Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-14/2025 06.01.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X15 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi Zərdab RPŞ-nin YPX-nin Baş X2 İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən X11 oğlunun iştirakları ilə, X5 Zərdab rayon X19 Patrul Xidməti tərəfindən qəbul olunmuş 27 sentyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə 06 yanvar 2025ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon X19 Patrul Xidməti Baş X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1, 342.5, 332.1 və 332.2-ci maddələri ilə təqsirli bilinmiş və onun 200 manat məbləğində cərimə olunması qərara alınmışdır. X7 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasında X7 izahatında göstərmişdir ki, 25 sentyabr 2024-cü il tarixdə Zərdab DYP şöbəsinin əməkdaşları ona yaxınlaşaraq nəqliyyat vasitəsini idarə etmək hüququmun olub-olmamasını soruşmuşdur. O, isə onlara sürücülük hüququmun olmaması barədə məlumat vermişdir. Bundan sonra DYP əməkdaşları avtomobili duracağa yerləşdirməli olduğunu bildirmişlər. O, isə onlara etiraz edərək hazırda heç bir inzibati xəta törətmədiyini bildirmişdir. Belə ki, məlumat üçün qeyd etmək istəyir ki, DYP əməkdaşları ona yaxınlaşan zaman avtomobil idarə etməmiş, ümumiyyətlə avtomobildən kənarda olmuşdur. Avtomobili duracağa yerləşdirməkdən imtina etdiyi üçün onu məcburi şəkildə Zərdab RPŞ-nə aparmışlar. Sonra isə barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edərək baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərmişlər. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli № 3(035)-623/2024 nömrəli qərarı ilə İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Həmçinin bildirir ki, saxlandığı gün xx.xx.2024-cü il olduğundan həbs etmənin əvvəli 25 sentyabr 2024-cü il saat 21:50-dən hesablanmışdır. Əlavə olaraq diqqətə çatdırmaq istəyir ki, inzibati qaydada həbs olunduqdan üç gün sonra yəni xx.xx.2024-cü il tarixdə Zərdab RPŞ tərəfindən onun barəsində İXM-nin 339.1-1, 342.5, 332.1 və 332.2-ci maddələri ilə inzibati protokol və onun əsasında ******* nömrəli qərar qəbul olunmuşdur. Həmin qərara əsasən 200 manat cərimə olunmuşdur. Lakin o, inzibati həbs müddətində sözü gedən protokol və qərardan xəbərsiz olmuşdur. Həmin nzibati protokoldan telefonunda olan proqram vasitəsilə xəbər tutmuşdur. Bundan sonra Zərdab RPŞ-nə dəfələrlə rəsmi və qeyri rəsmi müraciət edərək protokol və qərarın surətinin ona verilməsini xahiş etsədə lakin protokol və qərar ona təqdim olunmamışdır. Daha sonra Zərdab RPŞ-nə ünvanladığı xx.xx.2024-cü il tarixli müraciətinə heç bir cavab verilməmişdir. Eyni zamanda DİN-in 102 qaynar xəttinə ünvanladığı zənglərdə icraata götürülsədə, ona heç bir cavab verilməmiş, protokol və qərarın surəti ona müraciətlərindən sonra xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur. Hesab edir ki, protokol və qərar əsassızdır. Belə ki,protokol və qərar o, inzibati qaydada həbs olunduğu müddət ərzində tərtib olunmuşdur. Hansı ki, protokol dərhal tərtib olunmalıdır. Ona görə də, Zərdab rayon X20 Patrul Xidmətinin baş insektoru X17 tərəfindən qəbul olunmuş 27 sentyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərdab RPŞ-nin YPX-nin Baş X4 izahatında göstərmişdir ki, inzibati xəta törətmiş şəxs barəsində olan protokol onun tərəfindən vaxtında yəni hadisənin baş verdiyi gün tərtib olunmuşdur. Ancaq inzibatçı tərəfindən sistemə gec daxil olunduğu üçün həmin protokolun tərtib olunduğu vaxt sözü gedən protokolda xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X13 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, onun maşınında naməlum səs yarandığı üçün Məhəmməddən onun maşınına əyləşməyini və həmin səsin nəyə görə yarandığını ona izah etməyini xahiş etmişdir. Onunla maşına baxdıqdan sonra o, sabah gələrsən düzəldərəm söyləmişdir. Daha sonra o, Məhəmmədi gətirib öz maşınının yanına düşürmüşdür. Onlar Məhəmmədin maşını olan yerən gələndə həmin maşının arxasında Yol Patrul Xidmətinə məxsus BMW markalı avtomaşın dayanmışdır və həmin yerdə bir nəfər polis əməkdaşıda var idi. Əlavə olaraq bildirmək istəyir ki, X12 xəta haqqında protokol tərtib olunan vaxt o, sərnişin kimi onun maşınında olmuşdur, başqa maşında sükan arxasında olub avtomobil idarə etməmişdir. Məhkəmə şikayət verən şəxs X6 və Zərdab RPŞ-nin YPX-nin Baş X3, şahid X9 dinləyib və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalıdır. Belə ki, işdə olan Zərdab RPŞ-nin YPX-nin Baş X4 tərəfindən qəbul edilmiş 27 sentyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1, 342.5, 332.1 və 332.2-ci maddələri ilə təqsirli bilinmiş və onun 200 manat məbləğində cərimə olunması qərara alınmışdır. İş materiallarından müəyyən olunur ki, X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(035) 623/2024 saylı qərarına əsasən 08 gün müddətinə inzibati qaydada həbs olunmuş və həbsdə olduğu müddətdə onun barəsində 27 sentyabr 2024-cü il tarixdə qanunsuz olaraq inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X7 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən şəxs məhkəmənin qərarı ilə həbsdə olmuşdur. Bundan başqa məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati Xətalar Məcəlləsinin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X5 inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməli olduğu halda buna əməl edilməmiş belə ki, Azərbaycan Respublikası İXM-nin 101.1-ci və 101.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə olduğu halda şikayət təmin edilməli, inzibati tənbeh vermə haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1, 342.5, 332.1 və 332.2-ci maddələri ilə inzibati tənbeh edilməsi barədə Zərdab rayon X19 Patrul Xidməti tərəfindən qəbul olunmuş 27 sentyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-14/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-14/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver