Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-13/2025 18.12.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Zərdab rayonu, Qoruqbağı kəndində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonu, Qoruqbağı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Yasamal rayonunda kirayə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya şöbəsi tərəfindən 06 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)-295/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxsdan cəmi 4358,49 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx"ASC-nin xeyrinə ödənilməlidir. İcra vərəqəsi müvafiq olaraq Zərdab rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qabul edilərək bildirişlərlə birlikdə borclunun yaşayış ünvanına göndərilmiş və tələbi təmin etməsi üçün 10 (on) gün könüllü vaxt verilmişdir. Borclu icra sənədində qeyd olunan öhdəliyi könüllü şəlikldə icra etməməsi səbəbindən xx.xx.2024-cü il tarixdə Zərdab rayon İcra və probasiya şöbəsinə dəvət edilmiş, borcluya hüquqları, vəzifələri və məluliyyəti izah olunmaqla izahatı alınmış, ancaq icra sənədi üzrə tələb borclu tərəfindən təmin etməmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. "xxxx"ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2025-ci il tarixə borclu Şəxs "xxxx"ASC-yə 2830,08 manat borcu qalmışdır ki, həmin borcdan da bu gün, yəni xx.xx.2025-ci il tarixdə 500 manat ödəniş etmişdir. Onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, haqqında məhkəmə qərarlarının olduğunu bilir. Əvvəllər maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Lakin, sonralar ödənişlər etmiş, belə ki, "xxxx"ASC-yə olan 4358,49 manat puldan xx.xx.2025-ci il tarixədək 1528,41 manatını ödəmiş bu gün isə, yəni xx.xx.2025-ci il tarixdə də borcundan 500 manat "xxxx"ASC-nin hesabına ödəmişdir. Qalan borcunu da qısa müddətdə ödəyəcəkdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin rəisini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Zərdab Rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)-295/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxsdan cəmi 4358,49 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx"ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(035)-669/2024 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün onun barəsində axtarış elan olunaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs tapılıb məhkəməyə təqdim olunanadək iş üzrə icraat dayandırılmışdır. Zərdab Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən tapılaraq məhkəməyə təqdim edilmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(035)-13/2025 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis əməkdaşları tərəfindən məhkəməyə təqdim edildiyindən iş üzrə icraatın dayandırılması barədə Zərdab Rayon Məhkəməsinin 3(035)-669/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək 3(035)-669/2024 saylı inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə olunan ödəniş maliyyə arayışından və ödəniş qəbzindən görünür ki, Şəxs "xxxx"ASC-yə olan 4358,49 manat puldan xx.xx.2025-ci il tarixədək 1528,41 manat ödəmiş bu gün isə, yəni xx.xx.2025-ci il tarixdə 500 manat pulu "xxxx"ASC-nin hesabına ödəmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün ifadəsi və icra məmurunun izahatları və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. Lakin, məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün qanunvercilikdə nəzərdə tutulmuş müddət keçdiyi üçün onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Cavid Abbasov
Məhkəmə qərarları › İş №3(035)-13/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-13/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver