Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-90/2024 09.08.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zəngilan rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Zəngilan rayonu, Ağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, himayəsində iki uşağı olan, fərdi əməklə məşğul olan, Zəngilan rayonu, Ağalı kəndi, 1-ci küçə, ev 50-də qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozması ilə əlaqədar olaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozması ilə əlaqədar barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Zəngilan rayon Polis şöbəsi tərəfindən baxılması üçün Zəngilan Rayon Məhkəməsinə daxil olmuşdur. Belə ki, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zəngilan rayonu, Ağalı kəndində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, müqavimət göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi X5 izahatında bildirmişdir ki, xx.xx.2024-cü ildə Əliyev X2 rayonu, Ağalı kəndində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, müqavimət göstərmişdir. Belə ki, vətəndaş aptekə yaxınlaşmış həmin vaxt aptek bağlı olduğu üçün aptekdə işləyəni yığmış, şəxs gec gəldiyindən onu təhqir etmişdir. Onların əməkdaşı da orda olduğu üçün vətəndaş polis bölməsinə dəvət edilmiş, lakin o, bölməyə getməkdən imtina etmişdir. Onlar vətəndaşı yenə də bölməyə dəvət etmiş, vətəndaş gələ bilməyəcəyini bildirmişdir. Vətəndaş bölməyə bu gün gəldiyindən onun barəsində bu gün inzibatı protokol tərtib edilmişdir. Sonda inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmədən şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, polisə müqavimət göstərməmişdir. Belə ki, saat 9 yarsı aptekə getmiş, aptek bağlı olduğu üçün satıcıya zəng etmiş, satıcı çörək yeyib gələcəyini demişdir. Uşağı diş çıxardığı üçün qızdırması vardı. Saat 10-da yenidən zəng etmiş, uşağının qızdırmadan yanmasını bildirdikdə, satıcı hələ də yemək yeməsini, ona bu qədər yemək olar demiş, cavab olaraq isə satıcı onun ürəyi belə istəyir demişdir. Uşağını qızdırma içində gördüyü üçün satıcıya çaqqal demiş, başqa heç bir söz deməmişdir. Satıcı sonra gəlmiş, o, da ailəsi ilə aptekə getmiş, daha dərmana ehtiyacın qalmamasını, qonşuların verdiyini bildirmişdir. Onların arasında heç bir mübahisə baş verməmişdir. Satıcının şikayəti əsasında rəis onu Masazıra çağırmış, o, da gəlmişdir. Orda polis mülki formada olmuşdur. Onun polislə heç bir ədavəti yoxdur. Sonda barəsindən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahatı elan edilmiş X3 verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024cü il tarixdə saat 22:10 radələrində Zəngilan rayonu, Ağalı kəndində xidmətdə olarkən Ağalı kəndində yerləşən “Buta Farm" aptekinin əczaçısı Kazımov Yusif ona zəng edərək onu aptekin qarşısına dəvət etmişdir. O, aptekin qarşısına gəldikdə Yusifi görmüş və Yusif ona tanımadığı şəxsin zəng edərək telefonda ona hədə qorxu gələrək təhqir etdiyini, aptekə gələrək münaqişə yaradacağını, buna görə də ona zəng etdiyini demişdir. Bir müddət sonra tanıdığı Şəxs adlı şəxs yoldaşı ilə birlikdə aptekin qarşısına gəlmişlər. Faqil Yusifi təhqir edərək nalayiq ifadələr işlətməyə başlamışdır. O, dəfələrlə Faqili sakitləşdirməyə çalışmış, intizama dəvət etmiş, onun qanuni tələblərinə tabe olmamış və öz intizamsızlığını davam etdirmişdir. Sonra isə onlar aptekin içərisinə girmiş, bu zaman Yusif istirahət saatı olduğunu və şam yeməyi yediyinə görə apteki gec açdığını izah edərkən Faqil onun sözünü kəsərək yenə də Yusifi təhqir etməyə və nalayiq ifadələr işlətməyə və tabesizlik göstərməyə davam etmişdir. İntizamsız hərəkətlərinə görə o, Faqili polis məntəqəsinə dəvət etmiş, lakin Faqil onun qanuni tələbinə tabe olmayaraq, məntəqəyə gəlməkdən imtina edərək öz hərəkətlərinə davam etmiş, səs-küy salaraq çıxıb getmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla, o cümlədən inzibati xəta törətmiş şəxsin izahatı, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını və Şəxs şəxsiyyətini, ilk dəfə olaraq inzibati xəta törətməsini, törətdiyi əməldən səmimi olaraq peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-90/2024
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-90/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver