Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-11/2024 30.01.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1937-ci ildə Zərdab rayonu, Alıcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, təqaüdçü, evli, Zərdab rayonu, Alıcanlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1, 332.4-cü maddələri ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 30 yanvar 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsinin inzibati təcrübə üzrə inispektoru polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində idarə etdiyi ** BG *** dövlət qeydiyyat nişanlı, VAZ 21061 minik markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən 327.1, 327.6, 332.1, 332.4-cü maddlərində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə VAZ 2106 minik markalı nəqliyyat vasitəsi ilə qonşu kəndə, yəni Çallı kəndinə gedərkən yolda inək heyvanı qarşısına çıxmış və avtomabili saxlaya bilməyib inəyi vurmuşdur. Bundan sonra avtomobillə Çallı kəndinə getmiş və qayıdarkən inəyi vurduğu yerdə polis əməkdaşları onu saxlamışlar. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir və zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, Zərdab rayon Polis Şöbəsinin inzibati təcrübə üzrə inispektoru polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən ona istinad olunan inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində Zərdab rayon Polis Şöbəsinin inzibati təcrübə üzrə inispektoru polis kapitanı X1 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6, 332.1, 332.4-cü maddələri ilə tövsif edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, toplanmış materiallar üzrə cinayət tərkibinin olması müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməllərində Azərbaycan Respublikasının İXM-nin 327.1, 327.6, 332.1, 332.4-cü maddələrinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 332.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 327.1, 327.6, 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4.-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəbeş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz Həmin Məcəllənin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs şəxsiyyətini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyəti yungülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini və yaşını nəzərə alaraq hesab edir ki, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü olan inzibati qaydada cərimə tətbiq edilməlidir. Beləlikli, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1, 332.4-cü maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-11/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-11/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver