Məhkəmə qərarları › İş №3(034)-92/2024

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-92/2024

30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-92/2024 30.08.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X9 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozması barədə inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilmişdir. Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına giriş informasiya sistemi üzərindən əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad olunmuş ərazilərə iş icazəsi alınmış X3 xx.xx.2024xx.xx.2024-cü ildə, X13 xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində əmək müqavilələri hüquqi qüvəyyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X14 bu maddə ilə özlərini təqsirli bilməyərək izahatında bildirmişdir ki, Atakişiyev Məhəmmədiyyə və X13 hər iki şəxs ərizə yazaraq işdən çıxmışlar. Onların şirkəti hər iki şəxsə Qarabağ zonasında işləmələri üçün portal açmış, hər iki işçinin əmək müqaviləsi ləğv olunuduğundan onların adına açılmış potlarnın ləğv edilməsi üçün Bakı Abadlığa məlumat göndərmişlər. Həmin vaxtda Bakı Abadlıq portalı ləğv etməmişdir. Həmin vaxtı bu iki nəfər işçi onlaırn şirkətdə işçi kimi işləməmişlər. Bakı Abadlıq şirkəti whatsp qrupu yaratmış, onun vaitəsi ilə işçiləri portaldan keçirib ləğv edirirmiş, həmin ləğvidə onlara göndərirmişlər. Həmin dövrdə həftədə bir dəfə onlardan ləğvi tələb edirmişlər. Onlarlda bir işçini səhərisi gün, o, birini isə bir həftə sonra göndərmişlər. Onlarda portalı Bakı Abadlıq şirkəti açır. Həmin şəxslərlə bağlı işə qəbul və işdən çıxma müqavilələri var . 1 iyul tarixində şəxs işdən çıxmışdır. Həmin şəxslər dindirilməmişdir.Portal uzadılandan sonra həmin vaxta qədər işçinin giriş-çıxış icazəsi açıq olur. Onlar işçini ayın 13 işdən çıxandan sonra səhərisi gün portalı ləğv etmək üçün göndərmiş, lakin Bakı Abadlığ portalı vaxtında ləğv etməmişdir. Bakı Abadlıq portal ilə bağlı sənədləşmədə onlara heç bir şərait yaratmır. Portalı Bakı Abadlıq şirkəti Daxili İşlər Nazirliyinə göndərir.Əmək haqlarını bank vasitəsi ilə karta ödəyirlər. Atakişiyev Məhəmmədiyyə hal-hazırda Şuşada işləyir. 01 iyul tarixində onların şirkətdən işdən çıxandan sonra başqa şirkətdə işləyir. Həmin şəxslər öz ərizəsi ilə işdən azad olmuş və həmin gündə ordan çıxıb getmişlər. Onların həmin gün məlumatları göndərdikləri halda qeyd etməyib vaxt uzadılmışdır. Rəsul 13 iyunda, Məhəmmədiyyə isə 01 iyulda işdən öz ərizələri ilə çıxmışlar. Onlarda ləğv siyahısını həftədə 1 dəfə tələb edirlər. Sonda hüququ şəxsin nümayəndəsi ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X13 izahatında bildirmişdir ki, Şəxs MMC-də usta kimi işləmişdir. Şəxs MMC-də xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə kimi işləmişdir. İşdən öz ərizəsi ilə çıxmışdır. 29 iyula kimi orada qalmamış, şirkətdə usta kimi işləmişdir. X19 çağırmamışdır. Evə gəlib getmək üçün arada 4 gün istirahət verirmişlər. Atakişiyev Məhəmmədiyəni tanımır. İşlədiyi vaxtın əmək haqqısını almışdır. Maaşı kart vasitəsilə almış, əlbə-əl pul almamışdır. Məhkəmə iclasında iştirak edən şahid X10 izahatında bildirmişdir ki, Bakı Abadlıq Şirkətinin 170-dən artıq podratçı şirkəti olduğu üçün whatsapp qrupu açmışdır. Onlar işə işçi qəbul edəndən sonra onların fin kodlarını qrafik şəklində yazıb Bakı Abadlıq şirkətinə göndərir və portal açılır. Sonra onlar həftədə bir gün – həftənin 3-cü günü ləğvə göndərməkləri barədə bildirmişlər. Bir gün sonra Rəsul bəyin fin kodlarını, 1 həftə sonra Məhəmmədiyənin fin kodlarını göndərmişdir. İşə qəbul edəndə əvvəl həmin gün təsdiqlənməsi üçün göndərirmişlər, sonralar ƏMAS-da problem olduğundan 1 gün sonra təsdiqlənmişdir. Şəxsi işlərindən portalı götürüb fin kodu, seriya nömrəsini, ad, soyadını Exceldə qrafik şəklində yazaraq Bakı Abadlığa göndərir, onlar da Daxili İşlər Nazirliyinə göndərirlər. Şəxsən öz işçilərini göndərirlər. Özlərinin göndərilməsinə icazə verilmir. Şəxslərin işinə xitam verildikdən sonra Bakı Abadlıq şirkətinin whatsapp qrupunda yazışmalarla sübut kimi məhkəməyə təqdim edə bilər. X12 açdığı whatsapp qrupuna göndərmişdir. Atakişiyev Məhəmmədiyə rayonda olduğu üçün məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə iclasında iştirakı mümkün olmayan şahid X5 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixində Şəxs MMC-nə fəhlə vəzifəsinə işə qəbul olmuş, xx.xx.2024-cü il tarixində öz xahisi ilə ərizə yazaraq işdən azad olmuş, həmin gün də iş yerini tərk edərək çıxıb getmiş və bir gündə olsun belə artıq qalmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi məhəkmə iclasına gəlməmiş və gəlməmsinin səbələri barədə məhkəməyə heç bir məlumat verməişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs «AZE COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində inzibati xətanın tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin «AZE COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-5/2-3054/2024 nömrəli xəbərdarlıq məktuban görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məcəllənin 12.1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindən biridir. 2024-cü iltn-may ayi ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığınız şəxslərin adına Nazirliyin “Əmək və məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Qeyd olunanları nəzərə alaraq 7 təqvim günü ərzində iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi təmin edilməlidir. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək (3.000-5.000 manat) məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək (20.000-25.000 manat) məbləğdə cərimə edilir.Eyni zamanda Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 531.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda bildirişin və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədlərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxsləri və ya sənədin çatdırılması tapşırılmış digər şəxslər tərəfindən səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırılmamasına görə yüz əlli manatdan iki yüz əiii manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən «AZE COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə ünvanlanmış 04 iyul 2024-cü il tarixli, №3-17-5/2-43072/2024 nömrəli bildirişin məzmunudan görünür ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi üzrə X5 və X11 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı ilə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə hüquqi şəxs Şəxs MMC barəsində 03 iyul 2024-cü il tarixli MN ******* nömrəli və rəhbəri barədə 03 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş işə qəbul barəsində xx.xx.2024-cü il tarixli ərizədən, 215 nömrəli əmrdən və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Şəxs ilə X4 arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətli olaraq fəhlə kimi işə qəbul edilmiş və əmək haqqısı 670 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş X2 Şəxs MMC-nə ünvanladığı öz arzusu ilə işdən azad olunması barədə xx.xx.2024-cü il tarixli ərizəsindən, xx.xx.2024-cü il tarixli 142 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətindən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişin surətindən görünür ki, texniki şöbə bölməsində fəhlə vəzifəsində işləyən X4 arasında bağlanmış 5A93YG70019XH0 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş işə qəbul barəsində xx.xx.2024-cü il tarixli ərizədən, 59 nömrəli əmrdən və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Şəxs ilə X13 arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək vaxtamuzd olaraq usta kimi işə qəbul edilmiş və əmək haqqısı 1127 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 134 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətindən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişin surətindən görünür ki, texniki şöbə bölməsində usta vəzifəsində işləyən X13 arasında bağlanmış 2NZ89XW000100 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7.2-3.4-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozması barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, protokolun tərtib edilməsinə əsas isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına giriş informasiya sistemi üzərindən əldə edilmiş məlumatlara əsasən işğaldan azad olunmuş ərazilərə iş icazəsi alınmış X1 xx.xx.2024-xx.xx.2024-cü il, X11 isə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərinədək onlar bağlanmış əmək müqavilələri hüquqi qüvəyyə minmədən “AZE COMPANY» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Araşdıma zamanı məlum olmuşdur ki, X3 və X13 ilə Qarabağ zonasında işləmələri üçün “AZE COMPANY» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onlar arasında əmək müqavilələri bağlanmış, onların adına portal açılmışdır. Sonradan hər iki şəxsin öz ərizəsi əsasında onlarla bağlanmış əmək müqavillərinə xitam verilmiş, əmək müqavilələri ləğv olunuduğundan “AZE COMPANY» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən şəxslərin adına açılmış portalların ləğv edilməsi üçün məlumatlar Bakı Abadlıq Şirkətinə göndərilmiş, lakin Bakı Abadlıq Şirkəti vaxtında şəxslərin adına açılmış portaları ləğv etməmişdir. Araşdıma zamanı hüquqi şəxsin nümayəndəsi izahatı ilə müəyyən edilmişdir ki, əmək məqaviləsi bağlanmış işçilərə portalın açılması onlar tərəfindən deyil, məhz Bakı Abadlıq Şirkəti tərəfindən həyata keçirilir, şirkət onlara sənədləşdirmə işlərinin aparılmasında heç bir şərait yaratmır, portalla bağlı məlumatları şirkət özü Daxili İşlər Nazirliyinə göndərir. X4 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə, X13 ilə bağlanmış əmək müqaviləsinə isə xx.xx.2024-cü il tarixlərdə xitam verilmişdir. Həmçinin məhkəmə iclasında şahid kimi izahatı alınmış X13 Şəxs MMC-də usta kimi xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə kimi işləmiş, işdən öz ərizəsi əsasında çıxmış, 29 iyul 2024-cü il tarixə kimi isə iş yerində qalmamasını bildirmiş, X4 isə məhkəməyə ünvanladığı ərizəsində xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixə kimi Şəxs MMC-də fəflə kimi işləmiş, xx.xx.2024-cü il tarixdə isə öz ərizəsi əsasında işdən azad olunmuş, elə həmin gündə iş yerini tərk edərək çıxıb getmişdir. Belə olan halda məhkəmə hesab edir ki, işçilərin işdən azad olunmasından sonra onlara açılmış portalın ləğv edilməməsi, həmin işçilərin işlədiyi şirkətin inzibatı xəta haqqında məsuliyyətə cəlb olunması üçün əsas deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,114-114, 128,129,130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar