Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-81/2024 24.07.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 və onun vəkili Vəkil, Zəngilan rayon prokurorunun köməkçisi X6, X1 iştirakları ilə, xx.xx.1973-cü ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Türkiyə Respublikasının Artvin şəhərində qeydiyyatda olmaqla, müvəqqəti olaraq Zəngilan rayonunun 115-ci kilometrində yerləşən “Kalyon RSY” şirkətinə məxsus yaşayış düşərgəsində yaşayan X13, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələblərini pozması ilə əlaqədar Zəngilan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraatın başlanması haqqında 28 iyun 2024-cü il tarixli qərar üzrə barəsinə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Zəngilan rayon prokurorluğu məhkəməyə müraciət etmişdir. Zəngilan rayon prokurorluğu inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 28 iyun 2024-cü il tarixli qərarını onunla əsaslandırmışdır ki, fiziki şəxs - "Kalyon RSY" şirkətində briqada nəzarətçisi kimi X3 xx.xx.2024-cü il tarixdə, saat 11:00 radələrində, Zəngilan rayonunun təxminən 120-ci kilometrində tikintisi “Kalyon RSY” tərəfindən həyata keçirilən tuneldə işçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin etmədiyinə görə, sonuncu tərəfindən “Briqada nəzarətçisinin vəzifə təlimatının 2.11-ci bəndinin tələbinin pozulması eyni şirkətdə qaynaqçı kimi işləyən X9 işləyərkən sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuş, bununla da briqada nəzarətçisi Resul Özbek Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunanlar “Kalyon RSY” şirkətinin işçiləri Tuncay Özyerin, Şahid1, Yaşar Albayrakın, Resul Özbekin, Levent Hacıalıoğlunun və X22 izahatları, xx.xx.2024-cü il tarixli, 18-1-36/2-584/2024 nömrəli Füzuli Rayon Mərkəzi Xəstəxanasından daxil olan tibbi arayış, xx.xx.2024-cü il tarixli, 1569/85-24 nömrəli Xüsusi Müalicə Sağlamlıq Kompleksindən daxil olan tibbi arayış, Müdafiə Nazirliyi “MTE və PA” Mərkəzinin Füzuli regional MTE bölməsinin xx.xx.2024-cü il tarixli, 995 nömrəli məhkəmə-tibbi ekspertizası rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/4207 nömrəli məhkəmə-texniki təhlükəsizlik ekspertizası rəyi və cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar ilə təsdiq edilir.İ ş üzrə izahatı alınmış qaynaqçı Tuncay Özyer rayon prokurorluğuna verdiyi izahatda göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 11:00 radələrində Zəngilan rayonunun təxminən 120-ci kilometrində yerləşən tikintisi “Kalyon RSY” şirkəti tərəfindən həyata keçirilən tunelin bünövrəsini təşkil edən dəmir hissələrini “forklift” adlı insan daşıyan teleskopik çəngəlli yükqaldırıcının (səbətli kranın) “səbət” adlanan hissəsində hündürə qaldırılaraq elektrik əl maşını (laqonda) ilə kəsərkən sonuncunun yanında, yəni həmin texnikanın səbətində “Kalyon RSY” şirkətinin işçisi, Türkiyə Respublikası vətəndaşı X28 öz işini görmüşdür. Bu zaman səbətli kran yelləndiyindən hər 2 işçi müqavimətlərini itirərək kranın “səbət” adlanan hissəsinin dəmir künclərinə dəymişlər. X22 əlində hər hansı alət və ya əşya olmadığından sonuncu dəmirlərdən tutaraq xəsarət almamışdır. Tuncay Özyerin əlində həmin vaxt elektrik əl maşını (laqonda) olduğundan dəmirləri tuta bilməmiş, bu səbəbdən də sol döş qəfəsinin səbətin dəmir küncünə dəyərək əzilməsi nəticəsində xəsarət almışdır. Hadisə baş verən zaman Tuncay Özyer mühafizə vasitəsi kimi qoruyucu üz sipərindən istifadə edərək tunelin bünövrəsini təşkil edən dəmir hissələri kəsdiyi üçün arxaya baxmadığından səbətli kranın hansı səbəbdən yellənməsi barədə məlumatı yoxdur. SƏTƏM mühəndisi Şahid1 rayon prokurorluğuna təqdim etdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə baş verən hadisə nəticəsində Tuncay Özyer həmin insan daşıyan teleskopik çəngəlli yükqaldırıcınının operatorunun səhvi ucbatından xəsarət almışdır. Belə ki, əgər həmin insan daşıyan teleskopik çəngəlli yükqaldırıcının “səbət” adlanan hissəsində işçi hündürlüyə qaldırılmışdırsa, bu zaman sözügedən texnika hərəkətə gəlməmişdən əvvəl səbətin endirilməsi üçün səbətin qolu yığılmalı, səbət yerə endirilməli, operator səbətdəki işçinin səbəti tərk etdiyindən əmin olmalı, işçi səbəti tərk etdikdən sonra həmin texnikanın ön qolları yığılmalı və yalnız bundan sonra operator texnikanı hərəkətə gətirməlidir. Buna baxmayaraq, Tuncay Özyer insan daşıyan teleskopik çəngəlli yükqaldırıcınının “səbət” adlanan hissəsinda, hündürlükdə iş gördüyü zaman, operator səbəti yerə endirmədən hərəkətə gətirmiş, bu zaman həmin texnikanın arxa təkərləri yerdən təxminən 20-30 sm yuxarı qalxmışdır. Bu səbəbdən də, Tuncay Özyer səbətdə xüsusi təhlükəsizlik kəmərini taxmasına baxmayaraq, səbətin dəmir künclərinə dəyərək xəsarət almışdır. Yükləyib-boşaldan maşın operatoru Yaşar Albayrak rayon prokurorluğuna verdiyi izahatda göstərmişdir ki, Tuncay Özyer xx.xx.2024-cü il tarixdə saat təxminən 11:00 radələrində Zəngilan rayonu ərazisində tunelin bünövrəsini təşkil edən dəmir hissələrini sonuncunun idarə etdiyi səbətli kranın “səbət” adlanan hissəsində hündürə qaldırılaraq elektrik əl maşını (laqonda) ilə kəsərkən Tuncay Özyerin növbəti dəmiri kəsməsi üçün Yaşar Albayrak həmin texnikanı hərəkətə gətirərək təxminən 2 metr məsafədə irəlilədiyi zaman sözügedən texnikanın arxa təkərləri daşa dəydiyi üçün yerdən təxminən 20 sm yuxarı qalxdığından Tuncay Özyer müqavimətini itirmiş, həmin səbətin dəmir küncünə dəymiş və sol döş qəfəsinin əzilməsi nəticəsində xəsarət almışdır. Yaşar Albayrak idarə etdiyi səbətli kranın “səbət” adlanan hissəsində Tuncay Özyer və X28 işləyən zaman sonuncular səbəti tərk etmədən eyni hündürlükdə saxlayaraq texnikanı hərəkətə gətirməklə və yerdəki daşa fikir vermədən irəliləməklə təhlükəsizlik qaydalarını pozmuşdur. Briqada nəzarətçisi Resul Özbek rayon prokurorluğuna verdiyi izahatda göstərmişdir ki, sonuncu hadisə zamanı tuneldə səbətli krandan təxminən 50 metr uzaqlıqda digər işlərə nəzarət etmişdir. Yaşar Albayrak idarə etdiyi səbətli kranın “səbət” adlanan hissəsində Tuncay Özyer və X25 texnikanın ön qollarını yerə dayaq məqsədli bərkitmədən hündürlüyə qaldırmaqla, sonuncular tərk etmədən səbəti eyni hündürlükdə saxlayaraq texnikanı hərəkətə gətirməklə və yerdəki daşa fikir vermədən irəliləməklə təhlükəsizlik qaydalarını pozmuşdur. X12 və tunel işçisi X28 rayon prokurorluğuna Tuncay Özyerlə eyni məzmunlu izahatlar vermişlər. xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna daxil olmuş eyni tarixli, 18-1-36/2-584/2024 nömrəli tibbi arayışdan məlum olur ki, Tuncay Özyer xx.xx.2024-cü il tarixdə Füzuli rayonunda yerləşən Füzuli Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, sonuncuya “döş qəfəsinin əzilməsi” diaqnozu ilə tibbi yardım göstərilmişdir. xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna daxil olmuş eyni tarixli, 1569/85- 24 nömrəli tibbi arayışdan məlum olur ki, Tuncay Özyer xx.xx.2024-cü il tarixdə Bakı şəhərində yerləşən Xüsusi Müalicə Sağlamlıq Kompleksinə müraciət etmiş, sonuncuya “Döş qəfəsi və bel-omanın sol yarısının əziyi, sol tərəfli X qabırğanın sınığı” diaqnozu ilə tibbi yardım göstərilmişdir. xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna daxil olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi “MTE və PA” Mərkəzinin Füzuli regional MTE bölməsinin xx.xx.2024-cü il tarixli 995 saylı ekspert rəyində X9 aldığı xəsarətin qərarın təsviri hissəsində qeyd olunan şəraitdə və müddətdə yarana biləcəyi və ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər qrupuna aid olması göstərilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4207 nömrəli məhkəmə-texniki təhlükəsizlik ekspertizası rəyində qeyd edilmişdir ki, "Kalyon RSY" şirkətində briqada nəzarətçisi kimi X3 tunel tikintisinin aparıldığı iş sahəsində işçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin etmədiyinə görə, sonuncu tərəfindən “Briqada nəzarətçisinin vəzifə təlimatının 2.11-ci bəndinin tələbi pozulmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların rayon prokurorluğu tərəfindən 43-C-24 nömrəli material üzrə aparılmış araşdırma nəticəsində aşkar edilməsidir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə görə, həmin Məcəllənin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. 43-C-24 nömrəli araşdırma materialı üzrə qəbul edilən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Tuncay Özyerin aldığı xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər qrupundan olmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratmır. Odur ki, barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Zəngilan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan rayon prokurorunun köməkçisi X15 inzibati xəta haqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək, izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə “Kalyon RSY” şirkətinin işçisi X9 Zəngilan rayonu ərazisində iş zamanı xəsarət alması ilə bağlı xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Araşdırma zamanı müvafiq şəxslərdən izahatlar alınmış, sorğular verilmiş, məhkəmə tibbi və məhkəmə texniki təhlükəsizlik ekspertizalarının keçirilməsi haqqında qərarlar qəbul edilmişdir. Tuncay Özyer xx.xx.2024-cü il tarixdə saat təxminən 11:00 radələrində Zəngilan rayonu ərazisində tunelin bünövrəsini təşkil edən dəmir hissələrini sonuncunun idarə etdiyi səbətli kranın səbəti adlanan hissəsində hündürə qaldırılaraq elektrik əl maşını (laqonda) ilə kəsərkən Tuncay Özyerin növbəti dəmiri kəsməsi üçün Yaşar Albayrak həmin texnikanı hərəkətə gətirərək təxminən 2 metr məsafədə irəllədiyi zaman sözü gedən texnikanın arxa təkərləri daşa dəydiyi üçün yerdən təxminən 20 sm yuxarı qalxdığından Tuncay Özyer müqavimətini itirmiş, həmin səbətin dəmir küncünə dəymiş və sol döş qəfəsinin əzilməsi nəticəsində xəsarət almışdır. Yaşar Albayrakın idarə etdiyi texnikanın səbətində 2 nəfərin birlikdə iş görməsi hərhansı bir təhlükəsizlik qaydasına zidd olmamışdır. xx.xx.2024-cü il tarixdə Tuncay Özyerin xəsarət alması ilə nəticələnən hadisə baş verən zaman səbətli kranın ön qolları dayaq üçün yerə bərkidilməmişdir. Səbətli krandan istifadə qaydaları texnikanın səbəti hadisə baş verən zaman qaldırılan hündürlüyə, yəni təxminən 5 metr məsafəyə qaldırdığı zaman ön qolların yerə dayaq məqsədli bərkidilməsini tələb etmir. Yaşar Albayrak idarə etdiyi səbətli kranın “səbət” adlanan hissəsində Tuncay Özyer və X28 işləyən zaman sonuncular səbəti tərk etmədən eyni hündürlükdə saxlayaraq texnikanı hərəkətə gətirməklə və yerdəki daşa fikir vermədən irəlləməklə təhlükəsizlik qaydalarını pozmuşdur. Sonda məhkəmədən inzibati xəta törətmiş şəxs X16 maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X19 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, Zəngilan rayonun təxminən 120-ci kilometrində yerləşən tunel tikintisi ilə bağlı həmin tunelin bünövrəsini təşkil edən dəmir hissələrini forklift adlı insan daşıyan səbətli kranın səbət adlanan hissəsində hündürə qaldırılaraq elektrik əl maşını ilə kəsərkən səbəti kran yellədiyindən Tuncay Özyer və X28 müqavimətlərini itirərək üzərində olduqları səbətin dəmir künclərinə dəymişlər. Bu zaman X22 əlində hər-hansı bir alət və əşya olmadığı üçün o, həmin səbətin künclərindən tuta bilsə də, Tuncay Özyer səbətin dəmir künclərinə dəyərək sol döş qəfəsinin əzilməsi nəticəsində xəsarət almışdır. Sonuncu hadisədən təxminən 15 dəqiqə sonra Zəngilan rayonunun 115-ci kilometrində yerləşən və daha sonra isə 22-ci kilometrində yerləşən “Kalyon RSY” şirkətinə məxsus tibb müəssələrinə aldıqları xəsarətlə əlaqədar müraciət etmiş, növbəti gün xx.xx.2024-cü il tarixdə “Kalyon RSY” şirkətində həkim kimi işləyən tibb işçisinin müşayiəti ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına xəsarətlə bağlı müraciət edərək tibbi yardım almışlar. O, orda formen işləyir. Hər gün əməyin mühafizəsinə dair qaydalarla təlimatlandırma olur. İş bitəndən sonra Tuncay Özyer əlindəki laqondanı yerə qoysaydı hadisə olmazdı. Hər iki tərəfdə də günah görür, işlərində diqqətsizlik olmasaydı hadisədə olmazdı. Tuncay Özyerə nə lazımdırsa etmişlər, xəstəxanaya yerləşdirib müalicəsini almışdır. Hadisə qəsdən olmamış, neçə illərdir ki, onlarla bir yerdə işləyirlər. Hadisə olandan sonra hadisə baş verən yerə getmişdir. O, makinanı arxa-arxaya vermək üçün göstəriş verməmişdir. Sonda isə məhkəmədən işə xitam veriməsini və ədalətli qərar çıxrılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirmişdir ki, hadisə günü işə başlamamışdan öncə bütün tədbirlərini almışlar. “Kalyon RSY” şirkətində qaynaqçı kimi işləyən X2 rayonunun təxminən 120-ci kilometrində yerləşən tunel tikintisi ilə bağlı həmin tunelin bünövrəsini təşkil edən dəmir hissələrinin onun idarə etdiyi “forklift” adlı insan daşıyan teleskopik çəngəlli yükqaldırıcının səbət adlanan hissəsində hündürə qaldırılaraq elektrik əl maşını ilə kəsərkən növbəti dəmiri kəsməsi üçün həmin texnikanı hərəkətə gətirərək təxminən 2 metr məsafədə irəllədiyi zaman sözügedən texnikanın arxa təkərləri yerdən təxminən 20 sm yuxarı qalxdığından Tuncay Özyer və sonuncunun yanında, yəni kranın səbətində iş görən həmin şirkətin işçisi X28 müqavimətlərini itirərək üzərində olduqları səbətin dəmir künclərinə dəymişlər. Bu zaman Tuncay Özyerin əlində elektrik əl maşını olduğu üçün sonuncu səbətli kranın səbət hissəsinin dəmir künclərindən tuta bilməmiş, sol döş qəfəsinin həmin səbətin künclərinə dəyərək əzilməsi nəticəsində xəsarət almışdır. Hadisənin hansı vaxtda olmasını xatırlamır. Onlara işin görülmə qaydasını hər gün formen verir. Tuncay Özyerin əlində elektrik əl maşını olduğu üçün sonuncu səbətli kranın səbət hissəsinin dəmir künclərindən tuta bilməmişdir. Onlara hər gün işlə təlimatlandırma verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, Zəngilan rayonun təxminən 120-ci kilometrində yerləşən tunel tikintisi ilə bağlı həmin tunelin bünövrəsini təşkil edən dəmir hissələrini forklift adlı insan daşıyan səbətli kranın səbət adlanan hissəsində hündürə qaldırılaraq elektrik əl maşını ilə kəsərkən səbəti kran yellədiyindən Tuncay Özyer və o, müqavimətlərini itirərək üzərində olduqları səbətin dəmir künclərinə dəymişlər. Bu zaman onun əlində hər-hansı bir alət və əşya olmadığı üçün o, həmin səbətin künclərindən tuta bilsə də, Tuncay Özyer səbətin künclərinə dəyərək sol döş qəfəsinin əzilməsi nəticəsində xəsarət almışdır. Hadisə zamanı o heç bir xəsarət almamışdır. Tuncay Özer səbətli kranın səbət hissəsində hündürə qaldırılaraq elektrik əl maşını ilə kəsərkən növbəti dəmiri kəsməsi üçün həmin texnikanı hərəkətə gətirərək təxminən 2 metr məsafədə irəlilədiyi zaman sözügedən texnikanın arxa təkərləri yerdən təxminən 20 sm yuxarı qalxdığından müqavimətini itirmiş, həmin səbətin dəmir küncünə dəymiş və sol döş qəfəsinin əzilməsi nəticəsində xəsarət almışdır. Tuncay Özyerin aldığı xəsarətin texniki səbəbi həmin səbətli kranın yellənməsi olmuşdur. Makinanın neçə ton olması barədə məlumatı yoxdur, bilmir. O, makinanı arxaarxaya verəndə onlarla sözlə deyil, göz-gözə gəlib nə edəcəyini bildirir. 15 ildir ki, bu işi görür, işə çıxarkən bilir ki, çox məsuliyyətli olmalıdır, çünki qəza ölümlədə nəticələnə bilər. Əhvalı olmayan zaman o,işə çıxıb işləmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, hadisə zamanı o, orda olmamış, SƏTƏM mühəndisi kimi onun fəaliyyəti Zəngilan rayonunun 101- 123.5 kilometrliyini əhatə edən ərazidə təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etməkdən ibarətdir. Əgər həmin insan daşıyan teleskopik çəngəlli yükqaldırıcının səbət adlanan hissəsində işçi hündürlüyə qaldırılmışdırsa, bu zaman sözü gedən texnika hərəkətə gəlməmişdən əvvəl səbətin endirilməsi üçün səbətin qolu yığılmalı, səbət yerə endirilməli, operator səbətdəki işçinin səbəti tərk etdiyindən əmin olmalı, işçi səbəti tərk etdikdən sonra həmin texnikanın ön qolları yığılmalı və yalnız bundan sonra operator texnikanı hərəkətə gətirməlidir. Tuncay Özyer xəstəxanadan daxil olan məlumatda qeyd edildiyi kimi hündürlükdən yıxılaraq yox, hündürlükdə yəni səbətli kranın səbət adlanan hissəsində həmin qurğu hərəkət edərək yelləndiyindən müqavimətini itirdiyi üçün həmin səbətin dəmir künclərinə dəyərək sol döş qəfəsinin əzilməsi nəticəsində xəsarət almışdır. Kəmər taxdıqları üçün həmin işçi yerə düşməmişdir. Tuncay Özyerin xəsarət alması ilə nəticələnən hadisə baş verən zaman sonuncunu hündürlükdə saxlayan texnikanın arxa təkərlərinin yerdən təxminən 20-30 sm yuxarı qalxmasının səbəbi həmin texnikanın hündürlükdə saxladığı səbətində işçi olan zaman təhlükəsizlik qaydalarına əməl etmədən hərəkət etməsidir. Hadisə yerini əlbətdə ki, görmüşdür. Düz divardı sadəcə orda metal boruları kəsirlər. Tuncay Özyer əlindəki laqondanı yerə qoyub tutunsaydı hadisə baş verməzdi. Ən təhlükəsizlik o olardı ki, işçilər ilk öncə səbəti tərk etməli idilər. Əlbətdəki orda təhlükəsizlik qaydalarını yerinə yetirmək olardı. Məhkəmə iclasında iştirakı mümkün olmayan iş üzrə zərərçəkmiş şəxs X10 Zəngilan rayon prokurorluğunda verdiyi izahatı elan edilmiş və o, izahatında bildirmişdir ki, xx.xx.2023cü it tarixdən etibarən Zəngilan rayonu ərazisində “Kalyon RSY” şirkəti ilə bağladığı əmək müqaviləsi əsasında qaynaqçı kimi işləyir. Qaynaqçı kimi onun fəaliyyəti Zəngilan rayonunun təxminən 120-ci kilometrində tikintisi “Kalyon RSY’’ şirkəti tərəfindən həyata keçirilən tuneldə qaynaq işlərinin görülməsindən ibarətdir. O, xx.xx.2024-cü il tarixdə saat təxminən 11:00 radələrində həmin tunelin bünövrəsini təşkil edən dəmir hissələrin “forklift adlı insan daşıyan teleskopik çəngəlli yükqaldırıcının (səbətli kranın) “səbət” adlanan hissəsində hündürə qaldırılaraq elektrik əl maşını (laqonda) ilə kəsərkən yanında, yəni həmin texnikanın səbətində “Kalyon RSY” şirkətinin işçisi, Türkiyə Respublikası vətəndaşı X28 öz işini görmüşdür. Bu zaman səbətli kran yelləndiyindən o və yanında işləyən X28 müqavimətlərini itirərək kranın “səbət” adlanan hissəsinin dəmir künclərinə dəymişdir. X22 əlində hər-hansı alət və ya əşya olmadığından sonuncu dəmirlərdən tutaraq xəsarət almamışdır. Onun əlində həmin vaxtı elektrik əl maşını (laqonda) olduğundan dəmirləri tuta bilməmişdir. Bu səbəbdən də, sol döş qəfəsi səbətin dəmir küncünə dəyərək əzilməsi nəticəsində xəsarət almışdır. Hadisədən təxminən 15 dəqiqə sonra Zəngilan rayonunun 115-ci kilometrində yerləşən və daha sonra isə 22-ci kilometrində yerləşən “Kalyon RSY” şirkətinə məxsus tibb müəssisələrinə aldığı xəsarətlə əlaqədar müraciət etmişdir. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə “Kalyon RSY” şirkətinin tibb müəssisələrində işləyən həkimlərin göstərişinə əsasən “Kalyon RSY” şirkətində həkim kimi işləyən adını bilmədiyi tibb işçisinin müşayiəti ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına xəsarətlə bağlı müraciət edərək tibbi yardım almışdır. O, “Kalyon RSY” şirkəti ilə bağladığı əmək müqaviləsi əsasında fəaliyyət göstərir. Qaynaqçı kimi onun fəaliyyəti Zəngilan rayonunun təxminən 120-ci kilometrində tikintisi “Kalyon RSY” şirkəti tərəfindən həyata keçirilən tuneldə qaynaq işlərinin görülməsindən ibarətdir. Zəngilan rayonu ərazisində işləyən zaman tərəfindən görülən işlərə “Kalyon RSY” şirkətində briqada nəzarətçisi vəzifəsində işləyən Türkiyə Respublikası vətəndaşı Resul Özbek tərəfindən həyata keçirilmiş və işlə bağlı göstərişlər sonuncu tərəfindən verilmişdir. Onun xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnən işin görülməsi ilə əlaqədar göstəriş “Kalyon RSY" şirkətində briqada nəzarətçisi vəzifəsində işləyən Resul Özbek tərəfindən verilmişdir. Əməyin mühafizəsinə dair qaydalarla bağlı normalar mövcuddur və bu qaydalara o, da daxil olmaqla şirkət işçiləri ayda azı iki dəfə həm şifahi, həm yazılı, həm də praktiki olaraq adlarını bilmədiyi şirkət işçiləri tərfindən tanış edilib təlimatlandırılırlar. Əməyin mühafizəsinə dair qaydalarla bağlı təlimatların nəzərdə tutulduğu müvafiq jurnallar mövcuddur və həmin jurnallara təlimatda iştirak etməyi və qaydalarla tanış olması ilə əlaqədar imza çəkir. Əməyin mühafizəsinə dair qaydalarla əlaqədar təlimatlandırılarkən ona qaynaqçı kimi qaynaq işləri görən zaman qarşılaşa biləcəyi hadisələr, bu zaman təhlükəsizliklə bağlı görülməli olan tədbirlər və gördüyü işlə bağlı digər diqqət edilməli olan nüanslar izah edilmiş, yanğınsöndürmə tədbirlərinin həyata keçirilməsi üsulları ilə əlaqədar praktiki təlimlər keçirilmişdir. O, şirkət tərəfindən qaynaqçı kimi gördüyü işlə əlaqədar dəbilqə, qoryucu üz sipəri, jilet, işlə bağlı təhlükəsizlik kəməri, qoruyucu əlcək, qoruyucu iş ayaqqabısı ilə təmin edilir. Hadisə baş verən zaman sadaladığı hər bir qoruyucu vəsaitdən habelə sözügedən texnikaya bağlı olan xüsusi təhlükəsizlik kəmərindən isfadə etmişdir. Xüsusi təhlükəsizlik kəməri səbətli kranın “səbət” adlanan hissəsindən yıxılmamaq üçün görülmüş tədbirdir. O, səbətin daxilində dəmir küncə dəyərək xəsarət aldığından təhlükəsizlik kəmərinin bağlı olması xəsarətin qarşısını ala bilməmişdir. O, xx.xx.2024-cü il tarixdə saat təxminən 11:00 radələrində həmin tunelin bünövrəsini təşkil edən dəmir hissələrini səbətli kranın “səbət" adlanan hissəsində hündürə qaldırılaraq elektrik əl maşını ilə (laqonda) kəsərkən sözügedən qurğu yelləndiyindən müqavimətini itirmiş, həmin səbətin dəmir küncünə dəymiş və sol döş qəfəsinin əzilməsi nəticəsində xəsarət almışdır. O, xəstəxanadan daxil olan məlumatda qeyd edildiyi kimi hündürlükdən, yəni səbətli kranın “səbət” adlanan hissəsində həmin qurğu yelləndiyindən mqavimətini itirdiyi üçün həmin səbətin dəmir künclərinə dəyərək sol döş qəfəsinin əzilməsi nəticəsində xəsarət almışdır. Hadisə baş verən zaman “Kalyon RSY” şirkətinin digər işçiləri Zəngilan rayonun təxminən 120-cl kilometrində yerləşən və tikintisi “Kalyon RSY» tərəfindən həyata keçirilən tuneldə iş görsələr də, yalnız “Kalyon RSY” şirkətində tunel işçisi vəzifəsində işləyən Türkiyə Respublikası vətəndaşı X28 adlı şəxs onun xəsarət alması ilə nəticələn hadisəni görmüşdür. Onları hündürlükdə saxlayan texnikanın səbətində 2 nəfərin, yəni Kaan Korakoçla onun birlikdə iş görməkləri hər-hansı bir təhlükəsizlik qaydasına zidd olub-olmaması barədə məlumatı yoxdur. Tərəfindən görülən işlərə nəzarəti həyata keçirən "Kalyon RSY” şirkətində biriqada nəzarətçisi vəzifəsində işləyən Türkiyə Respublikası vətəndaşı Resul Özbek xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş hadisə zamanı ondan təxminən 40-50 metr uzaqlıqda digər işlərə nəzarət etmişdir. Hadisə zamanı səbətli kran “Kalyon RSY” şirkətində yükləyib-boşaldan maşın operatoru kimi işləyən Türkiyə Respublikası vətəndaşı Yaşar Albayrak tərəfindən idarə edilmişdir.xx.xx.2024-cü il tarixdə baş verən hadisə nəticəsində aldığı xəsarətin texniki səbəbi həmin səbətli kranın yellənməsi olmuşdur. Yaşar Albayrak ona öz səhvi ucbatından hadisənin baş verdiyini qeyd edərək üzr istəsə də, o, iş gördüyü üçün Yaşar Albayrakın hansı qaydaları necə pozması ilə bağlı məlumatı yoxdur. Hadisə baş verən zaman o, mühafizə vasitəsi kimi qoruyucu üz sipərindən istifadə edərək tunelin bünövrəsini təşkil edən dəmir hissələri kəsmiş, bu zaman arxaya baxmadığından səbətli kranın hansı səbəbdən yellənməsi barədə məlumatı yoxdur. İş materiallarında olan «cinayət işinin başlanmasının rədd edilməsi haqıqnda» xx.xx.2024cü il tarixli qərardan görünür ki, toplanmış 43-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan «inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəzifəli şəxs X13 barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 tərəfindən verilmiş 1083 nömrəli canlı şəxsin ekspertizasının ekspert rəyindən görünür ki, T.E.Özyerin almış olduğu xəsarət-döş qəfəsi və bel olmanın sol yarsının əziyi, sol tərəfli X qabırğanın sınığı-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiyi müddətdə (xx.xx.2024) və şəraitdə verilməsi inkar olunmur, dərəcəsinə görə sağlamlığn uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/4207 nömrəli, xx.xx.2024-cü il tarixli əmək təhlükəsizliyi tədqiqi ekspertizası rəyindən görünür ki, Zəngilan rayonunda tunel tikintisinin aparıldığı iş sahəsində istifadə olunan “forklift" adlı insan daşıyan teleskopik çəngəlli yükqaldincının (səbətli kranın) səbətində adamların olduğu vəziyyətdə yükqaldırıcının yerdəyişməsinin həyata keçirilməsi hadisənin baş verməsinə səbəb olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Kalyon RSY” şirkətinin “Azerbaycan projeleri işyerinde uyulacaq temel iş sağlığı ve iş güvenliği ve çevre kuralları taahhutnamesfnln “Manitou (teleskobik yükləyici) istifadəsində aşağıdakı-qaydalara riayət olunmalıdır” başlığının 48-ci bəndinin, “Yükləyib-boşaldan maşın operatoru” nun vəzifə təlimatının 2.6 bəndinin və “Briqada nəzarətçisinin vəzifə təlimatının 2.11 bəndinin tədəbləri pozulmuşdur. Zəngilan rayonunda tunel tikintisinin aparıldığı iş sahəsində istifadə olunan “forklift" adlı insan daşıyan teleskopik çəngəlü yükqaldırıcının (səbətii kranın) səbətində adamların olduğu vəziyyətdə yükqaldıncınm yerdəyişməsini həyata keçirdiyinə görə, vəzifə təlimatının 2,6 bəndinin və “Kalyon RSY" şirkətinin “Azerbaycan prpjeleri işyerinde uyulacaq temel iş sağlığı ve iş güveniiği ve çevre kuralları taahhutnamess”nin ‘Manitou (teleskobik yükləyici) istifadesində aşağıdakı qaydaiara riayət olunmalıdır“ başlığının 48-ci bəndinin tələbləri hadisə ərəfəsində yükqaldırıcını idarə etmiş X14 tərəfindən pozulmuşdur. Zəngilan rayonunda tunel tikintisinin aparıldığı iş sahəsində işçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin etmədiyinə görə, vəzifə təlimatının 2.11 bəndinin tələbləri həmin işlərin görülməsinə rəhbərlik etmiş “Kalyon RSY İnşaat adi ortaklığı ticari işletmesi" şirkətinin Azərbaycan Respublikasındakı filialında briqada nəzarətçisi X3 tərəfindən pozulmuşdur. Normativ aktların pozulması ilə baş vermiş hadisə arasında bilavasitə səbəbli əlaqənin olubolmamasının müəyyən edilməsi hüquqi xarakterli məsələ olmaqla ekspert səlahiyyətindən kənardır. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda Tuncay Özyer tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "Kalyon RSY" şirkətində briqada nəzarətçisi kimi X3 xx.xx.2024-cü il tarixdə, saat 11:00 radələrində, Zəngilan rayonunun təxminən 120-ci kilometrində tikintisi “Kalyon RSY” tərəfindən həyata keçirilən tuneldə işçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin etmədiyinə görə, sonuncu tərəfindən “Briqada nəzarətçisinin vəzifə təlimatının 2.11-ci bəndinin tələbinin pozulması eyni şirkətdə qaynaqçı kimi işləyən X9 işləyərkən sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuş, bununla da briqada nəzarətçisi Resul Özbek Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xətanın X19 tərəfindən törədilməsi onun özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə, həmçinin ekspert rəyləri ilə tam sübuta yetmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X19 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32-33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs X19 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-81/2024
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-81/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver