Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-95/2024 04.09.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin nümayəndəsi X17 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozması barədə inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilmişdir. Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaşlar X14, X18 və X8 xx.xx.2024-cü il tarixdən hazırkı tarixədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvəyyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 izahatında bildirmişdir ki, bu maddə ilə özlərini təqsirli bilmir. Onlar Ağalı kəndi üçün çörək istehsal edirlər. Qarabağ zonasına keçmək üçün portal icazəsi yazılır. Kondisoneri təmir etmək üçün kondisioner ustası ilə danışmış, usta iki nəfər işçisi ilə gədiyi üçün onlara portal açılmasını bildirmiş, o, da Zəngilan rayon nümayəndəliyinə müraciət edərək üç nəfərə portal açdırmışdır. Üç nəfərdən birinin kondisioner ustası olaraq əmək müqaviləsi olmuş, digər iki nəfərin isə əmək müqaviləsi olmamışdır. Gələn soyuducu ustası kondisioneri və soyuducunu təmir edəndən sonra həmin gün birgə gəldikləri iki nəfər ilə geri qayıtmışlar. Ustanın yanında gələn iki nəfər ustaya kondisioneri götürməyə və yerinə qoymaya köməklik etmişlər. Əmək Müfəttişliyində izahat vermişdir ki, portal açdığı üç nəfər onların işçiləri deyildir. O, portalı hamıya eyni qaydada açır. Ofisləri Bakıda olan digər şirkətlər var ki, işçini işə götürəndən sonra müqavilə bağlayıb Qarabağa göndərirlər. Amma onun rezidenti iş yeri və yaşadığı yer Qarabağda, Ağalıda olduğu üçün işçiləri dəvət edir və işçilər gəlib iş yeri, iş yerinin şərtləri ilə tanış olandan sonra müqavilə bağlayır. Amma portal açılmış 3 nəfər onun işçisi olmamışdır. Soyuducu ustası orda qalmamış, gəlib-getmişlər. Onun ailəsi də yanına gələndə o, işçi kimi icazə alıb portaldan keçirir. Ona yalnız işçi kimi icazə almaq nəzərdə tutulur. Əmək Müfəttişliyi ona 3000 manat cərimə yazandan sonra Zəngilan nümayəndəliyinə işcisinin Qarabağda işlə tanış olduqdan sonra əmək müqaviləsini bağlayacağını bildirmişdir. Sonda hüquqi şəxsin direktoru məhkəmədən işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin nümayəndəsi X26 izahatında bildirmişdir ki, onlara Daxili İşlər Nazirliyinin göndərdiyi portala əsasən qeyd olunan vətəndaşlarla bağlı MMC tərəfindən qarşı tərəf üçün iş icazəsi alınmışdır. X7 rayonuna giriş üçün onlara göndərilən portalda adı keçən şəxslərlə bağlı ƏMAS sistemində baxış keçirilən zaman hərhansı əmək müqaviləsi bildirişi olmadığına görə protokol tərtib olunmuş və məhkəməyə baxılması üçün göndərilmişdir. Hal-hazırda bu cür işlərlə bağlı onlarda portaldan başqa heç bir sübut yoxdur və vətəndaşların izahatları alınmamışdır. Digər məhkəmələrdə Qarabağ işləri dəhşət çoxdur, əllərində portaldan çıxarışdan başqa sübut yoxdur. İşlə, istirahətlə bağlı müxtəlif növ icazə növləri var. Bu şəxslər işlə bağlı icazələri Daxili İşlər Nazirliyinin vasitəsi ilə portaldan icazə alaraq keçmişlər. Əmək müqaviləsi bağlananda əgər işçi ilk öncə işlə tanış olacaqsa, sınaq müddəti müəyyən olunmaqla əmək müqaviləsi bağlanmalı idi, işlə tanış olduqdan sonra razı olmadığı halda əmək müqaviləsi ləğv olunmalıdır. İstənilən şəxslə bağlı iş icazəsi alıb portaldan keçirmək düzgün deyildir. Oların xidməti mövqeyi odur ki, bu şəxslər iş icazəsi alaraq keçmişlər. Əslində işçilərin izahatı alınmalıdır. Sonda protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmədən protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X14 izahatında bildirmişdir ki, X10 ilə heç bir qohumluq əlaqəsi yoxdur. Zöhrab müəllim ilə əlaqə saxlayanda ona ofisiant kimi işçi lazım olmasını bildirmiş, o da razılaşmış, adına portal açılmış, amma ailəvi problemləri olduğu üçün gedə bilməmişdir. Əmək Müfəttişliyindən bu işlə bağlı ona heç bir məktub gəlməmiş, ümumiyyətlə o, Zəngilanda olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X21 izahatında bildirmişdir ki, X10 ilə heç bir qohumluq əlaqəsi yoxdur. Zöhrabın kondisioneri xarab olduğundan telefonla əlaqə saxlamış və onlara portal açıldıqdan sonra getmişlər. O, iki nəfər dostunf da portal açdırmış və birlikdə Zəngilana getmişlər. O, İmişli rayonunda işləyir, çağırış olanda digər rayonlara da gedir. Zəngilanın Ağalı kəndində restorana gedərək kondisoneri düzəltmiş, elə həmin gün də qayıtmışdır. Onunla birgə gedən Əliyev Hüseyn və Şirinov Yengibar olmuşdur. Onlar ona kondisioneri təmir edəndə kondisioneri götürməyə koməklik göstərmişlər. Məhkəmə iclasında iştirak edən şahid X18 izahatında bildirmişdir ki, X10 ilə heç bir qohumluq əlaqəsi yoxdur. Vahid ilə uzun illərdir ki, dostdurlar. O, Vahid müəllimdən onunla Zəngilana getmək üçün ona da portal açılmasını xahiş etmişdir. Onlar Zəngilana gedəndə postlardan keçəndə onları saxlayıb yoxlamışlar. Vahid Zəngilana kondisioneri düzəltməyə, amma o isə gəzməyə getmişdir. Onlar Vito markalı maşınla Zəngilana getmişlər. Zəngilan rayonunun Ağalı kəndində çörək sexinə gedəndə onları Zöhrab məllim qarşılamışdır. Onlar Zəngilanda qalmamış, həmin gün də evə qayıtmışlar. O, işləmək üçün deyil, səyahət üçün Zəngilana getmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 izahatında bildirmişdir ki, X10 ilə heç bir qohumluq əlaqəsi yoxdur. O, Vahid müəllimdən onunla Zəngilana getmək üçün ona da portal açılmasını xahiş etmişdir. Zəngilan ona maraqlı olduğu üçün gəzməyə getmişdir. Onlar üçün icazəni Vahid müəllim almışdır. Vahid Samsung servisdə kondisioner ustası işləyir. Onlar Zəngilan rayonunun Ağalı kəndinə getmişlər. Vahid kondisoneri və soyuducunu düzəldəndən sonra Zəngilanda gəzib həmin gündə evə qayıtmışlar. Əmək Müfəttişliyindən bu işlə bağlı ona heç bir məktub gəlməmişdir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs «Xan Çinar-2020” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində inzibati xətanın tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin «Xan Çinar-2020” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-5/2-30816/2024 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məcəllənin 12.1 -ci maddəsinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindən biridir. 2024-cü ilin may ayı ərzində “Qarabağ və X25 rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış şəxslərin adına Nazirliyin “Əmək və məşğulluq" altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.Qeyd olunanları nəzərə alaraq 7 təqvim günü ərzində iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan beş ıanatadək (3.000-5.000 manat) məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş manatadək (20.000-25.000 manat) məbləğdə cərimə edilir. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 531.2-ci-maddəsinin tələblərinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda bildirişin və ya inzibati tacalar haqqında işlər üzrə digər sənədlərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanının, müvafimq icra hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxsləri və ya sənədin çatdırılması tapşırılmış digər şəxslər tərəfindən səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırılmamasına görə yüz əlli manatdan iki yüz əlli manatadək (150-250) məbləğdə cərimə edilməsi nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti tərəfindən «Xan Çinar-2020” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə ünvanlanmış 17 iyul 2024-cü il tarixli, №3-17-5/2-47063/2024 nömrəli bildirişin məzmunudan görünür ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi üzrə X14 və digər 2 şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı ilə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 16 iyul 2024-cü il tarixli MN ******* və 16 iyul 2024-cü il tarixli MN1933452 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 Əmək Müfəttişliyi Xidmətində verdiyi izahatda bildirmişdir ki, protokolda adları qeqyd olunan X11 ofisiant işinə görə iş icazəsi alınmış, ancaq müəssisəsinə heç gəlib yaxınlaşmamış, işçiləri olmamışdır. Ancaq iş icazəsi sistemdə aktı qalmışdır. Digər iki nəfər şəxs X19 və X1 və soyuducu təmiri üçün icazə alınmışdır. Qəfil ehtiyac yarananda gələ bilmələri üçün portal icazələri aktiv qalmışdır. Müəssisəsi Qarabağ rezidentidir, əməkdaşlıq etmək istədikləri şəxslər əmək müqaviləsini Zəngilandakı girişində bağlamalıdırlar.(iş yeri ilə tanış olandan sonra). Bu kimi hallar davam edir ki, işləmək istəyən şəxs müraciət edir, portal icazəsi alırlar, ya işə getmə tarixini uzadırlar, sonra işə getmək fikrini dəyişir və ya iş yerinə gələrək şəraitlə tanış olur, sosial həyat çətinliyini səbəb göstərib işləməkdən imtina edir, əmək müqaviləsi bağlanmır. İş materiallarında olan xidmətlər göstərilməsi haqqında xx.xx.2021-ci il tarixli 04/2021 nömrəli müqavilənin surətindən görünür ki, sifarişçi «X31» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icraçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X22 ilə tefal və digər markalı cihaz və texnikasına qarantiya və qarantiyadan sonra xidmət göstərilməsi ilə bağlı xidmət müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7.2-3.4-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozması barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, protokolun tərtib edilməsinə əsas isə vətəndaşlar X9, X12 və X4 xx.xx.2024-cü il tarixdən hazırkı tarixədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvəyyə minmədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsi olmuşdur. Lakin məhkəmə araşdırması zamanı əmək müqaviləsi hüquqi qüvəyyə minmədən işlərin görülməsinə cəlb edilmiş vətəndaşlar X9, X12 və X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri olmaması məlum olmuşdur. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun sifariş əsasında cəmiyyətin Zəngilan rayonu, Ağalı kəndində yerləşən restoranın kondisionerində və soyducusunda yaranmış problemlərin aradan qaldırılması üçün kondisioner ustası ilə danışmış, usta iki nəfər işçisi ilə gədiyi üçün özünə portal açılmasını xahiş etmiş, cəmiyyətin direktoru da bununla bağlı Zəngilan rayon nümayəndəliyinə müraciət edərək üç nəfərin adına portal açdırmış, üç nəfərdən birinin əmək müqaviləsi olmuş, digər iki nəfərin isə əmək müqaviləsi olmamışdır. Həmçinin məhkəmə iclasında iştirak edən şahidlər verdikləri izahatlarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri olmadıqlarını, Zəngilana işlə bağlı deyil, gəzmək üçün X21 ilə birlikdə getdiklərini bildirmişlər. X5 isə ailəvi problemlərinin olması ilə bağlı Zəngilana ümumiyyətlə gedə bilmədiyini bildirmişdir. Eyni ilə də məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi əllərində X7 rayonuna giriş üçün Daxili İşlər Nazirliyi tərəfindən onlara göndərilən portaldan başqa hər-hansı bir sübut olmamasını bildirmişdir. Bu da onu göstərir ki, bu hal "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibatı xəta haqqında məsuliyyətə cəlb olunması üçün əsas deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,114- 114, 128,129,130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-95/2024
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-95/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver