Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-136/2025 11.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin 11 mart 2025-ci il tarixli EQ 26581983 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin 11 mart 2025-ci il tarixli EQ 26581983 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək göstərdi ki, Zərdab rayonu Çallı kəndində yaşayır və yük avtomobili idarə etmək üçün müvafiq kateqoriyalarda sürücülük hüququ vardır. "xxxx" MMC-də sürücü işləyir, “Volvo FH 460” yük markalı, ** AD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir və əsasən beynəlxalq yük daşımalarını həyata keçirir. İran İslam Respublikasından Rusiya Federasiyasına yük aparan zaman xx.xx.2025-ci il tarixdə, saat 15:42 radələrində Şabran rayonu Mollakamallı kəndi ərazisində (M-1 129 km. Quba şəhəri istiqamətində) etibarnamə əsasında idarə etdiyi “Volvo FH 460” yük markalı, ** AD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yük daşıyarkən hərəkət halında çəki ölçmə nəzarət sistemi olan “Kistler” 9835A tərəfindən ona qarşı normadan artıq yük daşıma qeydə alınmışdır. Bu səbəbdən də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə Baş X6 İdarəsi tərəfindən 11 mart 2025-ci il tarixli EQ 26581983 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, 11 mart 2025-ci il tarixli EQ 26581983 saylı inzibati tənbeh vermə haqqında qərarla razı deyildir. Belə ki, onun idarə etdiyi yük maşınına yüklər yığıldıqdan sonra İran İslam Respublikasının gömrük nəzarət buraxılış məntəqəsini keçərkən idarə etdiyi nəqliyat vasitəsi çəkilmiş, tərəzidə yüklə birlikdə 39660 kiloqram qeyd edilmiş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. Həmçinin qoşqu hissədə blomblama işi həyata keçirilmişdir. Hesab edir ki, Şabran rayonu Mollakamallı kəndi ərazisində quraşdırılmış “Kistler” 9835A çəki ölçmə sistemi (yük tərəzisi) texniki səbəbdən düzgün işləmir. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin 11 mart 2025-ci il tarixli EQ 26581983 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 qeyd etdiyi xüsusatlara, yəni “Volvo FH 460” yük markalı, ** AD *** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsinə yükü götürdüyü zaman tərəzinin 39660 kiloqram olmasına dair müvafiq hüquqi sənədi, foto və ya video görüntüləri sübut olaraq məhkəməyə təqdim edə bilməmişdir, eyni zamanda məhkəməyə təqdim etdiyi tərəzi məlumat vərəqələri səlahiyyətli şəxs tərəfindən imzalanmamış, hansı tarixdə verilməsi və nömrəsi qeyd olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, Baş X6 İdarəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan məlum olur ki, 27 iyul 1968-ci ildə doğulmuş X1 xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü ilədək “B1,B,C1,C, C1E və CE” kateqoriyasında nəqliyyat vasitələrini idarə etmək hüququ vardır və bu hüquq BD seriyalı, 046083 nömrəli sürücülük vəsiqəsi ilə təsdiq olunur. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin 11 mart 2025-ci il tarixli EQ 26581983 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 02 avqust 1985-ci ildə doğulmuş X3 xx.xx.2025-ci il tarixdə, saat 15:42 radələrində Şabran rayonu Mollakamallı kəndi ərazisində (M-1 129 km. Quba şəhəri istiqamətində) etibarnamə əsasında idarə etdiyi “Volvo FH 460” yük markalı, ** AD *** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan (iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) inzibati xətanın törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərarda həmçinin X2 izah edilmişdir ki, barəsində tərtib edilmiş EQ 24451200 saylı qərarda göstərilən inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və video materiallar əlavə olunur. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş inzibati xətanın qeydə alındığı fotoşəkildən görünür ki, xx.xx.2025-ci il, saat 15:42-də “Volvo FH 460” yük markalı, ** AD *** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsinin faktiki kütləsi 43740 kq (icazə verilən maksimum kütlə 40000 kq) olmuşdur. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qaydanın 4.2-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinin 2 nömrəli cədvəlində ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə nəqliyyat vasitələrində icazə verilən ümumi kütlə 40 tondur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Baş X6 İdarəsinin 11 mart 2025-ci il tarixli EQ 26581983 saylı inzibati tənbeh vermə haqqında qərarında və inzibati xətanın qeydə alındığı fotoşəkildə öz təsdiqini tapmışdır. X3 isə barəsində tərtib edilmiş EQ 26581983 saylı inzibati xəta haqqında qərarın əsassız olmasını özünün də çəkisi daxil olmaqla maşında olan 39660 kiloqram yükün idarə etdiyi yük maşını üçün normadan artıq olmayan yük hesab etməsi ilə əlaqələndirsə də, bu hallar onun hazırki inzibati xətanın törədilməsində təqsirli olmamasına dair şübhələrin yaranması üçün əsas deyildir. Çünki, şikayətçi X3 idarə etdiyi yük maşınında daşıdığı yükün icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini təsdiq edən 40000 kiloqramlıq yükdən az olmasına dair sübutu (müvafiq hüquqi sənədi, foto şəkili və ya video görüntünü) məhkəməyə təqdim etməmişdir. Şikayətçinin məhkəməyə təqdim etdiyi, səlahiyyətli şəxs tərəfindən imzalanmayan, hansı tarixdə yazıldığı və sıra nömrəsi olmayan tərəzi məlumat vərəqələri isə şikayətçinin normadan az yük daşıdığını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Buradan görünür ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X1 şikayətinin mahiyyəti onun baş vermiş inzibati xətadan özünü müdafiə və ya ona tətbiq edilən inzibati cərimədən yayınmaqdan ibarətdir. Belə olan halda, məhkəmə hesab edir ki, Baş X6 İdarəsinin 11 mart 2025-ci il tarixli EQ 26581983 saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, işin faktiki hallarına uyğundur və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmişdir, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, Baş X6 İdarəsinin 11 mart 2025-ci il tarixli EQ 26581983 saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğundan, X1 verdiyi şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı 27 iyul 1968-ci ildə Zərdab rayonunun Çallı kəndində doğulmuş, Zərdab rayonu Çallı kəndində yaşayan X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin 11 mart 2025-ci il tarixli EQ 26581983 saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №3(035)-136/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-136/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver