Məhkəmə qərarları › İş №3(034)-78/2022

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-78/2022

26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-78/2022 26.10.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Zəngilan rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.2002-ci ildə Lənkəran rayonu, Sürük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Lənkəran rayonu, Sürük kəndində qeydiyyatda olan, Abşeron rayonu, Novxanı Ərazi Dairəsi, S.Rüstəm küçəsi, ev 24-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Zəngilan rayon X4 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib edilmiş 26 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, 25 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş rəyə əsasən Şəxs sidiyində marixuana aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi Zəngilan rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 26 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayon, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 14-n qarşısında polis kiçik serjantı X5iu ilə birlikdə xidmətdə olarkən xidməti ərazidə özünü şübhəli aparan iki nəfər şəxsə yaxınlaşmış, özlərini təqdim etmiş və həmin şəxsləri polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslər onlarla birlikdə polis şöbəsinə gəlmişlər. Şöbədə aydın olmuşdur ki, həmin şəxslər xx.xx.2002-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs və xx.xx.1997-ci il təvəllüdlü Cəbrayıl rayonu Maralyan kəndində qeydiyyatda olan X2r. Rayon Polis Şöbəsində onlarla xidməti ərazidə baş verib bağlı qalmış xırda talama hadisəsi üzrə sorğu edərkən onların sərxoş vəziyyətdə olması aşkar olunmuş və hər iki şəxs narkotik vasitənin təsiri altında olmasını etiraf etdikləri üçün onların narkoloji müayinədən keçirilməsi üçün göstəriş vermiş və müayinə zamanı da Şəxs sidiyində marixuana aşkar edilmişdir. Sonda protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs həmin inzibati xətanı törətdiyini etiraf edərək, bildirmişdi ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 14 saylı binanın qarşısında dostu Şamillə birlikdə olarkən həmin ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşmış və onları polis şöbəsinə dəvət etmişlər. Onlar polislərlə birlikdə şöbəyə gəlmişlər. Polis şöbəsində onlara xidməti ərazidə baş vermiş xırda talama hadisəsi ilə bağlı suallar verilmiş, lakin onlar özlərini sərxoş halda apardıqlarına görə polis əməkdaşları onları Sumqayıt Narkoloji Dispanserə aparmışlar. Ondan nümunə götürülmüş və sidyində psixotrop madə olan metamfetamin aşkar edilmişdir, narkotik vasitə olan dərmanı birinci dəfə istifadə etdiyini, 10 gün bundan əvvəl qəbul etdiyini bildirmişdir. Hazırda isə törətdiyi əməldən səmimi olaraq peşmandır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin A/1693 saylı xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən matamfetamin aşkar edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi tərəfindən tərtib olunmuş 26 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli protokola, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin A/1693 saylı xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu və özünün etirafedici izahatı ilə tam sübuta yetdiyindən və o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.Həmin maddənin qeyd hissəsində isə satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, özünün etiraf edici izahıtını, səmimi peşman olmasını, həmçinin ilk dəfə inzibati məsiliyyətə cəlb olunmasını nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti Şəxs və onun vəkilinə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar