Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-78/2024 25.07.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zəngilan rayon prokurorunun köməkçisi X5 iştirakı ilə, xx.xx.1990-cı ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayoun, M.Rüstəmov küçəsi, ev 14, mənzil 15-də qeydiyyatda olan Ertürk X8, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinin tələblərini pozması ilə əlaqədar Zəngilan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ertürk X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərar üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Zəngilan rayon prokurorluğu məhkəməyə müraciət etmişdir. Zəngilan rayon prokurorluğu inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarını onunla əsaslandırmışdır ki, vəzifəli şəxs - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X21 tərəfindən həmin şirkətdə usta kimi işləyən Zərərçəkmiş şəxs əməyin mühafizəsinə dair təlimatlandırılmadan və biliklərinin yoxlanılması təşkil edilmədən qəlib quraşdırılması, beton tökülməsi və izolyasiya xidmətlərinin icra edilməsi ilə bağlı işlərin görülməsinə buraxıldığına görə “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə”nin 4 və 6-cı bəndlərinin tələblərinin pozulması, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:30 radəiərində, Zəngilan rayonu, Mincivan qəsəbəsində işləyərkən sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuş, bununla da, "xxxx" MMC-nin direktoru X21 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunanlar Zərərçəkmiş şəxs, Şahid1, Yaşar Arsunun, Şahid3 və Şahid4 izahatları, xx.xx.2024-cü il tarixli, 6 nömrəli Ağalı Ailə Sağlamlıq Mərkəzindən daxil olan tibbi arayış, Səhiyyə Nazirliyi “MTE və PA” Birliyinin xx.xx.2024-cü il tarixli, 238/MEŞ saylı məhkəmə-tibbi ekspertizası rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü i! tarixli və 3-16-16/2-10/3887 nömrəli məhkəmə-texniki təhlükəsizlik ekspertizası rəyi ilə təsdiq edilir. İş üzrə izahatı alınmış Zərərçəkmiş şəxs rayon prokurorluğuna verdiyi izahatda göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 14:30-da "xxxx" şirkətinin Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində həyata keçirdiyi körpü tikintisi ilə əlaqədar beton keçidlərinin sökülməsi ilə məşğul olduğu vaxt taxtanı həmin beton keçidindən ayıran zaman bərkimiş beton qalığı onun üzərinə düşdüyündən sonuncu burnunun sol keçəcəyindən çapılmış yara xəsarəti almışdır. Zəngilan rayonu, Mincivan qəsəbəsində işləyərkən sonuncu tərəfindən görülən işlərə mühəndislər Tural və Yaşar adlı şəxslər nəzarət etmişlər. Əməyin mühafizəsinə dair qaydalarla bağlı işçilər "xxxx" şirkətində SƏTƏM mühəndisi kimi işləyən Səfalı adlı şəxs tərəfindən hər iş günü səhər saat 07:35-də işə başlamazdan əvvəl tanış edilmiş və “texniki təhlükəsizlik” ilə bağlı qeydiyyat jurnalına imza çəkmişlər. Zərərçəkmiş şəxs şirkət tərəfindən baş qoruyucu tikinti dəbilqələri, eynək, əlcək, qoruyucu ayaqqabı və xüsusi iş geyimi ilə təmin edilsə də, sonuncu xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnən hadisə zamanı eynək istisna olmaqla digər qoruyucu vasitələrdən istifadə etmişdir. Eynək gözlərinin yan tərəflərini sıxdığı üçün həmin vaxt onu çıxarmışdır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs iş yerində xəsarət alması ilə nəticələnmiş hadisəyə səbəb olmuş işin yerinə yetirilməsi göstərişi "xxxx" MMC-də mühəndis kimi işləyən Yaşar Arsu tərəfindən verilmişdir. "xxxx" MMC-də formen kimi işləyən X17 rayon prokurorluğuna verdiyi izahatda göstərmişdir ki, Zəngilan rayonu, Mincivan qəsəbəsində işləyərkən Zərərçəkmiş şəxs tərəfindən görülən işlərə nəzarəti Yaşar Arsu və Şahid3 həyata keçirsələr də, hadisə baş verdiyi tarixdə Tura! Omarov Bakıda olmuşdur. Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnən hadisə zamanı özbaşına heç kəsin göstərişi olmadan qoruyucu eynəyi çıxarmışdır. Hadisə baş verdiyi zaman Zərərçəkmiş şəxs yanında Toğrul adlı işçi olmuşdur. Yaşar Arsu həmin vaxt yaxınlıqda yerləşən digər tuneldəki işlərə nəzarəti həyata keçirmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnmiş hadisəyə səbəb olmuş işin yerinə yetirilməsi göstərişi də Yaşar Arsu tərəfindən verilmişdir. SƏTƏM mühəndisi Səfali İmamquliyev xx.xx.2024-cü il tarixdən etibarən yaxın qohumunun ölümü ilə əlaqədar Kürdəmir rayonunda olduğundan işçilər əmək mühafizəsinə dair qaydalarla bağlı hadisə baş verdiyi tarixdə işçilər Yaşar Arsu tərəfindən təlimatlandırılmışlar."xxxx" MMC-də mühəndis kimi işləyən Şahid3 izahatında göstərmişdir ki, 2023-cü ildən etibarən işi əmək müqaviləsi əsasında mühəndis vəzifəsində işlədiyi "xxxx" MMC iiə "xxxx" MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində alt keçidi tikintisi ilə əlaqədar görülən işlərə nəzarəti həyata keçirməkdən ibarətdir. Zərərçəkmiş şəxs Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində işlədiyi dövrdə sonuncunun fəaliyyətinə nəzarət Yaşar Arsu tərəfindən həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixdə hadisə baş verdiyi zaman Şahid3 hadisə yerində olmadığından Zərərçəkmiş şəxs hansı şəraitdə xəsarət alması barədə məlumatı da olmamışdır. "xxxx" MMC-də SƏTƏM mühəndisi vəzifəsində işləyən Şahid4 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən etibarən "xxxx" şirkətində SƏTƏM mühəndisi vəzifəsində işləmiş, işlədiyi dövrdə Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində "xxxx" şirkətinin sifarişi əsasında "xxxx" MMC-nin həyata keçirdiyi körpü tikintisi ilə əlaqədar görülən işlərdə "xxxx" işçilərini əməyin təhlükəsizliyi qaydaları ilə təlimatlandırmış və işçilər “iş öncəsi təlimat” adlanan qeydiyyat jurnalına imza çəkmişlər. İşçilər həmçinin “Giriş təlimat” və “Yanğın təhlükəsizliyi təlimat”-!a 3 aydan bir onun tərəfindən şifahi şəkildə tanış edilmişdir. Zəngilan rayonu, Mincivan qəsəbəsində işləyərkən Zərərçəkmiş şəxs tərəfindən görülən işlərə "xxxx" şirkəti ilə "xxxx" şirkəti arasında bağlanmış subpodrat müqaviləsi əsasında mühəndis vəzifəsində işləyən Şahid3 nəzarət etmişdir. Lakin hadisə baş verdiyi tarixdə Şahid3 Bakı şəhərində olduğundan, sonuncunu Yaşar Arsu əvəz etmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnmiş hadisəyə səbəb olmuş işin yerinə yetirilməsi göstərişi də Yaşar Arsu tərəfindən verilmişdir. Hadisə baş verən tarixdə Şahid4 yaxın qohumu öldüyü üçün sonuncu xx.xx.2024-cü il tarixdən etibarən Kürdəmir rayonunda olmuşdur. “Protean Construction” şirkətində fəhlə kimi işləyən Şahid1 rayon prokurorluğuna Zərərçəkmiş şəxsla eyni məzmunlu izahat vermişdir. xx.xx.2024-cü il tarixli, 6 nömrəli tibbi arayışdan məlum olur ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə, sat 16:30 radələrində Zəngilan rayonunda yerləşən Ağalı Ailə Sağlamlıq Mərkəzinə müraciət etmiş, sonuncuya “burunun sol keçəcəyinin təxminən 0,5 sm çapılmış yarası” diaqnozu ilə tibbi yardım göstərilmişdir. Səhiyyə Nazirliyi “MTE və PA” Birliyinin xx.xx.2024-cü il tarixli, 238/MEŞ nömrəii məhkəmə-tibbi ekspert rəyində qeyd olunmuşdur ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət: burun nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən müayinədən 2-3 həftə əvvəl əmələ gəlmiş, qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi. Dərəcəsinə görə qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/3887 nömrəli məhkəmə-texniki təhlükəsizlik ekspertizası rəyində qeyd edilmişdir ki, "xxxx" MMC-nin direktoru X21 tərəfindən həmin şirkətdə usta kimi işləyən Zərərçəkmiş şəxs əməyin mühafizəsinə dair təlimatlandırılmadan və biliklərinin yoxlanılması təşkil edilmədən qəlib quraşdırılması, beton tökülməsi və izolyasiya xidmətlərinin icra edilməsi ilə bağlı işlərin görülməsinə buraxıldığına görə “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə”nin 4 və 6-cı bəndlərinin tələbləri pozulmuşdur.İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların rayon prokurorluğu tərəfindən 36-C-24 nömrəli material üzrə aparılmış araşdırma nəticəsində aşkar edilməsidir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə görə, həmin Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. 36-C-24 nömrəli araşdırma materialı üzrə qəbul edilən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs aldığı xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər qrupundan olmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratmır. Odur ki, «Mer İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Ertürk X16 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün adiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan rayon prokurorunun köməkçisi X15 izahatında qərarı müdafiə edərək bildirmişdir ki, vəzifəli şəxs "xxxx" MMC-nin direktoru X22 Ertürk tərəfindən işçi Zərərçəkmiş şəxs hər hansı təlimatlandırma, işlərin yerinə yerinə yetirilməsinə cəlb edilməsində və iş zamanı müvafiq əmək mühafizəsi qaydalarına riayət edilməmiş və hadisənin baş verməsinə səbəb olmuşdur. Belə ki, İXM-nin 192.1-ci və 198.2-ci maddələri ilə nəzərdə tutulan şəxsin aldığı yüngül xəsarətə əsasən vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş edirlər. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs xəsarət alması ilə bağlı prokurorluğa məlumat daxil olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, bu şəxsin işlədiyi işlə bağlı təlimatlandırma olmamışdır. Şəxsin bilikləri yoxlanılmadan təlimatlandırma olmamışdır. ”Mer İnşaat “MMC-nin direktoru tərəfindən inzibati xəta yarandığı üçün inzibati məsuliyyətə cəlb olunur. Şəxs Türkiyə Respublikasında olması barədə onlara məlumat verilmişdir. Sonda məhkəmədən maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxs və iş üzrə şahidlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili isə telefon vasitəsi ilə əlaqə saxlayaraq, işə onların iştirakı olmadan baxılıb qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin iştirakı olmadan baxılmasını mümkün sayır. Belə ki, məhkəmə iclasında iştirakı mümkün olmayan Zərərçəkmiş şəxs Zəngilan rayon prokurorluğunda xx.xx.2024-cü il tarixdə verdiyi izahatda göstərmişdir ki, o, "xxxx" şirkətində xidmət müqaviləsi əsasında həm formen kimi "xxxx" şirkətinin usta və fəhlələri kimi fəaliyyət göstərən işçilərə nəzarəti həyata keçirmiş, həm də usta kimi beton keçidlərinin tikintisi iiə məşğul olmuşdur. O, "xxxx" şirkətində SƏTƏM vəzifəsində işləyən Şahid4 tərəfindən əməyin mühafizəsinə dair qaydalarla bağlı normalar ilə təlimatlandırılmış və “texniki təhlükəsizlik” ilə bağlı qeydiyyat jurnalına imza çəkmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 14:30-da "xxxx" şirkətinin Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində həyata keçirdiyi körpü tikintisi ilə əlaqədar o, beton keçidlərinin sökülməsi ilə məşğul olduğu vaxt taxtanı həmin beton keçidindən ayıran zaman bərkimiş beton qalığı onun üzərinə düşdüyü səbəbindən o, burnunun sol keçəcəyindən çapılmış yara xəsarəti almışdır. xx.xx.2024-cü il tarixdə onun iş yerində xəsarət alması ilə nəticələnmiş hadisəyə səbəb olmuş işin yerinə yetirilməsi göstərişi "xxxx" şirkəti ilə podrat müqaviləsi bağlayan adını bilmədiyi şirkətin mühəndisi X17 tərəfindən verilmişdir. Araşdırmanın sonrakı mərhələdə Zərərçəkmiş şəxs rayon prokurorluğuna xx.xx.2024-cü il tarixdə verdiyi izahatda göstərmişdir ki, Zəngilan rayonu, Mincivan qəsəbəsində işlədiyi dövrdə o, "xxxx" şirkətində usta kimi beton keçidlərinin tikintisi ilə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna verdiyi izahatda o, işlədiyi şirkət barədə səhv məlumat göstərmişdir. Belə ki, 2022-ci ilin aprel ayından etibarən o, "xxxx" şirkətində usta kimi Füzuli, Kəlbəcər rayonlarında xx.xx.2024-cü il tarixdən isə Zəngilan rayonuna ezam olunmuşdur. Usta kimi o, 13 il işlədiyi, yəni kifayət qədər təcrübə topladığı üçün digər usta və fəhlələrə işlə bağlı şifahi məsləhətlər verdiyi üçün o, formen kimi özünü təqdim etmişdir. Lakin o, formen vəzifəsində işləməmiş, "xxxx" MMC-də usta kimi xidmət müqaviləsi əsasında fəaliyyət göstərmişdir. O, "xxxx" MMC-də SƏTƏM vəzifəsində işləyən Şahid4 tərəfindən əməyin mühafizəsinə dair qaydalarla bağlı normalar ilə təlimatlandırılmış və “texniki təhlükəsizlik” ilə bağlı qeydiyyat jurnalına imza çəkmişdir. Lakin hansı səbəbdən onun və "xxxx" şirkətinin digər işçilərin əməyin mühafizəsinə dair qaydalarla bağlı normalar ilə təlimatlandırılması "xxxx" MMC-də SƏTƏM vəzifəsində işləyən Şahid4 tərəfindən həyata keçirilməsi barədə onun məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 14:30da "xxxx" şirkətinin sifarişi əsasında “Mer İnşaat" MMC-nin həyata keçirdiyi Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində körpü tikintisi ilə əlaqədar o, beton keçidlərinin sökülməsi ilə məşğul olduğu zaman taxtanı həmin beton keçidindən ayıran zaman bərkimiş beton qalığı onun üzərinə düşməsi səbəbindən o, burnunun so! keçəcəyindən çapılmış yara xəsarəti almışdır. xx.xx.2024-cü il tarixdə onun xəsarət alması ilə nəticələnmiş hadisəyə səbəb olmuş işin yerinə yetirilməsi göstərişi "xxxx" şirkətində mühəndis vəzifəsində işləyən X17 tərəfindən verilmişdir. Məhkəmə iclasında iştirakı mümkün olmayan "xxxx" MMC-də formen vəzifəsində işləyən X2 rayon prokurorluğunda xx.xx.2024-cü il tarixdə verdiyi izahatda göstərmişdir ki, 2023-cü ilin dekabr ayından etibarən "xxxx" şirkətində əmək müqaviləsi əsasında formen vəzifəsində işləmiş və formen olaraq onun işi fəhlə və ustaların fəaliyyətinə nəzarət etməkdən ibarətdir. İşçilər "xxxx" MMC-də SƏTƏM vəzifəsində işləyən Şahid4 tərəfindən əməyin mühafizəsinə dair qaydalarla bağlı normalar ilə təlimatlandırılmış və “texniki təhlükəsizlik” ilə bağlı qeydiyyat jurnalına imza çəkmişlər. xx.xx.2024-cü il tarixdə saat təxminən 14:30-da "xxxx" şirkətinin Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində həyata keçirdiyi körpü tikintisi ilə əlaqədar Zərərçəkmiş şəxs beton keçidlərinin sökülməsi ilə məşğul olduğu vaxt taxtanı həmin beton keçidindən ayıran zaman bərkimiş beton qalığı sonuncunun üzərinə düşməsi səbəbindən burnunun sol keçəcəyindən çapılmış yara xəsarəti almışdır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnmiş hadisəyə səbəb olmuş işin yerinə yetirilməsi göstərişi onun tərəfindən verilmişdir.Araşdırmanın sonrakı mərhələdə X17 rayon prokurorluğuna xx.xx.2024-cü il tarixdə verdiyi izahatda göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna verdiyi izahatda əvvəllər, yəni 2023-cü ilin iyul ayından həmin ilin noyabr ayına qədər «Proform” şirkətində işlədiyi üçün özünü "xxxx" MMC-nin işçisi kimi təqdim etməklə səhv məlumat vermişdir. O, "xxxx" şirkətində 2023-cü ilin mart ayından hazırkı vaxtadək əmək müqaviləsi əsasında formen vəzifəsində işləyir. "xxxx" şirkətinin rəhbəri X21 xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasına getdiyi üçün sonuncunun vəzifəlrini əmr əsasında deyil, etibarnamə əsasında faktiki olaraq o, həyata keçirmişdir. "xxxx" MMC-nin subrodratçısı kimi "xxxx" şirkəti işçiləri işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Zərərçəkmiş şəxs podratçı şirkət olan "xxxx" MMC-nin işlərini yerinə yetirməsi üçün "xxxx" MMC-nin işçisi olmaqla, həmin şirkət tərəfindən xidmət müqaviləsi əsasında işlərin yerinə yeirilməsinə cəlb edilmişdir. "xxxx" şirkətinin SƏTƏM vəzifəsində işləyən işçisi olmadığından, Zərərçəkmiş şəxs və digər işçilər "xxxx" şirkətinin SƏTƏM vəzifəsində işləyən Şahid4 tərəfindən əməyin təhükəsizliyi qaydaları ilə tanış edilmiş və təhlükəsizliklə bağlı adını xatırlamadığı qeydiyyat jurnalına imza çəkmişlər. xx.xx.2024-cü il tarixdə saat təxminən 14:30-da Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində körpü tikintisi ilə əlaqədar Zərərçəkmiş şəxs beton keçidlərinin sökülməsi ilə məşğul olduğu zaman taxtanı həmin beton keçidindən ayıran zaman bərkimiş beton qalığı sonuncunun üzərinə düşməsi səbəbindən Zərərçəkmiş şəxs burnunun sol keçəcəyindən çapılmış yara xəsarəti almışdır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnmiş hadisəyə səbəb olmuş işin yerinə yetirilməsi göstərişi onun tərəfindən verilmişdir. Məhkəmə iclasında iştirakı mümkün olmayan «Mer İnşaat” MMC-də mühəndis vəzifəsində işləyən Omarov X11 rayon prokurorluğunda verdiyi izahatında göstərmişdir ki, 2023-cü ildən etibarən əmək müqaviləsi əsasında mühəndis vəzifəsində işlədiyi "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində alt keçidi tikintisi ilə əlaqədar görülən işlərə nəzarəti həyata keçirməkdən ibarətdir. Zərərçəkmiş şəxs Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində işlədiyi dövrdə sonuncunun fəaliyyətinə nəzarət "xxxx" MMC-də formen vəzifəsində işləyən X17 tərəfindən həyata keçirilmişdir. İşçilər "xxxx" şirkətində SƏTƏM vəzifəsində işləyən Şahid4 tərəfindən əməyin təhlükəsizliyi qaydaları ilə tanış edilmiş və “texniki təhlükəsizlik” ilə bağlı qeydiyyat jurnalına imza çəkmişlər. "xxxx" MMC-də usta vəzifəsində işləyən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə xəsarət aldığı zaman o, hadisə yerində olmamış, ona görə də, sonuncunun hansı şəraitdə xəsarət alması barədə onun məlumatı olmamışdır. Məhkəmə iclasında iştirakı mümkün olmayan “Protean Construction” şirkətində fəhlə vəzifəsində işləyən Əliyev X4 rayon prokurorluğunda verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdən etibarən “Protean Construction” şirkətində qəlibçi vəzifəsində işləmiş, əvvəllər isə "xxxx" şirkətində eyni vəzifədə işləmişdir. İşçilər "xxxx" şirkətində SƏTƏM vəzifəsində işləyən Şahid4 tərəfindən əməyin təhlükəsizliyi qaydaları ilə tanış edilmiş və “texniki təhlükəsizlik” ilə bağlı qeydiyyat jurnalına imza çəkmişlər. xx.xx.2024-cü il tarixdə saat təxminən 14:30-da "xxxx" MMC-nin Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində həyata keçirdiyi körpü tikintisi ilə əlaqədar Zərərçəkmiş şəxs beton keçidlərinin sökülməsi ilə məşğul olduğu zaman laxtanı həmin beton keçidindən ayıran zaman bərkimiş beton qalığı sonuncunun üzərinə düşməsi səbəbindən Zərərçəkmiş şəxs burnunun sol keçəcəyindən çapılmış yara xəsarəti almışdır. Məhkəmə iclasında iştirakı mümkün olmayan "xxxx" MMC-nin direktoru X1 rayon prokurorluğunda verdiyi izahatında göstərmişdir o, 2020-ci ildən etibarən "xxxx" şirkətində direktoru vəzifəsində işləyir. Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində körpü tikintisi ilə əlaqədar həyata keçirilmiş tikinti işləri "xxxx" YMC ilə "xxxx" MMC arasında bağlanmış subpodrat müqaviləsi əsasında icra c unmuşdur. Həmin müqaviləyə əsasərı "xxxx" MMC sifarişçi qismində Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində körpü tikintisi ilə əlaqədar görülən işləri "xxxx" MMC-nə nəvalə etmişdir. Həmin tikinti işləri getdiyi zaman "xxxx" MMCdən orada yalnız SƏTƏM vəzifəsində işləyən Şahid4 olmuşdur. Bunun səbəbi "xxxx" şirkətində SƏTƏM vəzifəsində işləyən hər hansı işçinin olmamasıdır. Yaşar Arsu, Şahid3, Zərərçəkmiş şəxs və orada işləyən digər işçilər isə "xxxx" MMC-nin işçiləri olmuşdur. "xxxx" MMC-də usta vəzifəsində işləyən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə xəsarət aldığı zaman o, hadisə yerində olmamış, ona görə də, sonuncunun hansı şəraitdə xəsarət alması barədə onun məlumatı olmamışdır. Məhkəmə iclasında iştirakı mümkün olmayan "xxxx" MMC-də SƏTƏM vəzifəsində işləyən Şahid4 Zəngilan rayon prokurorluğunda verdiyi izahatında göstərmişdir ki, o, 03.04,2023-cü il tarixdən etibarən "xxxx" şirkətində SƏTƏM vəzifəsində işləmiş, işlədiyi dövrdə Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində "xxxx" şirkətinin sifarişi əsasında "xxxx" MMC-nin həyata keçirdiyi körpü tikintisi ilə əlaqədar görülən işlərdə "xxxx" işçilərini əməyin təhlükəsizliyi qaydaları ilə təlimatlandırmış və işçilər “iş öncəsi təlimat” adlanan qeydiyyat jurnalına imza çəkmişlər. İşçilər həmçinin “Giriş təlimat” və “Yanğın təhlükəsizliyi təlimat”-la üç aydan bir onun tərəfindən şifahi şəkildə tanış edilmişdir. Zərərçəkmiş şəxs hansı şirkətin işçisi olduğu barədə məlumat verə bilməmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 14:30-da "xxxx" MMC-nin Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində həyata keçirdiyi körpü tikintisi iiə əlaqədar Zərərçəkmiş şəxs beton keçidlərinin sökülməsi ilə məşğul olduğu zaman taxtanı həmin beton keçidindən ayıran zaman bərkimiş beton qalığı sonuncunun üzərinə düşməsi səbəbindən Zərərçəkmiş şəxs burnunun sol keçəcəyindən çapılmış yara xəsarəti almışdır. Zəngilan rayonu, Mincivan qəsəbəsində işləyərkən Zərərçəkmiş şəxs tərəfindən görülən işlərə "xxxx" şirkəti ilə "xxxx" şirkəti arasında bağlanmış subpodrat müqaviləsi əsasında mühəndis vəzifəsində işləyən Şahid3 nəzarət etmişdir. Lakin hadisə baş verdiyi tarixdə Şahid3 Bakı şəhərində olduğundan, sonuncunu X17 "xxxx" şirkətinin formeni əvəz etmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnmiş hadisəyə səbəb olmuş işin yerinə yetirilməsi göstərişi "xxxx" şirkətində formen vəzifəsində işləyən X17 tərəfindən verilmişdir. Məhkəmə Zəngilan rayon prokurorunun köməkçisinin izahatını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Ertürk X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Zəngilan rayon prokurorluğunun müstəntiqi Tamerlan Axundovun xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, toplanmış 36-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Zəngilan rayon prokuroru Qibləli Kərimovun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəzifəli şəxs Ertürk X16 barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə- Tibbi Ekspertiza və X7” X20 tərəfindən verilmiş 238/MEŞ nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət - burun nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən müayinədən 2-3 həftə əvvəl əmələ gəlmişdir, onun tibbi yardım üçün Ağalı Ailə Sağlamlıq Mərkəzinə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. E.E.lsmayılovun bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində qeyd olunan və zərərçəkmiş şəxsin göstərdiyi şəraitə yarana bilərdi İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3887 nömrəli ekspert rəyindən görünür ki, Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində beton keçidlərin sökülməsi işinin əvvəlcədən quraşdırılmış və etibarlı bağlanmış konstruksiyaların və yaxud ayaqaltılarm üzərində aparılmasının təmin edilməməsi hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar «Tikintidə təhlükəsizlik texnikası» iil-4-80 «Tikinti norma və qaydaları»nın 1.29, 2.1, 12.23 bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə»nin 4, 6 bəndlərinin tələbləri pozulmuşdur. X9 əməyin mühafizəsinə dair təlimatlandırılmadan və biliklərinin yoxlanılması təşkil edilmədən qəlib quraşdırılması, beton tökülməsi və izolyasiya xidmətlərinin era edilməsi ilə bağlı işlərin görülməsinə buraxıldığına görə, «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə»nin 4,6 bəndlərinin tələbləri "xxxx" MMC-nin direktoru tərəfindən pozulmuşdur. Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində beton keçidlərin sökülməsi işinin təhlükəsiz aparılması üçün müvafiq texniki tərkibli tədbirlərin görülməsi, o cümlədən həmin işin əvvəlcədən quraşdırılmış və etibarlı bağlanmış konstruksiyaların və yaxud ayaqaitılann üzərində aparılması təmin edilmədiyinə görə, «Tikintidə təhlükəsizlik texnikası» İH-4-80 «Tikinti norma və qaydaiarı»nın 1.29, 2.1 və 12.23 bəndlərinin tələbləri “Mer İnshaat" MMC-nin vəzifə təlimatlarına görə həmin funksiyaları yerinə yetirməli əməkdaş(lar)ı tərəfindən pozulmuşdur.Hadisənin baş vermə səbəb və şəratini nəzərə aldıqda, X9 tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Ertürk X16 tərəfindən həmin şirkətdə usta kimi işləyən Zərərçəkmiş şəxs əməyin mühafizəsinə dair təlimatlandırılmadan, bilikləri yoxlanılmadan o, qəlib quraşdırılması, beton tökülməsi və izolyasiya xidmətlərinin icra edilməsi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş və nəticədə Ertürk X16 tərəfindən “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə”nin 4 və 6-cı bəndlərinin tələbləri pozulmuşdur. Belə ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində, Zəngilan rayonu, Mincivan qəsəbəsində işləyərkən sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuşdur. Bununla da, "xxxx" MMC-nin direktoru Ertürk X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ertürk X8 həmin inzibati xətanı tötərməsi, zərərçəkmiş şəxs, şahid ifadələri və iş üzrə keçirilmiş canlı şəxsin ekspertizası, həmçinin əmək təhlükəsizliyinin tədqiqi ekspertizaları ilə tam sübuta yetmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3887 nömrəli ekspert rəyində X9 əməyin mühafizəsinə dair təlimatlandırılmadan və biliklərinin yoxlanılması təşkil edilmədən qəlib quraşdırılması, beton tökülməsi və izolyasiya xidmətlərinin icra edilməsi ilə bağlı işlərin görülməsinə buraxıldığına görə, «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə»nin 4,6 bəndlərinin tələbləri "xxxx" MMC-nin direktoru tərəfindən pozulması qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Ertürk X8 törətdiyi əməldə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Ertürk X16 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32-33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Ertürk X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-78/2024
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-78/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver