Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-84/2024 26.08.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid6, Zəngilan rayon prokurorluğunun müstəntiqi X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozması barədə Zəngilan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərar üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Zəngilan rayon prokurorluğu Zəngilan Rayon Məhkəməsinə müraciət etmişdir. Zəngilan rayon prokurorluğu xx.xx.2024-cü il tarixli qərarını onunla əsaslandırmışdır ki, hüquqi şəxs Şəxs- onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi- direktor Şahid6 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün MMC-nin qanuni təmsilçisi səlahiyyətləri həyata keçirilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi qeydiyyata alınmadan, həmin bildiriş əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs Zərərçəkmiş şəxs 2024-cü ilin yanvar ayından xx.xx.2024-cü ilədək olan müddət ərzində Zəngilan rayonu ərazisində tikinti sahəsində usta kimi işlərin yerinə yetirilməsinə cəlb edilərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətası törədildiyindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar Şəxs MMC-nin işçiləri Zərərçəkmiş şəxs, Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 izahatları, rayon prokurorluğu tərəfindən sorğu məktubu əsasında tələb edilən əmək müqaviləsi, vəzifə təlimatları və digər təşkilatı sənədlərin təqdim edilməməsinə dair xx.xx.2024-cü il tarixli arayış, “X1 Sistemin”dən əldə edilmiş Zərərçəkmiş şəxs X8 sorğusu ilə təsdiq olunur. İş üzrə izahatı alınmış Zərərçəkmiş şəxs rayon prokurorluğuna verdiyi izahatda göstərmişdir ki, 2024-cü ilin yanvar ayından etibarən Zəngilan rayonu ərzisində Şəxs MMC-də fəhlə kimi işləmişdir. Fəhlə kimi fəaliyyəti işğaldan azad olunmuş ərazilərdə şnek avadanlıqların həmin avadanlıqları torpağın qazıntısı üçün işlək vəziyyətə salan “Sadko” adlı texnikaya quraşdırmaqdan ibarətdir. Şəxs MMC-də işlədiyi dövrdə iş saatları 09:00-da başlayıb 17:00-da bitir. Sonuncu tərəfindən görülən işlərə nəzarət Şəxs MMC-də geoloq kimi işləyən Camal adlı şəxs tərəfindən həyata keçirilmişdir. Əmək mühafizəsinə dair qaydalarla Şəxs MMC-də işləyən Zərərçəkmiş şəxs və digər işçilər həmin şirkətdə geoloq vəzifəsində işləyən Camal adlı şəxs tərəfindən hər iş günü şifahi şəkildə tanış edilmiş, adını bilmədiyi jurnallara təlimatlandırılmaya dair imza çəkmişdir. Mühəndis-geoloq Şahid1 izahatında göstərmişdir ki, o, Şəxs MMC-də təxminən 2020-ci ildən etibarən mühəndisgeoloq vəzifəsində işləyir və mühəndis-geoloq olaraq onun işi quyuların qazılması, quyulardan süxur nümunələrinin götürülməsi, labatoriyaya təhvil verilməsindən ibarətdir. ”Geo-qazma” MMC-nin əsas fəaliyyət sahəsi işğaldan azad olunmuş ərazilərdə tikinti sahəsində geoloji-qazıntı işlərinin görülməsindən ibarətdir. Şəxs MMC-də qazmaçı köməkçisi kimi işləyən Quliyev X5 rayonu, Ağalı kəndi ərazisində işlədiyi dövdə sonuncu tərəfindən görülən işlərə nəzarət həmin şirkətdə mühəndis-geoloq kimi işləyən Şahid5 tərəfindən həyata keçirilmiş və işlə bağlı göstərişlər sonuncu tərəfindən verilmişdir. Şəxs MMC-nin digər işçiləri Şahid5 Xaləddin oğlu, Şahid4 Abbas oğlu, Şahid2 Möhbət oğlu və Şahid3 rayon prokurorluğuna Şahid1 ilə eyni məzmunlu izahatlar təqdim etmişlər. Şəxs MMC-nin direktoru Şahid6 izahatında göstərmişdir ki, o, 2016-cı ildən etibarən sözügedən şirkətin direktoru vəzifəsində işləyir. Sonuncu direktoru olduğu Şəxs MMC-də qazmaçı köməkçisi kimi işləyən Zərərçəkmiş şəxslə Şəxs MMC arasında əmək müqaviləsinin bağlandığını, hansı səbəbdən “X1 Sistemində “X8” elektron sorğusunda Zərərçəkmiş şəxs əmək müqaviləsinin olmamasının müəyyən edildiyi barədə məlumatların olmadığını, yaxın günlərdə həmin əmək müqaviləsini və bildirişi rayon prokurorluğuna təqdim edəcəyini bildirmişdir. Eyni zamanda, direktor Şahid6 rayon prokurorluğuna Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə təlimatlandırılmasına dair “əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə iş yerində ilkin və təkrar təlimatların qeydiyyatı” və “X6” jurnallarını imzaladığını təsdiq edən sənədlər təqdim etmişdir. Mühasib Şahid7 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs 2024-cü ilin yanvar ayından etibarən Şəxs MMC tərəfindən geoloji-qazıntı işlərinin yerinə yetirilməsinə cəlb edilsə də, sonuncu ilə MMC arasında əmək müqaviləsi bağlanmamışdır. Zərərçəkmiş şəxslə Şəxs MMC arasında müqavilə bağlandığı zaman şirkət rəhbərliyi bu formada işlərin yerinə yetirilməsi üçün işçi ilə əmək müqaviləsinin bağlanmasının zəruri olduğunu bilməmiş, yalnız şifahi razılıq əsasında Zərərçəkmiş şəxs qazmaçı köməkçisi kimi işlərin görülməsinə cəlb edilmişdir. “X1 Sistemin”dən əldə edilmiş X8 sorğusundan görünür ki, Şəxs MMC ilə Zərərçəkmiş şəxs arasında bağlanan əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə qüvvəyə minmişdir. Belə ki, sonuncu həmin tarixədək əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İnternet Vergi İdarəsi”nin “Kommerrsiya qurumlarının dövlət reyestri məlumatları haqqında” elektron sorğusundan görünür ki, vətəndaş Şahid6 Şəxs MMC-nin direktorudur (qanuni təmsilçisidir). İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların rayon prokurorluğu tərəfindən 47-C-24 nömrəli material üzrə aparılmış araşdırma nəticəsində aşkar edilməsidir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli 96-VQ nömrəli Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən baxıldığı göstərilsə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, həmin Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş haln istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 47-c-24 nömrəli araşdırma materialı üzrə qəbul edilən xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs aldığı xəsarət dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid olduğundan və sonuncu texniki təklükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydanın pozulması nəticəsində deyil, öz ehtiyatsızlığı səbəbindən qeyri iş şəraitində xəsarət aldığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən həmin fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi yaratmır. Odur ki, Şəxs MMC barəsində Azərbycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyatı üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan rayon prokurorluğunun müstəntiqi X9 izahatında qərarı müdafiə edərək bildirmişdir ki, Zəngilan rayon prokurorluğundan göndərilən məktuba görə Zərərçəkmiş şəxs xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə sistemə əlavə edilmiş, 01 apreldə isə işçi sistemə daxil edilməmişdir. Hər işçinin verdiyi izahat onun özünün dediyi sözlərindən yazılır. Sonda prokurorluğun nümayəndəsi məhkəmədən hüquqi şəxs Şəxs Zərərçəkmiş şəxs 2024-cü il yanvar ayından 11 may 2024-cü ilə qədər Zəngilan rayonu ərzisində tikinti sahəsində usta kimi işlərə cəlb etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Zəngilan rayon prokurorunun böyük köməkçisi X3 izahatında qərarı müdafiə edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs 2024-cü ilin yanvar ayından 11 may 2024-cü ilə qədər olan müddətdə Şəxs tərəfindən əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb edilmiş, 5 ay ərzində şəxsin əmək müqaviləsi olmamışdır. Hadisə baş verəndən sonra şəxslə əmək müqaviləsi 11 may 2024-cü ildə bağlanmışdır. 5 ay əmək müqaviləsi olmadan işçini işlərə cəlb etdiyinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tədbir görülmüşdür. Onlarda sistemdən çıxarışda Zərərçəkmiş şəxs may ayının 11-i sistemə yerləşdirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 198-ci maddənin tələbləri pozulmamış, hadisə şəxsin öz ehtiyatsızlığından baş vermişdir. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaşın müqaviləsi yoxdur. Müqavilənin ikisi sistemdən çıxarılmış, sadəcə görüntü fərqi var. Müqavilə sistemə 1 ay 10 gündən sonra vurulmuşdur. İlk növbədən məhkəmədən qərarlarının təmin olunmasını, hüquqi şəxs barəsində məsuliyyətin müəyyən edilməsini xahiş edir. Onlar sistemə baxmış, eyni müqavilə ilə 3 bildiriş var. Birincisində göstərilmişdir ki, şəxs may ayının 11-i işə başlayaraq qeydiyyata alınmış, iyun ayının 11-i o sistemdən silinmiş, ikincisində göstərilmişdir ki, 25 iyunda qeydiyyata alınmış, üçüncüdə isə 2 avqustda qeydiyyata alınmışdır. Yəni hadisədən 4 ay sonra sistemə yükləmişlər. Onlar izahatın lahiyəsini hazır qurur, sonra şəxsin ifadəsinə uyğun lahiyə üzərində işləyirlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid6 izahatında göstərmişdir ki, o Tamerlan müəllimə Zərərçəkmiş şəxs onlarda yanvar ayından işləmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs onlara işlə bağlı yanvar ayında müraciət etmiş, onlar da iş olanda xəbər edəcəklərini bildirmişlər. Aprel ayında yer boşalmış, onlar Zərərçəkmiş şəxsı işə qəbul etmişlər. O, prokurorluğun əməkdaşına sistemə baxmasını və orda vətəndaşın işə qəbul tarixinin olmasını bildirmişdir. Prokurorluğun əməkdaşı sistemə baxanda həmin şəxsin sistemə yerləşdirilmədiyini bildirmiş, o da bu ola bilməz, sistemdə xəta ola bilər demişdir. O, müstəntiqə nə üçün izahata həmin vətəndaşın yanvar ayından işləməsini qeyd etməsini soruşmuş, müstəntiqdə cavab olaraq yanvar, ya da aprel ayının fərq etmədiyini bildirmişdir. Onların işçisi onlarda aprel ayının 1-dən işləyir, sistemdə də var. Zərərçəkmiş şəxs prokurorluqda verdiyi izahatında bildirmişdir ki, o, yanvar ayında işlə bağlı müraciət etmiş, aprel ayında isə işə götürülmüşdür. Zərərçəkmiş şəxs aprel ayının 1də işə götürülmüşdür. Hadisə may ayının 5-də olmuşdur. Hadisə Zəngilan rayonunda işdən sonra baş vermişdir. Dəyişiklik olan zaman müqavilədə sonuncu dəyişiklik olan vaxt yazılır. İşçinin aprel ayından vergisi ödənməsə portal onu qəbul etməz. İşçi aprel ayının 1dən işə qəbul olunmuşdur. Onların işlərini aparan Tamerlan müəllim olmuşdur. Sonuncu dəfə Teyyub müəllim olmuş və ona işçinin onlarda yanvar ayından deyil, aprel ayından işə götürülməsini bildirmiş, cavab olaraq isə Teyyum müəllim 5 günlə-10 günlə heç bir şey fərq eləmir demişdir. Onlar 29 aprel tarixdə getmişlər, lakin portaldan keçə bilmədikləri üçün səhərisi, yəni 30 aprel tarixində Zərərçəkmiş şəxs portal açılmışdır. Zərərçəkmiş şəxsı 1 aprel 2024-cü ildə işə qəbul etmişlər. Dəyişiklik edəndə müqavilədə işə götürülmə vaxtı eyni olaraq qalır. Yanvar ayından Zərərçəkmiş şəxs onlarda işçi kimi işləməmiş, sadəcə olaraq işlə bağlı müraciət etmişdir. Aprel ayından Zərərçəkmiş şəxs adına vergi ödəmişlər. Zərərçəkmiş şəxs hal-hazırda da onlarda işləyir. Vergi ödənişi olmasaydı məşğulluq onları cərimə edərdi. Sonda hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid6 məhkəmənin ədaələtinə inandıqlarını, günahkardırlarsa cəza çəkməyə razı olduqlarını bildirərək, məhkəmədən işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şahid7 izahatında bildirmişdir ki “Geo-qazma»-nın direktoru Şahid6la uzaq qohumluğu var, yoldaşı dayısının qızıdır. Onun Şəxs ilə müqaviləsi var və VÖEN əsasında işləyir. İş yeri Bakı şəhərində yerləşir. Müəssisənin fəaliyyəti ondan ibarətdir ki, Azərbaycanın rayonlarında iş olduqda qısa müddətli işlər görməkdir. Gördükləri işlər qazmaçı, fəhlə, geoloq olduğu üçün bu işçiləri işə qəbul edirlər. Direktor hansı işçini işə qəbul edirsə, onu qeydiyyata salırlar, asan imza ondadır. İşçini qeydiyyata götürmüş, əmək müqaviləsinə imza etdirmiş, əmək kitabçası açılmış, qanuni işə qəbul etmişlər. Zərərçəkmiş şəxsı aprel ayından işə qəbul etmişlər və hal-hazırda onlarda şirkətdə işləyir. Onlara işə hər adamı gətirmək mümkün olmadığı üçün qohumu qazmaçı Şahid4 İsparxanı işə gətirmişdir. İsparxan yanvar-fevral ayı Bakı şəhərində yerləşən şirkətə gəlib işlə tanış olmuşdur. Qədir adlı fəhlə işdən çıxdıqdan sonra, onlar onu işə qəbul etmişlər. Zəngilanda işləməsi üçün İsparxana aprel ayında portal açmışlar. Aprel ayında İsparxanı işə qəbul edəndə SƏTƏM sənədlərinə, müqaviləyə imza etdirmiş, heç bir yerdə işləmədiyi üçün ona əmək kitabçası da açmışlar. Hadisə may ayında işdən sonra baş vermişdir. İsparxana aprelin 1-dən əmək müqaviləsi yazılmış, aprel ayının sonlarında işləmək üçün Zəngilana getmişdir. Prokurorluqda ifadə verərkən soruşmuşlar, adam yanvar ayından işləməsini demiş, o da şəxsin yanvar ayından işləməsinin mümkün olmamasını bildirmişdir. O, prokurorluğun əməkdaşına işçinin aprel ayından işə qəbul etdiklərini, şəxsin ifadəsini düzgün verməməsini demiş, prokurorluğun əməklaşı isə bu qədər sənədi kimdir dəyişən deyə bildirmişdir. Onun səhvi o olmuşdur ki, izahatı oxuyub imza etməzdi, dəyişilməyini tələb etməli idi. Yanvar ayına onların Zəngilana portalı olmadığı halda nece gedib işləyə bilərlər, onlara portal aprel ayından açılmışdır. Onun ifadəsini Teyyub müəllim almışdır. İsparxan yanvar ayında işlə tanış olmaq üçün gəlmiş, ona portal açılmamış, necə Zəngilana gedə bilər. Materialın çoxu yazılıb hazır idi, onlar ifadə verəndə prokurorun böyük köməkçisi bildirmişdir ki, daha bu yazılmış, o, gərək bütün vərəqləri dəyişsin. Asan imza onda olduğu üçün əmrlə müqaviləni sistemə o otuzdurmuşdur. İsparxanı sistemə aprel ayının 1-i oturtmuşdular. O, məşğulluqda və Əmək müffəttişliyində işləmiş, 1 aydan geri tarixə əmək müqaviləsinin qeydiyyata salınması mümkün deyildir. O sənəddə həmin günü işçilərin iş vaxtı qrafikinə dəyişiklik etmişlər. Çap tarixi hansı gün yüklənirsə həmin gün yazılır. Qeydiyyat tarixində isə son qeydiyyat əmək müqaviləsinə nə dəyişiklik edilirsə, orda o qeyd olunur. Bildirişə dəyişiklik oluna bilər. Lazım olmayanda çap etmirlər, sistemə otuzdurmuşlar, rəsmi görünəndən sonra əmək müqaviləsi kağız üzərində bağlanmış, əmək kitabçası açılmışdır. Bildirişi çap edib qoya da, qoymaya da bilərlər. Rəsmi vergidə də görsənir, sosial ödənilmişdir. Pensiya fondunda adamın işləməsi görsənmişdir. Məhkəmə iclasında iştirak edən şahid Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs-nın direktoru Şahid6la heç bir qohumluq əlaqəsi yoxdur. Prokurorluqda ifadə vermişdir. Aprel ayının sonu Zəngilana getmiş, Zəngilanda qazma işi ilə məşğul olmuşdur. Prokurorluqda ifadə verəndə bildirmişdir ki, yanvar ayından işə müraciət etmiş, rəsmi olaraq isə aprel ayında işə qəbul olunmuşdur. Zəngilana aprelin 29-u getmişdir. O, işə 1 apreldə qəbul olmuşdur. Prokurorluqda bildirmişdir ki, işlə bağlı yanvar ayında müraciət etmiş, amma aprelin 1-i işə qəbul olunmuşdur. Aprelin 1-i müqavilələrə qol çəkmişdir. Onlar işdə gündəlik kitabçalara imza edirlər. Yanvar ayından aprelin 29-na kimi Zəngilanda olmamışdır. İş olanda işə çıxır, olmayanda isə evdə oturur. Postlardan keçmək üçün onlara portal açılır. Aprel ayının əvvəli Bakı şəhərində Babək prospektində işləmişdir. Onların işi Respublikanın bütün bölgələrində olur. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində inzibati xətanın tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan rayon prokurorluğunun müstəntiqi X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan aydın olur ki, 47-C-24 nömrəli material üzrə cinayət işinin başlaması rədd edilmşdir. İş materiallarında olan və Zəngilan rayon prokuroru Qibləli Kərimov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmış, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi məqsədi ilə baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə X6 Jurnalının surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Şəxs tərəfindən Zəngilan rayonu, Alıbəyli kəndində işləmək üçün fəhlə kimi işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2024-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müddətli əmək müqaviləsinin müddətinin qutardığı tarix xx.xx.2027-ci il, bildirişin imzalanması və sistemə daxil edilməsi tarixi isə xx.xx.2024-cü il tarix qeyd edilmişdir. İş materiallarında olan əmək müqaviləsində dəyişikliklər edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, «Geo-qazma” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Zərərçəkmiş şəxs arasında xx.xx.202024-cü ildə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş və dəyişikliklə bağlı bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmış və həmin tarixdə də sistemə daxil edilmişdir. İş materiallarında olan əmək müqaviləsində dəyişikliklər edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, «Geo-qazma” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş və dəyişikliklə bağlı bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmış və həmin tarixdə də sistemə daxil edilmişdir. İş materiallarında olan əmək müqaviləsində dəyişikliklər edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, «Geo-qazma” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X10 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş və dəyişikliklə bağlı bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmış və həmin tarixdə də sistemə daxil edilmişdir. İş materiallarında olan əmək müqaviləsində dəyişikliklər edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, «Geo-qazma” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X4 arasında xx.xx.2018-ci tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş və dəyişikliklə bağlı bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmış və həmin tarixdə də sistemə daxil edilmişdir. İş materiallarında olan əmək müqaviləsində dəyişikliklər edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid6 ilə xx.xx.2017-ci ildə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş və dəyişikliklə bağlı bildiriş xx.xx.2019-cu il tarixdə imzalanmış və həmin tarixdə də sistemə daxil edilmişdir. İş materiallarında olan əmək müqaviləsində dəyişikliklər edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid6 ilə xx.xx.2017-ci ildə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş və dəyişikliklə bağlı bildiriş xx.xx.2022-ci il tarixdə imzalanmış və həmin tarixdə də sistemə daxil edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövəlt Vergi Xidmətinin X7 görünür ki, «Geo-qazma” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2024-cü ilin İİ rübündən başlayaraq Zərərçəkmiş şəxs sığorta haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin «Geo-qazma” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoruna ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-5\2- 50027\2024 nömrəli məktubun məzmunudan aydın olur ki, müraciətdə qeyd olunan Zərərçəkmiş şəxs adına “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş xxxxxxx00010 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı bildiriş tərəflərindən ləğv edilmiş, əmək müqaviləsinin bağlanması ilə bağlı yeni bildirişin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin təmin edilməsi qeyd edilmişdir. İş materiallarında olan və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən Zəngilan Rayon Məhkəməsinə daxil olmuş 1-1-29/2-112/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs (VSN AA*******-FİN xxxxxxx) “İşğaldan azad olunmuş ərazilərə buraxılış“ informasiya sistemində xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazilərinə giriş-çıxış icazəsi, həmçinin xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində Cəbrayıl rayonunun ərazisinə aktiv girişçıxış icazəsi mövcud olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Zəngilan rayon prokurorluğuna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5/2-547933/2024 nömrəli məktuba əlavə edilmiş Zərərçəkmiş şəxs adına «Geo-qazma” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin «Əmək və məşğulluq» altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumat görünür ki, xxxxxxx000100 nömrəli bildirişdə müqavilənin başlanğıc tarixi- xx.xx.2024, müqavilənin statusu-qüvvədə, əlavə edilmə tarixi-xx.xx.2024, etibarlılıq statusu-etibarsız, müqavilənin müddəti-müddətli, xxxxxxx000200 nömrəli bildirişdə müqavilənin başlanğıc tarixixx.xx.2024 müqavilənin statusu-qüvvədən düşüb, əlavə edilmə tarixi-xx.xx.2024, etibarlılıq statusu-etibarlı, müqavilənin müddəti-müddətli, xxxxxxx000201 nömrəli bildirişdə müqavilənin başlanğıc tarixi-xx.xx.2024 müqavilənin statusu-qüvvədən düşüb, əlavə edilmə tarixi-xx.xx.2024, etibarlılıq statusu-etibarlı, müqavilənin müddəti-müddətli, xxxxxxx000202 nömrəli bildirişdə müqavilənin başlanğıc tarixi-xx.xx.2024 müqavilənin statusu-qüvvədə, əlavə edilmə tarixi-xx.xx.2024, etibarlılıq statusu-etibarlı, müqavilənin müddəti-müddətli qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zəngilan rayon prokurorluğu hüquqi şəxs Şəxs əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi qeydiyyata alınmadan, həmin bildiriş əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs Zərərçəkmiş şəxs 2024-cü ilin yanvar ayından xx.xx.2024-cü ilədək olan müddət ərzində Zəngilan rayonu ərazisində tikinti sahəsində usta kimi işlərin yerinə yetirilməsinə cəlb etdiyindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətası törədildiyindən Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmişdir. Lakin məhkəmə araşdırması zamanı hüquqi şəxsin qanuni təmsilçinin və şahidlərin izahatları, o, cümlədən iş üzrə təhlil edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbləri pozulmamışdır. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs 2024-cü ilin yanvar ayında deyil, 2024-cü ilin aprel ayında işə qəbul edilmiş və onunla Şəxs arasında xx.xx.2024-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, sonradan işəgötürən tərəfindən əmək müqaviləsinə müxtəlif tarixlərdə dəyişikliklər edilmiş, dəyişikliklər edilən zaman əmək müqaviləsinin sistemə yüklənməsi zamanı yeni tarixlər öz əksini tapmış, əvvəlki tarixlər ləğv edilmiş, lakin dəyişikliklər edilmiş əmək müqaviləsi bildirişlərindən fiziki şəxslə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin tarixi xx.xx.2024-cü il göstərilmişdir. Bundan başqa məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, işlə bağlı yanvar ayında Şəxsnə müraciət etmiş, rəhbərlik ona əgər iş olarsa xəbər edəcəklərini bildirmişlər. Aprel ayında rəhbərlik tərəfindən ona işlə bağlı məlumat verilmiş, aprel ayının 1-də əmək müqaviləsi bağlanmış, lakin Zəngilana aprel ayının sonunda getmişdir. Bundan başqa məhkəmənin sorğusu əsasında Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən verilmiş rəsmi məlumatdan da görünür ki, vətəndaş Zərərçəkmiş şəxs “İşğaldan azad olunmuş ərazilərə buraxılış“ informasiya sistemində xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazilərinə giriş-çıxış icazəsinin mövcud olmasını qeyd edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,114-114, 128,129,130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-84/2024
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-84/2024
26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver