Məhkəmə qərarları › İş №3(035)-102/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-102/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-102/2025 22.04.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ X2 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1994-cü ildə Zərdab rayonu, Şəftəxal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “N” saylı hərbi hissədə döyüş maşını komandiri vəzifəsində işləyən, Zərdab rayonu, Şəftəhal kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 10 fevral 2025-ci il tarixdə Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisində xüsusi icazəsi olmadan mülki silahı və onun döyüş sursatının əldə etməsi, saxlanması qaydasını pozmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində Zərdab rayon Polis Şöbəsinin polis sahə rəisi X1 tərəfindən MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Zərdab rayonu Şəftəhal kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. N saylı hərbi hissədə döyüş maşın komandiri vəzifəsində işləyir. Həmkəndliləri Təbriz və Məhəbbət ilə birlikdə Təbrizə məxsus avtomobil ilə Zərdab rayonu, Bəymli qəsəbəsi ərazisində atasına məxsus 16 çaplı qoşa lüləli ov tüfəngi ilə ov edərək bir ədəd turac və bir ədəd ördək atmışlar. Ov etdiyi zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onları rayon Polis Şöbəsinə dəvət edərək aparmışlar. Etdiyi əməldən peşmandır ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Əlavə olaraq bildirmək istəyir ki, atasına məxsus ov silahının müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəsmi qeydiyyat sənədi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, 10 fevral 2025-ci il tarixdə Şəxs Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisində ov etdiyi 16 çaplı qoşa lüləli tüfəngin müvafiq icra hakimiyyəti orqanı tərəfindən sənədi vardır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsindən həmin Məcəllənin 590.1-ci maddəsinə tövsif edilməli və onun həmin əməlin törədilməsində təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Belə ki, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə, təqsirkar şəxsin əməli İXM-in 590.1-ci maddəsinə müvafiq olaraq mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs evli olmasını, himayəsində azyaşlı uşağının olmasını, törətdiyi əməldən səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsindən həmin Məcəllənin 590.1-ci maddəsinə tövsif edilsin və o, Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə təqsirli bilinib 16 çaplı qoşa lüləli ov tüfəngi müsadirə edilməməklə 50 manat məbləğində cərimə edilsin. Qərarın icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə və Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şaki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqam Həsənquliyev Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar