Məhkəmə qərarları › İş №3(035)-138/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-138/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-138/2024 29.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərərçəkmiş şəxs İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Zərdab rayonunun Gəlmə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 157-ci maddələri ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiala 29 fevral 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı və xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Zərdab şəhəri, M.Müzuli küçəsində Zərərçəkmiş şəxs söyüb təhqir etməklə onu döymüşdür. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. Yusiflə aralarında uzun müddətdir ki, borc məsələsi vardır. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Zərdab şəhəri, M.Müzuli küçəsində Zərərçəkmiş şəxs ilə mübahisə edərək dalaşmış və bir birlərini söymüşlər. Hazırda Yusiflə barışmışdır, əməlindən peşmandır. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, ünvan 2 ünvanında yaşayır. Şəxs onun qonşusudur. Səbuhi ilə aralarında uzun müddətdir ki, borc məsələsi vardır. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Zərdab şəhəri, M.Füzuli küçəsində Şəxs ilə mübahisə edərək dalaşmış və bir birlərini söymüşlər. Hazırda Şəxs bağışlayır, ona qarşı heç bir şikayət və tələbi yoxdur və işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarından görünür ki, Şəxs barəsində Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 tərəfindən inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı və xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 510 və 157-ci maddələri ilə tövsif edilmiş, Şəxs həmin protokollarla tanış olmuş və həmin protokolları imzalamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, işdə olan Zərdab rayon Polis Şöbəsinin TQ-nın təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş 21 yanvar 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs və Zərərçəkmiş şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, əməllərində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İXM-nin 510 və 157-ci maddələrinin tərkibinin olması təsdiq edildiyindən onların barəsində həmin maddələrə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Şəxs və Zərərçəkmiş şəxs MTE və PA birliyinin Ağcabədi rayonu şöbəsində məhkəmə tibbi ekspertizasından keçməsi təklif olunsa da, onlar ekspertizadan keçməkdən imtina etmişlər. İşdə olan məhkəmə prosesinin gedişində Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona görə də işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə görə İXM-nin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, zərərçəkmiş şəxsin inzibati xəta törədən şəxsə qarşı şikayət və tələbinin olmaması, tərəflərin işin icraatına xitam verilməsi barədə xahişlərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar