Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-135/2024 04.03.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi ilə İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara 04 mart 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Zərdab şəhəri, “Qarasu” adlanan ərazidə heç bir icazəsi olmadan tir tüfəngi ilə 3 ədəd göyərçin ovlamışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə qaynatası Sahil Həsənova məxsus tir tüfəngi ilə Zərdab şəhəri, “Qarasu” adlanan ərazidə 3 ədəd çöl göyərçini ovlamışdır. Qanunsuz olaraq ov qaydalarını pozduğuna görə əməlindən peşmandır. İşdə olan Zərdab rayon Polis Şöbəsinin TQ-nın təhqiqatçısı Vüqar Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın sürətindən görünür ki, toplanmış materiallar üzrə cinayət tərkibinin olması müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən tərtib edilmiş 15 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməli müvafiq olaraq Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə töfsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını, məsuliyyəti yungülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, habelə ilk dəfə inzibati xəta törətməsini və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olmuş tir tüfəngi müsadirə edilməməklə, 01 (bir) il müddətə ov hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş tir tüfəngi müsadirə edilməməklə, 01(bir) il müddətə ov hüququ məhdudlaşdırılsın. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-135/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-135/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver