Məhkəmə qərarları › İş №3(035)-135/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-135/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-135/2025 16.05.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X15 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi ilə, X20 qərardan şikayət verən şəxs X5, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X16 və Təbii Sərvətlər İdarəsinin X11 Nəzarət və X4 baş məsləhətçi-müfəttişi X7 X21 Edənlər Birliyinin İcraçı X1 iştirakı ilə, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X16 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı X20 iş üzrə qərarından verdiyi şikayətə 16 may 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X16 və Təbii Sərvətlər İdarəsinin rəisi X17 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinmiş və onun 2000 (iki min) manat məbləğində cərimə olunması qərara alınmışdır. X12 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasında X12 izahatında göstərmişdir ki, 19 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinə əsasən MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İnzibati tənbehin verilməsinə səbəb isə pay torpaq sahəsində qurumuş 1 (bir) ədəd söyüd və 1 (bir) ədəd qovaq ağacnın kəsilməsi olmuşdur. Hesab edir ki, barəsində qəbul edilmiş qərar əsassızdır və və işin hallarını tam əhatə etmir. Belə ki, sözügedən ağacların yerləşdiyi ərazi Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə o və ailə üzvlərinə verilmişdir. Həmin torpaq sahəsi uzun zamandır ki, o və ailə üzvlərini istifadəsindədir. Sözü gedən ağaclar isə onun tərəfindən əkilmişdir. Ağaclar qurumuş və yararsız hala çevrilərək özü aşmışdır. O, isə aşmış ağacları özü ərazidən uzaqlaşdırmışdır. Ağaclardan biri isə torpaq sahəsinin üzərindən keçən beton kanalın yanında əkildiyindən həmin kanala ciddi ziyan vurmuşdur. Bununla bağlı X21 Edənlər Birliyi tərəfindən ona dəfələrlə rəsmi müraciət olunaraq su asma kanalına ziyan vuran ağacların kəsilməsi ondan xahiş etmişlər. Digər ağacda həmin müraciət əsasında onun tərəfindən kəsilmişdir. Onun barəsində qəbul olunmuş qərarı əsassız hesab etdiyindən həmin qərarın ləğv edilməsini məkəmədən xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X16 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X14 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X16 və Təbii Sərvətlər rəisi X17 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır belə ki, kəsilmiş ağacların inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs tərəfindən kəsilməsi qanunsuzdur. Şikayətçinin tələbi doğru olsa belə agaclardan birinin beton kanalın mühafizə zolağından kənarda kəsildiyi müəyyən olunduğundan hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 Edənlər Birlliyinin İcraçı X3 izahatında göstərmişdir ki, 2020-ci ildən həmin vəzifədə işləyir. Bildirmək istəyir ki, təkcə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X6 deyil ümumilikdə 23 nəfərə asma beton kanalına ziyan vuran ağacların kəsilməsi üçün arayış təqdim olunmuşdur. Hesab edir ki, beton kanala ziyan vuran həmin ağaclar X5 istifadəsində olan pay torpağında olduğu üçün həmin ağacları o kəsməlidir. Məhkəmə şikayət verən şəxs X8, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X16 və Təbii Sərvətlər İdarəsinin X11 Nəzarət və X4 baş məsləhətçi-müfəttişi X10 və X21 Edənlər Birliyinin İcraçı X2 dinləyib və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X16 və Təbii Sərvətlər İdarəsinin rəisi X17 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır, ona görə də dəyişdirilməməlidir. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X16 və Təbii Sərvətlər İdarəsinin rəisi X17 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinmiş və onun 2000 (iki min) manat məbləğində cərimə olunması qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə hesab edir ki, X12 barəsində Zərdab rayonu, Məlikli kəndində pay torpaq sahəsində köküstü yaş söyüd və qovaq ağaclarının kəsilməsinə görə onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X16 və Təbii Sərvətlər İdarəsinin rəisi X17 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Ona görə də X5 şikayəti təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X16 və Təbii Sərvətlər İdarəsinin rəisi X17 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan 10 (on) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar