Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-9/2023 06.04.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin xidmət üzrə baş inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1964-cü ildə Cəbrayıl rayonu, Minbaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, orta-ixtisas təhsillidir, fərdi əməklə məşğul olur, Cəbrayıl rayonu, Minbaşlı kəndində qeydiyyatdadır, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 3, mənzil 26-də məskunlaşan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 14:30-da Zəngilan şəhərciyinin ərazisində nalayiq küçə söyüşləri söymüş, polis ona dəfələrlə xəbərdarlıq edib intizama dəvət etsə də, öz intizamsız hərəkətlərini davam etdirmişdir . Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan Rayon Polis Şöbəsinin xidmət üzrə baş inspektoru, polis kapitanı X2 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs ərazilərinin sakinidir. Demək olar ki, hər gün bu şəxs spirtli içki qəbul edir, ayıq vaxtı olmur. Spirtli içki içərək şəhərcikdə ona-buna söz atır, söyüş söyür. Dəfələrlə onunla profilaktik söhbətlər aparılmış, lakin bunun heç bir nəticəsi olmamışdır. Onun bu cür hərəkətləri bütün şəhərcik sakinlərinin narazıçılığına səbəb olmuşdur. İçib gedir onun-bunun qapısının ağzında yatır. Dəfələrlə Məzahir haqqında onlara şikayət daxil olmuşdur. Şəxs İçkili vəziyyətdə ərazidə xidmət aparan polis serjantı Rəşad Qasımov tərəfindən aşkarlanmışdır. Rəşad Məzahiri içkili vəziyyətdə məktəbin qarşısında söyüş söyməsini görmuşdur. Rəşad ona yaxınlaşaraq özünü təqdim etmiş, ona caamat baxır ayıbdır söyüş söyməməsini demişdir. Lakin Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirmişdir. Sonda protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmədən inzibati xəta törətmiş şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, o, evində olan zaman 100 qram araq içmişdir. Polis burda deyir ki, o, məktəbin qarşısında içkili vəziyyətdə olmuşdur. Lakin o, məktəbin qarşısında olmamışdır. O, özü polisə getmiş, 102-yə zəng edərək onu öldürürlər demişdir. Onu polis serjantı vurmuşdur. Onu şöbədə döyüb içəri salmışlar. Onu dəmirlə vurmuşlar, indidə üzünə dayanırlar. O, Araz müəllimin yanına gedərək 6 nəfər polis tərəfindən döyülməsini bildirmişdir. Sonda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməlini etiraf edərək, ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, şəxsə qarşı heç bir təyziq olunmamış, şəxs yalandan 102 xidmətinə məlumat vermişdir,halhazırdada sərxoş vəziyyətdədir və ona görə də özünü aqressiv aparır. Şəhərciyin vətəndaşları Məzahirdən şikayət etmişlər. Şəxs küçədə,məktəbin qarşısında işkili vəziyyətdə xay-küy salıb, küçədə olan insanlara sataşdığından, o, onu polis şöbəsinə aparmaq istəyəndə onu da nılayıq sözlərlə söyüb təhgir edərək, paltarından tutub onu itələmişdir. Polis şöbəsinə qetməkdən imtina etmişdir. Sonradan güçlə onu polis şöbəsinə gətirmiş, şöbəyə gətirilən zaman onlara qarşı müqavimət göstərmişdir. Onu heç kəs vurmamış. Şəxs həmin inzibati xətanı törətməsi Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin xidmət üzrə baş inspektoru, polis kapitanı X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokolu, özünün izahatı, şahid ifadəsi və iş materiallarında olan digər materiallar ilə tam sübuta yetdiyindən o, bu maddələrlə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2023-cü il tarixli A/515 nömrəli protokolan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Azərbayan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Enyi Məcəllənin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Həbsetmənin əvvəli Şəxs faktiki tutulduğu andan, yəni 06 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayonu Pols İdarəsinin müvəqqəti saxlanma yerinə təhvil verilsin. Qərarın surəti Şəxs və onun vəkilinə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-9/2023
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-9/2023
06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver