Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-119/2024 23.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ ( İnzibati xəta haqqında iş üzrə ) Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə X4 Xidməti Mərkəzi Aran regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 23 fevral 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Xidməti Mərkəzi Aran regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X2 tərəfindən tərtib edilmiş 09 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə vəzifə təlimatının vəzifə öhdəlikləri bölməsinin 11 və 14-cü bəndlərinin tələblərinə riayət etməməsi nəticəsində fəhlə Zərərçəkmiş şəxs az ağır xəsarət almasına səbəb olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 2008-ci ildən Zərdab rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Məlikli kənd ASM-də təsərrüfat müdiri vəzifəsində işləyir. Avqust ayında Zərdab rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Məlikli kənd ASM-nin müdiri ondan idarənin həyətində təmizlik işlərinin aparılmasını tapşırdığı üçün xx.xx.2023-cü il tarixdə işə gələrkən özü ilə özünə məxsus ot biçən aqreqatı gətirmiş və həyəti təmizləməyə başlamışdır. Həmin idarədə fəhlə işləyən Zərərçəkmiş şəxs ona yaxınlaşaraq aqreqatı ondan alaraq otları biçməyə başlamışdır. Təqribən saat 09:30 radələrində Nofəl sol gözünü tutaraq aqreqatın mişarından daş çıxaraq gözünə dəyməsini bildirmişdir. Dərhal Nofəli avtomobilinə əyləşdirib ilk tibbi yardım göstərilməsi üçün Zərdab rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Hazırda əməlindən peşmandır. Nofəlin səhhəti yaxşıdır və Nofəlin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, Zərdab rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Məlikli kənd ASM-də fəhlə işləyir. xx.xx.2023-cü il tarixdə təqribən saat 09:30 radələrində Zərdab rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Məlikli kənd ASM-nin müdiri Şəxs ot biçən aqreqatı ilə idarənin həyətinin otlarını təmizləyərkən aqreqatın mişarından daş çıxaraq gözünə dəymiş və gözü xəsarət almışdır. Hikmət dərhal onu ilk tibbi yardım göstərilməsi üçün avtomobilinə əyləşdirib Zərdab rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Hazırda Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarından görünür ki, Şəxs barəsində X4 Xidməti Mərkəzi Aran regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X2 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X6-nin xx.xx.2023-cü il tarixli, T 782/2023 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol göz almasının kontuziyası, sol gözün görmə itiliyinin 0,02 olması olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşya (əşyaların) təsirindən, o cümlədən daş parçasının göz almasına dəyməsi nəticəsində törənə bilərdi, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3dən az hissəsinin dayanıqlı (30 faiz) itirilməsinə səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən ona istinad edilən inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində aşağı həddə olmaqla həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü olan cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-119/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-119/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver