmiş şəxsdir. Qeyd etdikləri ekspert rəyində öz əksini tapmışdır. Cinayət işinin tərkibi olmadığından cinayət işinine başlanması rədd edilmişdir. Törətdikləri əməl az ağır olduğu üçün əməldə inzibati xətanını tərkibi olmuşdur. Odur ki, direktor Ali Duru və iş rəhbəri (briqadir) vəzifəsində işləyən Zərərçəkmiş şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olduğundan onların təqsirli hesab edilərək cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «Kalyon RSY X7 Ticari İşletmesi» şirkətinin Azərbaycan Respubliksındakı filialının direktoru Ali Durdunun nümayəndəsi (vəkili) Vəkil izahatında bildirmişdir ki, X11 RSY X9 Ticari İşlemesinin direktoru qanuni təmsilçisidir. Şirkətin hüquqi ünvanı Bakı şəhərində yerləşir.Vətən müharibəsindən sonra azad olunmuş ərazilər üzrə bərpa işləri ilə bağlı dövlət səviyyəsində layihələr götürmüş və sifarişlər almış və hazırda yol inşası, dəmir yol inşası, həmçinin dövlət tərəfindən işlərin həyata keçirilməsi ilə məşğuldur. Filial olaraq təxmini 3-5 min arasında işçisi şirkətdə işləyir. Baş ofis özü Türkiyə Cumhuriyyətində yerləşir. 50 ilə yaxın İnşaat sektorunda fəaliyyət göstərən böyük bir şirkətdir. Oturmuş peşəkar şirkətdir. Bu tipli hadisələr şirkətdə əslində İnşaat sahəsində istehsalatda bədbəxt hadisələrdə baş verə bilir. Təbiiki məhkəmə təcrübənizdə də var.Filialın açılması məhz Qarabağ ərazisində olmuşdur. İşin materiallarında şahid ifadələri, məsul şəxslər inzibati icraat aparan şəxslərin ifadələrindən də məlum olur ki, kifayət qədər əmək mühafizəsi qaydalarına əməl olunmuş və iş materiallarına fikir verilsə toplum sənədlər var. Təxminən 1 ilə yaxındır ki, o, bu şirkətə hüquqi yardım göstərir. Peşəkar kadr olaraq onların qanunvericiliyi ilə nəzərdə tutulmuş normalardan, standartlardan əlavə olaraq Türkiyədə fəaliyyətdə olan müəyyən normalar var və olar burda tətbiq olunmur. Formal olaraq nəsə tətbiq etsin ki, bu şirkətdə yoxdur. Türk dilində hazırlanır, sonradan tərcümədə Azərbaycan dilinə tərcümə edilir. Şirkət başa düşür ki, onun işi mühəndisi, fəhləsi, direktorudur. Mümkün olduğu qədər, əllərindən gəldiyi qədər işçilərinin, əməkdaşlarının qayğısına qalmağa çalışıb cəhd edirlər. Təmsil etdiyi şəxs Ali Durdu direktor olaraq Bakı şəhərində olan ofisdə oturur Tikinti sahəsinə sadəcə olaraq işçilərə nəzarət etmək üçün gedib-gəlir. Cənab Prezident sahələrə baş çəkir, o zaman Ali Durduda sahələrə gedib-gəlir. Hər bir şəxsə nəzarəti mümkün deyildir. Mühəndisləri vastəsi ilə nəzarət edir. Ali Durdununda izah etdiyi məsələ onların bütün vəzifələr var və bütün vasitələrlə tam-tamına artıqlaması ilə təmin edirlər. İzahatdan görünür ki, bu vasitələr həmin zərərçəkmiş şəxsə təqdim olunmuş,məlumatlandırılmışdır. İş əsasında şəxsin özünün peşəkarlığını hər zaman hər dəqiqə kontrolda saxlaya bilmərlər. Ola bilər ki, təsadüfən xırda diqqətsizlik səbəbindən qəza baş vermişdir. Amma ekspert rəyindən görünür ki, xəsarətin dərəcəsi yüngüldür. Cinayət işinə çatmır, inzibati xətadır. Ali Durdu hesab edir ki, əsas vəzifəsi olan əmək təhlükəsizliyini təşkil etmək qaydalarına əməl olunmasının təmin olmasını bildirməkdir, qaydalar iş materiallarında var. Həmin qaydalarla tanış olunmuş və mütəmadi olaraq da tanış olunur. Məsul şəxslər mövcuddur ki, əməyin təhlükəsizliyi ümumi qaydalarına nəzarət edirlər. Zərərçəkmiş şəxsin özünün diqqətsizliyindən belə hadisə baş vermişdir.Hesab edirlər ki, Ali Durdu vəzifələrinin öhdəsindən gəlmişdir, Üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir. Bu məsələdə onun təqsiri yoxdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 avqust 2022-ci il tarixli qərar olmuşdur. Hansının əsasında inzibati icraat inzibat xəta başlamışdır. Həmin qərar sonradan ləğv olunmuş və yeni bir qərar qəbul edilmişdir. Amma ilkin olaraq onlar həmin qərarın ləğv olunmasından başlasalar, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixlər arası hesablanarsa 3 aylıq müddət burda ötmüşdür. İnzibati Xətallar Məcəlləsinin 38.1.2-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad etmənin əsasları var. Belə ki, müddətin ötməsi ilə bağlı 3 aylıq müddət dünən artıq bitib başa çatmışdır. Hadisə təxminən aprel ayında baş vermiş, 4 ay üstündən keçdikdən sonra inzibati icraat qəbul olunmuşdur. Məhkəmədən qərar qəbul edəndə bu nüansın nəzərə alınmasını xahiş etdi. Müdafiə etdiyi Ali Durdu üzərinə düşən öhdəliyi yerinə yetirmiş, hal-hazırkı məsələdə özünü təqsirli bilmir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kalyon RSY X7 Ticari İşletmesi» şirkətinin Azərbaycan Respubliksındakı filialının mühəndisi Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, bu işdə özünü təqsirli bilmir. Qəza olduğu vaxtda bu işçi nahar fasiləsində olmuşdur. O, 5 nəfərin üzərində qrup rəhbəridir. Zərərçəkən qaldırılan ləvazimatların əsasında qolunu cızıb yaralamışdır. Daha sonra onların düşərgələrində olan həkimin yanına getmiş, həkim tikişə ehtiyac olduğu üçün Horadizə aparılmasını demişdir. Zərərçəkini Horadizə aparmış, həkim müayinə etmiş və tikişə ehtiyac olmadığını bildirmişdir. Sadəcə cızıq olduğunu demiş və sarğı qoymuşdur. Təkrardan həmin zərərçəkənlə düşərgəyə qayıdaraq işinə başlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatına əlavə olaraq bildirmişdir ki, hər gün işə başlamazdan əvvəl texniki qaydalar izah edilir. Tunel çox isti olur. Yayda yay geyimləri, qışda qış geyimləri olur. Yayda qısa qol, qışda isə uzun qol geyinirlər. Zərərçəkmiş həmin gün formada olmamış, formasını yumağa vermişdir. Onların işçilər tətil olanda evlərinə gedirlər. Onlar tətilə gedəndə düşərgədə paltarların yuyulması ilə bağlı problem olur. Bu hadisə tunelin içində yox, çölündə olmuşdur. Çöldə ləvazimatın qaldırılıb çıxarılmasına kömək etmişdir. Nə qədər nəzarət etsələr də, iş qəzasının hər zaman olma ehtimalı var. O, bu işdə 9 ildir ki, işləyir. Hər cür tədbir almalarına rəğmən bu cür qəzalar ola bilər. İş təlimatları şifahi olaraq deyilir, qeydiyyat aparılmır. Hər səhər onlara diqqətli olmaqları bildirilir. Həftədə 1 dəfə, ayda 1 dəfə, hətta 3 aydan bir olan təlimlər var. Sonda barəsində inzibati xəta aparılan şəxs, törətdiyi əməlddən səmimi peşman olmasını nəzərə alaraq ona bəraət verilməsini xahiş etdi. İş materiallarında olan Zəngilan rayon prokurorunun köməkçisi Teyyub Rəfiyevin xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən görünür ki, Türkiyə Respublikasının vətndaşı Korkmaz Nurinin şikayəti əsasında toplanmış 21-C-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Zəngilan rayon prokuroru Qibləli Kərimovun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında 15 oktyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, 21-C-22 nömrəli material üzrə rayon prokurorunun köməkçisi Teyyub Rəfiyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Zəngilan rayon prokurorunun köməkçisi Teyyub Rəfiyevin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, toplanmış 21-C-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Zəngilan rayon prokuroru Qibləli Kərimovun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 18 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı, «Kalyon RSY X7 Ticari İşletmesi» şirkətinin Azərbaycan Respubliksındakı filialının direktoru vəzifəsində işləyən Ali Durdu, xx.xx.1990-cı il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı, «Kalyon RSY X7 Ticari İşletmesi» şirkətinin Azərbaycan Respublikasındakı filialında mühəndisi işləyən və X3 iş rəhbəri (biriqadiri) olumş Zərərçəkmiş şəxs barəsinldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 xx.xx.2022-ci il tarixli 555 nömrəli ekspert rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Nuri Korkmazda aşkar edilmiş xəsarət-sol saidin orta 1\3nin ön səthində yara bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitdə, o cümlədən xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4995 nömrəli ekspert rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”’nın 11, 12 bəndlərinin, “Fərdi qoruyucu vasitələrdən istifadə təlimatlan”nın 24 bəndinin və “İnşaat briqadirinin əməyinin mühafizəsi qaydaları üzrə təlimafın 1-ci bəndinin tələbləri pozulmuşdur. Zəngilan rayonu, Ağbənd qəsəbəsi ərazisində tuneldə işlərin görülməsinə cəlb edilmiş X3 xüsusi geyim (konkret halda əllərin və qolların qorunması üçün istifadə edilən əlcək) və digər fərdi mühafizə vasitələri ilə təmin edilməməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur.Zəngilan rayonu, Ağbənd qəsəbəsi ərazisində tuneldə işlərin görülməsinə cəlb edilmiş X5 xüsusi geyim (konkret halda əllərin və qolların qorunması üçün istifadə edilən əlcək) və digər fərdi mühafizə vasitələri ilə təmin edilmədən işə buraxıldığına görə, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12-ci bəndinin və “Fərdi qoruyucu vasitələrdən istifadə təlimatları”n 24-cü bəndinin tələbləri “Kalyon RSY X9 Ticari İşetmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru tərəfindən pozulmuşdur. Zəngilan rayonu, Ağbənd qəsəbəsi ərazisində tuneldə işlərin aparılması zamanı təhlükəsizlik texnikası təlimatlarının tələblərinə riayət edilməsinə nəzarət etmədiyinə görə, vəzifə təlimatının 1-ci bəndinin tələbləri “Kalyon RSY”-nin inşaat briqadiri tərəfindən pozulmuşdur (konkret şəxs araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilər). Zəngilan rayonu, Ağbənd qəsəbəsi ərazisində tuneldə işlərin aparılması zamanı öz fərdi təhlükəsizliyini qorumadığına görə, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri X5 tərəfindən pozulmuşdur.İş yerinin şəraiti, təmizliyi və s.bu kimi amillər hadisənin baş verməsinə təsir göstərməmişdir. İş materiallarına əlavə edilmiş 454/22 nömrəli Əmək Müqaviləsinin (kontraktı) surətindən görünür ki, «Kalyon RSY X7 Ticari İşletmesi» şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu ilə Korkmaz Nuri arasında əmək xx.xx.2022-ci il tarixli əmək müqaviləsi, eyni zamanda tərəflər arasında xx.xx.2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, hesab edir ki, Ali Durdunun və Zərərçəkmiş şəxs törətlikləri əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci ildə Zəngilan rayon Polis Şöbəsindən xx.xx.1973-cü il təvəllüdlü, Türkiyə Respublikasının vətəndaşı X3 Zəngilan rayonunun inzibati ərazisində fəaliyyət göstərən “Kalyon RSY” şirkətində işləyən zaman sol qolunun saidinin orta 1/3-nin kəsilmiş deşilmiş yarası xəsarəti alması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur. Kalyon RSY X7 Ticari İşletmesi» şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu ilə Korkmaz Nuri arasında əmək xx.xx.2022-ci il tarixli əmək müqaviləsi, eyni zamanda tərəflər arasında xx.xx.2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.Tərəflər arasında bağlanmış Əmək Müqaviləsinə əsasən X5 xx.xx.2022-ci il tarixdən Zəngilan rayonu, Ağbənd qəsəbəsi ərazisində tuneldə işlərin görülməsinə cəlb edilmişdir.İşçilər xüsusi geyim və digər fərdi mühafiəzə vasitələri ilə təmin edilərək işə buraxılır.Lakin hadisə baş verən zaman məlum olumşdur ki, X5 xüsusi geyim (konkret halda əllərin və qolların qorunması üçün istifadə edilən əlcək) və digər fərdi mühafizə vasitələri ilə təmin edilmədən işə buraxılmış və bununla da “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydalarının 12-ci bəndinin və “Fərdi qoruyucu vasitələrdən istifadə təlimatlarının” 24-cü bəndinin tələbləri “Kalyon RSY X9 Ticari İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru tərəfindən, yuxarıda qeyd olunan ərazidə yerləşən tuneldə işlərin aparılması zamanı təhlükəsizlik texnikası təlimatlarının tələblərinə riayət edilməsinə nəzarət etmədiklərinə görə vəzifə təlimatının 1-ci bəndinin tələbləri “Kalyon RSY X9 Ticari İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durudu və inşaat briqadiri Zərərçəkmiş şəxs tərəfindən pozulmuş və nəticədə 1973-cü il təvəllüdlü Nuri Korkmazın sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət almasına səbəb olumuşlar. Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləinin 198.3-cü madəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Belə ki, Ali Durdu və Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmələri tədqiq olunan sübutlarla, o, cümlədən inzibati xəta törətmiş şəxslərin izahatları və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, Ali Durlunun və Eymen Dalcecin şəxsiyyətlərini, ilk dəfə olaraq inzibati xəta törətmələrini nəzərə alıb hesab edir ki, onların barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Ali Durdu Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. İnzibati xəta törətmiş şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar