Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-8/2025 21.01.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, X1 iştirakı ilə, X10 «yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərarınının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X16 şikayətlə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş «yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. X16 şikayəti onunla əsaslandırmışdır ki, Zəngilan rayon Polis Şöbəsinin DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsi barədə qərar qəbul edilmiş, qəbul edilmiş inzibati qərarı ilə razılaşmır və qərarı qanunsuz hesab edir. Belə ki, o, X13 Limanında yanğınsöndürən vəzifəsində işləyir. 13 noyabr 2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi **-EL-*** nömrə nişanlı nəqliyyat vasitəsi ilə Zəngilan rayonu, Ağalı kəndindən Zəngilan rayonu X14 gedərkən, Zəngilan rayonu, Alıbəyli kəndi ərazisində yeni çəkilmiş yolda hərəkət olan zaman ondan əvvəldə “Mazda” markalı nəqliyyat vasitəsi hərəkət etmiş, həmin vaxt hava yağışlı və dumanlı olduğundan qarşıda hərəkət edən nəqliyyat vasitəsinin təkərlərindən qopan palçıqlı su damcılarının onun idarə etdiyi nəqliyyat vasitəsinin ön alın şüşəsini tutduğu üçün yolu görmə dəqiqliyi zəifləmişdir. Buna görə də o, yolun sol tərəfinə keçərək hərəkəti davam etdirmiş, bir qədər məsafə qət etdikdən sonra yol döngəli olduğundan qarşısında hərəkət edən “Mazda” markalı nəqliyyat vasitəsinin önündən əks istiqamətdə ona doğru hərəkət edən “Ford” markalı nəqliyyat vasitəsini görmüşdür. Yer sürüşkən olduğu üçün yavaş manevr edərək idarə etdiyi nəqliyyat vasitəsini yolun sağ tərəf hərəkət hissəsinə çəkmək istəsə də, «Ford” markalı nəqliyyat vasitəsi surətlə gəldiyi üçün toqquşma baş vermişdir. Həmin vaxt o, ani şokda olmuşdur. İdarə etdiyi nəqliyyat vasitəsinin əyləci işləmədiyindən nəqliyyat vasitəsi sürüşərək xeyli məsafə qət etmişdir. Maşında ondan başqa heç kim olmamışdır. Toquşma zamanı o və digər avtomobilin sürücüsü də xəsarət almışlar. Hadisə yerinə Zəngilan rayon Polis Şöbəsinin DYPİ-nin əməkdaşları gəlmiş, tqquşma zamanı aldıqları xəsarətlərin ekspert rəyi ilə dərəcələri təyin edilmədiyindən cinayət işinin başlanması təhqiqatçının xx.xx.2024-cü il tarixli qərarı ilə rədd edilmiş və barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın açılması üçün material Zəngilan RPŞ-nin X27 Bölməsinə göndərilmişdir. Yuxarıda da qeyd etdiyi kimi həmin inzibati qərarla razı deyildir. Çünki baş vermiş hadisədə onun heç bir günahı olmadığı halda polis iş üzrə dəqiq araşdırma aparmadan qanunsuz və əsassız bir qərar qəbul etmişdir. Təqdim etdiyi fotoşəkillərdən də görünür. Həmin yerdə heç bir nişan yoxdur. Hadisə “Ford” markalı nəqliyyat vasitəsi tərəfindən törədildiyi halda günahkar o, hesab edilmişdir. Hesab edir ki, qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X16 şikayəti müdafiə edib, şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, inzibati qərarla razı deyil, çünki baş vermiş hadisədə onun heç bir günahı olmadığı halda, polis iş üzrə dəqiq araşdırma aparmadan qanunsuz və əssasız bir qərar qəbul etmişdir. Bu təqdim etdiyi fotoşəkillərdən də görünür. Həmin yerdə heç bir nişan yoxdur. Hadisə “Ford” markalı nəqliyyat vasitəsi tərəfindən törədildiyi halda günahkar o, hesab edilmişdir. Hesab edir ki, qərar ləğv edilməlidir. Ekspertizada isə o, iştirak etmişdir. O, öz yolunda getmiş, heç bir qayda pozuntusu etməmişdir. Sonda isə məhkəmədən qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqan məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan «Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan görünür ki, X16 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X16 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın açılması üçün qərarın surəti Zəngilan Rayon X18 Yol Polisi Bölməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolun surətində görünür ki, hadisə xx.xx.2024-cü il tarixdə saat 09:35 radələrində Əhmədbəyli-Ağbənd avtomobil yolunun Zəngilan-Alıbəyli kənd ərizindən keçən 85-ci kilometliyində baş vermişdir. İş materiallarına əlavə edimiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8/3261 nömrəli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Forte” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə əsasən uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən göstərilən şəraitdə Ford Transit markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA Birliyi» X26 Beyləqan rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2024-cü il tarixli 362/24 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X5 əl pəncəsində sıyrıqlar olmuş, qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomobil salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA Birliyi» X26 Beyləqan rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2024-cü il tarixli 363/24 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X3 gözaltı nahiyəsində qançır fonunda yara olmuş, qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomobil salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA Birliyi» X26 Beyləqan rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2024-cü il tarixli 364/24 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X9 bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA Birliyi» X26 Beyləqan rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2024-cü il tarixli 365/24 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X2 bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA Birliyi» X26 Beyləqan rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2024-cü il tarixli 366/24 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X8 bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA Birliyi» X26 Beyləqan rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2024-cü il tarixli 367/24 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X4 bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Əhmədbəyli-Ağbənd yolunun 85-ci kilometrliyində X12 etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı **-RL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Əhmədbəyli istiqamətində hərəkətdə olarkən qarşı hərəkət zolağı ilə ötmə əməliyyatını həyata keçirən zaman X10 etibarnamə əsasında idarə etdiyi “Kia Forte” markalı **-EL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin gəlməsini görmüş, X10 ötmə əməliyyatını düzgün yerinə yetirsin deyə idarə etdiyi avtomobili öz hərəkət zolağından sağ tərəf çəkmiş, lakin avtomobili yolun sağ tərəfinə çəkməsinə baxmayaraq, X16 idarə etdiyi “Kia Forte” markalı **-EL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə ötmə əməliyyatını düzgün həyata keçirə bilməməmiş, nəticədə yolun sağ hissəsində öz yolu ilə hərəkət edən X6 idarə etdiyi “Ford Transit” markalı **-RL-*** dövlət nömrə nişanlı avtomobilə toqquşmuşdur. Toqquşma nəticəsində hər iki avtomobilinin sürücüsü xəsarət almış, ekspert rəyləri ilə alınmış xəsarətlərin dərəcələri təyin edilməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X16 tərəfindən törədilmiş əməldə inzibati xəta tərikibi olduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, X10 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zəngilan rayon X18 X19 «yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsinə əsas ola biləcək hallar olmadığından qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X10 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zəngilan rayon X18 X19 «yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-8/2025
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-8/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver