Məhkəmə qərarları › İş №3(035)-103/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-103/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-103/2025 22.04.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi ilə İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara 22 aprel N5-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.N5-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.N5-ci il tarixdə Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisində ov qaydalarını kobud şəkildə icazə olmadan qadağan olunmuş yerlərdə pozmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Zərdab rayonu Şəftəhal kəndi ərazisində ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. N saylı hərbi hissədə işləyir. N fevral N5-ci il tarixdə həmkəndliləri ilə birlikdə Təbriz və Məhəbbət ilə birlikdə Təbrizə məxsus avtomobil ilə Zərdab rayonu, Bəyimli qəsəbəsi ərazisində atasına məxsus 16 çaplı qoşa lüləli ov tüfəngi ilə ov tüfəngi il bir ədəd turac və bir ədəd ördək ataraq ov etdiyi zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini onlara təqdim edib onalrı polis şöbəsinə dəvət edərək aparmışlar. Əlavə olaraq qeyd etmək istəyir ki. Həmin atasına məxsus 16 çaplı qoşa lüləli ov tüfəngi müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi vardır. İş materiallarında olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən tərtib edilmiş 31 mart N5-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməli müvafiq olaraq Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə töfsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını, məsuliyyəti yungülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, habelə ilk dəfə inzibati xəta törətməsini və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan qoşalüləli, 16 çaplı, ov tüfəngi müsadirə edilməməklə, 1000 (min) manat məbləğində cərimə edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən qoşalüləli, 16 çaplı, ov tüfəngi müsadirə edilməməklə, 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM : İLQAM HƏSƏNQULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar