Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-81/2022 05.12.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovna sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zəngilan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər baxılması üçün Zəngilan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə inzibati protokol tərtib edilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş barəsində inizibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta törətmiş Şəxs cərimə və dəbbə pulu üzrə borcunu ödədiyindən inzibati məsuliyyətindən azad olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Web portalı çıxarışdan görünür ki, Şəxs tərəfindən EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə və dəbbə pulu tam olaraq ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeydinə əsasən Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,114-114, 128,129,130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinsin. Şəxs cərimə borcunu ödədiyinə görə inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-81/2022
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-81/2022
05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver