Məhkəmə qərarları › İş №3(034)-9/2022

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-9/2022

09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-9/2022 09.03.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X4 iştirakı ilə, xx.xx.1975-ci ildə Gədəbəy rayonu, Arıxdam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanda qeydiyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərini pozması ilə əlaqədar olaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 07.03.2022-ci il tarixdə Zəngilan rayonu ərazisində arxa-çöl adlandırılan əraziyə qanunsuz daxil olarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq avtomobillə hərəkətini davam etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X3 protokolu müdafiə edərək izahatında bildimişdir ki, istifadəsi qadağan olunmuş Zəngilan rayonu birinci postu yaxınlığında arxa-çöl adlandırılan ərazidə xidmət aparan polis əməkdaşı Həsənqara İbişli 07.03.2022-ci il tarixdə saat təxminən 12.30radələrində «Prado» markalı ** KM *** dövlət qeydiyyat nişanlı və «Mitsubishi L200» markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobillərin Zəngilan rayonu ərazisinə daxil olduğunu görmüş və həmin avtomobilllərə saxla əmri vermiş, lakin avtomobilləri idarə edən şəxslər saxla əmrinə məhəl qoymayaraq sürüb getmişlər. O, dərhal qarşıda olan posta xidmət aparan Elgün Qarayevə məlumat vermişdir. X8 tərəfindən həmin avtomobillərin saxlanmasını və avtomobildə olan şəxslərin onunla mübahisə etmələrini görmüşdür. Bu barədə Elgün Qarayevdən soruşanda məlum olmuşdur ki, həmin şəxslərin icazəsi olmamışdır. Bundan sonra həmin şəxslər barəsində polis əməkdaşı X2 raportu əsasında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 07.03.2022-ci il tarixdə qardaşı oğlu X5 ilə birlikdə Zəngilan rayonu ərazisində aparılan yenidən qurma işlərində işləmək üçün əraziyə baxmağa getmişlər. Həmin ərazini tanımadıqları üçün İlham adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlamışlar. Fizuli-Horadiz qəsəbəsinə çatdıqda İlham onlara yeni salınan dəmir yolunun kənarı ilə gəlməklərini demişdir. Onlarda istifadələrində olan qara rəngli «Tayota Prado» markalı, ** KM *** dövlət qeydiyyat nişanlı avtomobillə deyilən yolla hərəkət etmişlər. Sonradan İlham onlarla əlaqə saxlayaraq həmin yolla hərəkət etməklərini və onları köhnə körpünün yanında gözlədiyini demişdir. Körpə körpünün yanına çatanda ağ rəgli «Mitsubisi L-200» markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin gözlədiyni görmüş və İlham onlara onun arxasınca hərəkət etməklərini söyləmişdir. Postda çatdıqda polis onlara saxla əmri vermiş, lakin onlar saxlamayaraq həmin yerdən uzaqlaşsalarda qarşıdakı postda olan polis əməkdaşı onları saxlaımş, maşınman düşmələrini tələb etmiş, lakin onlar maşından düşməmişlər. Polis əməkdaşı şəxsiyyət vəsiqələrini yoxladıqdan sonra icazələrinin olubolmamasını aydınlaşdırmaq üçün şöbəyə gəlmişlər. Şöbədə onların portalda iczələrinin olmaması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən barəsində inzibati protokol tərtib edilmişdir. Sonda inzibati xəta törətmiş şəxs törətdiyi əməldən səmimi peşman olmasını və məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla, o, cümlədən inzibati xəta törətmiş şəxsin izahatı, 07.03.2022-cii il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını və Şəxs şəxsiyyətini, ilk dəfə olaraq inzibati xəta törətməsini, törətdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar