Məhkəmə qərarları › İş №3(034)-96/2024

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-96/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-96/2024 26.08.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zəngilan Rayon Polis X4 Bölməsinin polis sahə rəisi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Qazaxıstan Respublikası, Kustanay vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, orta-ixtisas təhsilli, evli, himayəsində iki uşağı olan, "xxxx" MMC-də usta işləyən, Ağstafa rayonu, Həsənsu kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozması ilə əlaqədar olaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozması ilə əlaqədar barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Zəngilan rayon Polis şöbəsi tərəfindən baxılması üçün Zəngilan Rayon Məhkəməsinə daxil olmuşdur. Belə ki, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zəngilan rayonunda polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X11 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixində bir qrup, yəni 5 nəfər şəxsin Yazıdüzü adlanan açıq sahədə iş fəaliyyəti ilə məşğul olmaları zamanı bir nəfərin kiçik tullantılar yandırmağa hazırlaşdığını görüb polis əməkdaşları ona yaxınlaşaraq öz iradlarını bildirərək qanuni tələbi izah etmişlər. Daha sonra az müddət keçməmiş yenidən həmin ərazidə Şəxs qanunun tələblərini pozmasına baxmayaraq, qərəzli şəkildə qeyri-qanuni hərəkətlərini davam etməsini müşahidə etmişdir. Polis əməkdaşları onun odun yandırmasını görüb yaxınlaşmış, xəbərdarlıq edib getmiş, yenidən qayıdanda odun tüstüləndiyini görüb onu polis bölməsinə dəvət etmişlər. Şəxs işlədikləri sahədə zibil tullantılarını yandırmışlar. Həmin ərazidə zibil tulantılarının yandırılmaısna icazə yoxdur.Yanğın olan ərazidə ev yoxdur. Vətəndaş rayon polis idarəsinə gəlmiş, izahatını verdikdə etdiyi əməldən peşman olmasını, bir daha bu cür əməli təkrar törətməyəcəyini bildirmişdir. Sonda protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmədən şəxsə maddənin sanksiyasında göstərilmiş tənbeh növündən birinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, polis əməkdaşları yanğın olan yerdə gəlib onlara iradlarını bildirmiş və onlar odun üzərinə torpaq tökmüş, amma tüstüləmə davam etmişdir. Polisə heç bir müqavimət göstərməmiş, sadəcə anlaşılmazlıq olmuş, ikinci dəfə odu tam keçirmişlər. Quru ərazidir, yağış yağmadığı üçün otları günəş yandırmışdır. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmədən törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında izahatı elan edilmiş X1 rayon Polis Şöbəsində verdiyi izahatında göstərmişdir ki, Zəngilan rayonunda qeyd edilən şirkətdə işi ilə əlaqədar 2 aydır ki, operator vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Zəngilan rayon, “Yazı Düzü” adlanan ərazidə idarə etdiyi “CSB” markalı bekalator ilə su xəttinə aid borular daşımış və həmin boruların birləşməsində artıq qalan müəyyən tullantılar, yəni rezin qalıqlar olmuşdur. İş yoldaşı və üzərilərində usta olaraq iş vəzifələrini yerinə yetirən Şəxs həmin tullantıların əraziyə yayılaraq ətraf mühiti çirkləndirməməsi üçün təxminən yarım kvadratlıq yerdə müəyyən qazıntı edərək onları yandırmağa başlamışdır ki, bu zaman polis əməkdaşı yaxınlaşmış və bu barədə irad bildirərək bu əməlin qeyri-qanuni olmasını, ümumillikdə hamıya və əsasən Teymura izah vermiş və xəbərdarlıq etmişdir. Sonra isə artıq yanmaya başlayan ocağı söndürmək istəyən şəxs üzərinə torpaq əlavə edərək tüstü dayanadək onlarla birgə gözləmişdir. O, bunun qanun pozuntusu olduğunu bilməmişdir, məlumatı olsaydı deyərdi. Əksinə o da düşünmüşdür ki, tullantılar orada qalsa külək vasitəsilə əraziyə dağılacaq və daha çox ziyan olacaqdır. Tullantıları hara aparıb atmalı olduqlarını bilməmişlər. Üzərinə torpaq tökülməklə sondürülmüş, sadəcə olaraq tüstüsü hələ də davam etmişdir. Məhkəmə iclasında izahatı elan edilmiş X2 rayon Polis Şöbəsində verdiyi izahatında göstərmişdir ki, o, Zəngilan rayonunda qeyd edilən şirkətdə işi ilə əlaqədar 15 gündür ki, fəhlə olaraq işləyir. xx.xx.2024-cü il tarixdə Zəngilan rayon, “Yazı Düzü” adlanan ərazidə su xəttinə aid boruları birləşdirirmiş və həmin boruların birləşməsində artıq qalan müəyyən tullantılar, yəni rezin qalıqlar kənarda iş gördükləri sahədə dağınıq halda qalmışdır. İş yoldaşı və üzərilərində usta olaraq iş vəzifələrini yerinə yetirən Şəxs həmin tullantılar əraziyə yayılaraq ətraf mühiti çirkləndirməməsi üçün təxminən yarım kvadratlıq yerdə müəyyən qazıntı edərək onları yandırmağa başlamışdır ki, bu zaman polis əməkdaşı yaxınlaşmış və bu barədə irad bildirərək bu əməlin qeyri-qanuni olmasını, ümumillikdə hamıya və əsasən Teymura izah vermiş və xəbərdarlıq etmişdir. Sonra isə artıq yanmaya başlayan ocağı söndürmək istəyən şəxs üzərinə torpaq əlavə edərək tüstü dayanadək onlarla birgə gözləmişdir. O, bunun qanun pozuntusu olduğunu bilməmiş, məlumatı olsaydı deyərdi. Əksinə o da düşünmüşdür ki, tullantılar orada qalsa külək vasitəsilə əraziyə dağılacaq və daha çox ziyan olacaqdır. Tullantıları hara aparıb atmalı olduqlarını bilməmişlər. Deyilən kimi üzərinə torpaq tökülməklə sondürülmüş, sadəcə olaraq tüstüsü hələ də davam etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla, o cümlədən inzibati xəta törətmiş şəxsin izahatı, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını və Şəxs şəxsiyyətini, ilk dəfə olaraq inzibati xəta törətməsini, törətdiyi əməldən səmimi olaraq peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar