Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-77/2022 26.10.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Zəngilan rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Cəbrayıl rayonu, Maralyan kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 10, mənzil 29-da məskunlaşmış Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Zəngilan rayon X4 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib edilmiş 26 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, 25 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş rəyə əsasən Şəxs sidiyindən Opiat və marixuana aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi Zəngilan rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 26 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayon, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 14-ün qarşısında polis kiçik serjantı X5iu ilə birlikdə xidmətdə olarkən xidməti ərazidə özünü şübhəli aparan iki nəfər şəxsə yaxınlaşmış, özlərini təqdim etmiş və həmin şəxsləri polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslər onlarla birlikdə polis şöbəsinə gəlmişlər. Şöbədə aydın olmuşdur ki, həmin şəxslər xx.xx.2002-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan X6 və xx.xx.1997-ci il təvəllüdlü Cəbrayıl rayonu Maralyan kəndində qeydiyyatda olan Şəxsdur. Rayon Polis Şöbəsində onlarla xidməti ərazidə baş verib bağlı qalmış xırda talama hadisəsi üzrə sorğu edərkən onların sərxoş vəziyyətdə olması aşkar olunmuş və hər iki şəxs narkotik vasitənin təsiri altında olmasını etiraf etdikləri üçüni onların narkoloji müayinədən keçirilməsi üçün göstəriş vermiş və müayinə zamanı da Şəxs sidiyində marixuana, OPİAT və TNC testləri pozitiv olması aşkarlanmışdır. Sonda protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs həmin inzibati xətanı törətdiyini etiraf edərək, bildirmişdi ki, narkotik vasitə olan marixuana istifadə edir. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, 14 saylı binanın qarşısında dostu Aqillə birlikdə olarkən həmin ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşmış və onları polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onlara xidməti ərazidə baş vermiş xırda talama hadisəsi ilə bağlı suallar verilmiş, lakin onlar özlərini sərxoş halda apardıqlarına görə polis əməkdaşları onları Sumqayıt Narkolroji Dispanserə aparmışlar. Ondan nümunə götürülmüş və sidiyində narkotik vasitə aşkar edilmişir. Hazırda isə törətdiyi əməldən səmimi olaraq peşmandır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin A/1694 saylı xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən Opiat qrupu və marixuana qəbulu faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş İ-5801 nömrəli Azərbaycan Respublikası Medalın Vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2369 nömrəli sərəncamı ilə «Qubadlının azad olunmasına görə» medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş fəxri fərmandan görünür ki, Şəxs Azərbaycan Dövlət siyasətinin həyata keçirilməsində, Azərbaycan Vətəndaş Cəmiyyətinin inkişafında, gənclərin hərbi vətənpərvərlik ruhunun aşılanması istiqamətində göstərdiyi xidmətlərə və şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdiyi diqqət-qayğıya görə Zəfər Bayramı münasibəti ilə Azərbaycan Respublikası Beynəlmiləlçi X8 tərəfindən fəxri fərmanla, 2-ci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının azad olunmasında fəal iştirak etdiyinə görə ölkə rəhbərliyi tərəfindən “Qubadlının azad olunması” orderi ilə təltif olunmuş Şəxs Azərbaycan Respublikasının Şəhid Ailələri, Əlillər və Mühariə Veteranlarının Hüquqlarının X2 Xəzər rayon şöbəsi tərəfindən Fəxri Diplomla təltif edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi tərəfindən tərtib olunmuş 26 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli protokola, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin A/1694 saylı xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu və özünün etirafedici izahatı ilə tam sübuta yetdiyindən və o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsində isə satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, özünün etiraf edici izahatını, səmimi peşman olmasını, 2-ci Qarabağ Müharibəsinin iştirakçısı olmasını, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2369 nömrəli sərəncamı ilə «Qubadlının azad olunmasına görə» medalı, həmçinin fəxri diplom və fərmanla təltif edilməsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-77/2022
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-77/2022
26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver