Məhkəmə qərarları › İş №3(034)-76/2025

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-76/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-76/2025 06.08.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zəngilan Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X3 iştirakı ilə, xx.xx.1990-cı ildə Zəngilan rayonu, Ağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olan və Zəngilan rayonu, Ağalı kəndi, ev 129-da yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Zəngilan rayonu, Ağalı kəndində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq müqavimət göstərmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X8 protokolu müdafiə edərək, izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zəngilan rayonu, Ağalı kəndində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq müqavimət göstərmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt polis əməkdaşlarının raportu və izahatları ilə təsdiq edilmişdir. İzahatları o, almış, verilmiş ifadələr əsasında izahatları qeyd olunmuşdur. Sonda protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmədən şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bu maddə ilə özünü təqsirli bilməyərək, verdiyi izahatında bildirmişdir ki, o, kafenin yanında olmuş, polis əməkdaşı ilə Vəsfi arasında söz-söhbət getməsini görmüş, yaxınlaşaraq nə olmasını soruşmuş və cavab olaraq ona sən qarışma demişlər. Sonra o, Cahangirbəyliyə getmiş, belə ki, müştərisi olduğu üçün onu aparmış, qayıdıb gəldikdə hələ də mübahisənin davam etməsini görmüşdür. Orada İlqar adlı polis əməkdaşı bütün kənddə var-yox söyüşü söyməyə başlamış, o, da buna dözməyərək yaxınlaşmış və ayıbdı demişdir. İlqar vəzifə başında olsa da, içkili vəziyyətdə olmuşdur. İlqar ona başladıkı söyüb yaxşı edir. Bura gələn polis əməkdaşları orda olmamış, hadisə vaxtı sonradan gəlmiş, indi isə üzünə dayanırlar. Ondan izahatı Rəşad almışdır. Rəşad ona izahata qol çəkməsini, barışıq və hər şeyin yaxşı olacağını bildirmiş, o, da imza etmişdir. İzahatı o, yazmamış, Rəşada inanıb imza etmişdir. O, polis maşınına oturmaq istəməmiş, ona görə də onu polislərin özü polis maşınına otuzdurub polis şöbəsinə aparmışlar. Mübahisə baş verdiyi yerə həmin yerdə işləyən adamlarda yığılmışlar. Polislərin onunla heç bir düşmənçiliyi yoxdur. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, xx.xx.2025ci il tarixdə Zəngilan rayonu, Ağalı kəndində post yoldaşı Təhməzov Təhməzlə xidmətdə olmuş, həmin vaxt bir nəfər şəxslə söhbət etmiş, bu vaxt iki nəfər şəxs onlara yaxınlaşaraq nə olmasını soruşmuşlar. Onlar həmin şəxslərə kənarlaşmağı, öz işləri ilə məşğul olmalarını demişlər. İki nəfər şəxs bir neçə dəqiqə sonra yenidən yaxınlaşmış, nə baş verməsini soruşmuş və onunla mübahisə etməyə başlamışlar. Onlara uzaqlaşmağı, hal-hazırda xidmətdə olmasını və xidməti fəaliyyətlərinə mane olmamalarını demişlər. Onlar bu dediklərinə məhəl qoymayaraq kənarlaşmadıqları üçün onları polis şöbəsinə dəvət etmişlər. Lakin, həmin şəxslər onlarla getməyəcəklərini demiş və onlara qarşı irəli sürdüyü qanuni tələbinə qəsdən tabe olmayaraq müqavimət göstərmişlər. Onların avtopatrul vasitəsilə rayon polis şöbəsinə gətirilməsini qanuni formada təmin etmişlər. Onlar vətəndaşla söbət etmiş, Qeyrət isə bunun mübahisə olmasını düşünmüşdür. Onlar həmin vaxt xidmətdə olmuşlar. Həmin vaxtı polis əməkdaşı İlqar orda olmamışdır. Qeyrət Təhməzə müqavimət göstərdiyi üçün əməkdaşlarını cağırmışdır. Orada Təhməzlə ondan başqa polis əməkdaşı olmamış, onlar kömək çağırandan sonra gəlmişlər. Polislərdən heç kim içkili olmamışdır. Xidmətdə onunla Təhməz olmuşdur. Onlara qarşı zorakılıq edərək polis maşınına əyləşmək istəməmişlər. Onlara fiziki qüvvə tətbiq edib polis maşınına əyləşdirmişlər. Onların işlərinə problem yaratdığı üçün polis bölməsinə dəvət etmişlər. Hadisə Ağalı kəndində yolda baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, xx.xx.2025ci il tarixdə Zəngilan rayonu, Ağalı kəndində post yoldaşı Fərəcov Rəşadla xidmətdə olmuş, həmin vaxt bir nəfər şəxslə söhbət etmiş, bu vaxt iki nəfər şəxs onlara yaxınlaşaraq nə olmasını soruşmuş, onlara kənarlaşmağı, öz işləri ilə məşğul olmamalarını demişdir. İki nəfər şəxs bir neçə dəqiqə sonra yenidən yaxınlaşmış, nə baş verməsini soruşmuş və onlarla mübahisə etməyə başlamışlar. Onlara uzaqlaşmağı, hal-hazırda xidmətdə olmasını və xidməti fəaliyyətlərinə mane olmalarını demişlər. Onlar bu dediklərinə məhəl qoymayaraq kənarlaşmadıqları üçün onları polis şöbəsinə dəvət etmişlər. Lakin həmin şəxslər onlarla getməyəcəklərini demiş və onlara qarşı irəli sürdüyü qanuni tələbinə qəsədn tabe olmayaraq müqavimət göstərmişlər. Onları avtopatrul vasitəsilə rayon polis şöbəsinə gətirilməsini qanuni formada təmin etmişlər. Onların vətəndaşla söhbət etmələrini Qeyrət mübahisə olduğunu düşünmüşdür. Onlar həmin vaxt xidmətdə olmuşlar. Həmin vaxt polis əməkdaşı İlqar orda olmamışdır. Qeyrətlə Vəsfi onlara müqavimət göstərdikləri üçün əməkdaşlarını cağırmışdır. Rəşadla ondan başqa orada polis əməkdaşı olmamış, onlar kömək çağırandan sonra gəlmişlər. Polislərdən heç kim içkili olmamışdır. Xidmətdə onunla Təhməz olmuşdur. Onlara qarşı zorakılıq etdikləri üçün polis maşınına əyləşdimişlər. Onlara fiziki qüvvə tətbiq edib polis maşınına əyləşdirmişlər. Onları işlərinə problem yaratdıqları üçün polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarından heç biri içkili olmamışdır. Orada vətəndaşlar çox idi, lakin adlarını bilmir. X2 səs-küyünə yığışmışdılar. Şəxs həmin inzibati xətanı törətməsi Zəngilan Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X8 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol, şahid ifadələri və iş materiallarında olan digər materiallar ilə tam sübuta yetdiyindən o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbayan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Enyi Məcəllənin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Həbsetmənin əvvəli Şəxs faktiki tutulduğu andan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmənin qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X7 dəvət olunmuş və o, məhkəmə iclasında iştirak edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının müdafiəsinə 3 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Pols İdarəsinin müvəqqəti saxlanma yerinə təhvil verilsin. Qərarın surəti Şəxs və onun vəkilinə təqdim edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 33 (otuz üç) manat məbləğində pul köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar