Məhkəmə qərarları › İş №3(035)-134/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-134/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-134/2024 14.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Ağdam rayonunun Ətyeməzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdam rayonunun Ətyeməzli kəndində qeydiyyatda olmaqla Zərdab rayonunda yaşayan Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 14 fevral 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixli 136 nömrəli tibbi müayinə protokoluna əsasən narkotik vasitədən-marixuanadan istifadə etməsi aşkar edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Ağdam rayonunun Ətyeməzli kəndində qeydiyyatda olmaqla Zərdab rayonunun Qoşaoba kəndində yaşayır, heç bir yerdə işləmir. Əvvəllər 3 dəfə qanunsuz olaraq narkotik vasitə saxladığına və istifadə etdiyinə görə Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə məhkum olunmuşdur. Təxminən 1993-cü ildən narkotik vasitə olan marixuana istifadə etsə də, narkotik asılılığı yoxdur. Belə ki, təsadüf nəticəsində hardansa tapdıqda, yəni əldə etdikdə narkotik vasitə olan marixuana istifadə edir. Buna görə də 13 fevral 2024-cü il tarixdə Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitədən istifadə etməyi ilə bağlı olan şübhə ilə əlaqədar Mingəçevir şəhər rayonlararası narkoloji dispanserində müayinə olnarkən sidik analizi zamanı marixuana istifadə etməsi aşkar edilsə də, həmin istifadə etdiyi marixuananı nə vaxt, necə əldə edib istifadə etdiyi yadında deyil. Eyni zamanda, narkotik vasitə istifadə etməsi ilə bağlı Zərdab RPŞ-nin əməkdaşları tərəfindən müayinə olunmasından və bununla bağlı aparılan araşdırmadan heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X4 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə digər əməliyyat müvəkkili Kamran Ağabalazadə ilə birlikdə xidmətdə olan zaman əməliyyat məlumatı daxil oldu ki, Zərdab rayonu, Qoşaoba kəndi ərazisəndə yaşayan Vəli adlı şəxs narkotik vasitə istifadə edir. Bundan sonra dərhal əməkdaşlar ilə birlikdə onun ünvanına gedərək daxil olan məlumatın araşdırılması üçün onu rayon polis şöbəsinə dəvət etdik. O, isə bizə heçbir maneəçilik yaratmadan və tabesizlik göstərmədən dəvətimizi qəbul edib bizimlə birlikdə polis şöbəsinə getdi. Daha sonra Zərdab RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Kamran Ağabalazadə onun narkoloji müayinədən keçirilməsi üçün Mingəçevir şəhər rayonlararası narkoloji dispanserinə aparmış, orada müayinə olunduqdan sonra onun narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab RPŞ-nin CAB-nin əməkdaşı Kamran Ağabalazadə şahid Fərid Eminovun izahatına uyğun izahat vermişdir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixli 136 nömrəli tibbi müayinə protokoluna əsasən narkotik vasitədənmarixuanadan istifadə etməsi aşkar olunmuşdur. İşdə olan Mingəçevir şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 136 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Şəxs narkotik vasitə olan marixuana qəbulu faktı aşkar edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 020476 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:45-də inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2024-cü tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın sürətindən görünür ki, toplanmış materiallar üzrə cinayət tərkibinin olması müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində həmin maddələrlə inzibati tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:45-dən hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar