Məhkəmə qərarları › İş №3(035)-145/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-145/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-145/2025 07.05.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X13 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs Zərdab rayon prokurorunun nümayəndəsi X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Zərdab rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və əlavə edilmiş materiallara 07 may 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon X16 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 25-1-2-2-462-2268-1 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:45 dəqiqədə “MKT-İstehsalat Kommersiya MMC-nin Zərdab filialının Emal sexində çilingər Zərərçəkmiş şəxs Az Ağır xəsarət alması ilə nəticələnən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması əməllərinə yol vermədə təqsirləndirilir. Məhkəmə iclasında Zərdab Rayon Prokurorluğunun nümayəndəsi X11 “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı” müdafiə edərək izahatında göstərdi ki, 22 yanvar 2025-ci il tarixdə, saat 01:45 dəqiqədə Zərdab RMX PHŞ-dən rayon prokurorluğuna Zərdab rayonu, Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs “MKT İstehsalat Kommersiya MMC”-nin Zərdab rayon filialında işləyərkən sağ ayağından xəsarət alması səbəbindən xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş material üzrə tərəfindən ilkin araşdırma aparılmış, məhkəmə-tibbi və məhkəmə texnikitəhlükəsizlik ekspertizaları təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, müvafiq sorğular verilmiş, zəruri şəxslərin izahatları alınmış, habelə rəsmi sənədlər alınaraq materiala əlavə edilmişdir. İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2000-ci il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-nin ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs 22 yanvar 2025-ci il tarixdə, gecə saat 01:45 dəqiqədə "xxxx" MMC-nin Zərdab filialının Emal sexində CİN-DP 130 aparatının altında yerləşən mahlıc ayırıcı mişara ilişmiş püfəni ayağı ilə təmizləyərkən sağ ayağı mişara ilişdiyi üçün xəsarət almışdır. Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarət alması faktında Azərbaycan Respublikası CM-in 162-ci maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, "xxxx" MMC-nin Zərdab filialında işləyən mexanik X12, baş mühəndis X6, növbə ustası X10 və SƏTƏM üzrə mütəxəssis Şəxs əməllərində texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması faktları müəyyən edildiyindən həmin şəxslər barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 2022-ci ildən "xxxx" MMCnin Zərdab filialının pambıq zavodunda SƏTƏM (sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikaları üzrə mühəndis) üzrə mühəndisi vəzifəsində işləyir. Ümumilikdə emal sexində 80 nəfər fəhləmühəndis heyəti işləyir. Pambıq borularla quruducu barabana daxil olur, avadanlıqlar RX, separator və CİN aparatı vasitəsilə çiyid mahlıcdan ayrılır, linter vasitəsilə çiyid tamamilə bir daha təmizlənir, çiyid isə şnek vasitəsilə çiyid anbarına ötürülür. İş vaxtı zavodda həftədə 40 saat olmaqla növbəli iş rejimidir. Hər növbədə 22 nəfər çalışır. Növbədə işə rəhbərlik edən növbə rəisidir, o işçilərə nəzarət edir. Ümumi işə isə baş mühəndis Qafil Məmmədov nəzarət edir. Gün ərzində 8 saat işləməklə 3 növbə çalışır. Birinci növbə saat 08:00-dan saat 16:00dək, İİ növbə 16:00-dan 00:00-dək, İİİ növbə 00:00-dan 08:00-dək çalışır. Zərərçəkmiş şəxs 19 sentyabr 2022-ci il tarixdə əmək müqaviləsi bağlamaqla zavodda çilingər vəzifəsində işə başlamışdır. Toğrulun əmək vəzifəsi detalların, mexanizmlərin, hissələrinin bərpası və dəyişdirilməsi, avadanlığın istismarı və təmiri prosesində yoxlanılması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması, ventilyator valının düzlüyü, pərlərin vəziyyətini yoxlamaq və vala möhkəm bərkidilməsini təmin etmək, Zibil daşıyan şneki yoxlamaq, zibil sovuran ventilyatora baxmaq, vakuum klapanına baxış keçirmək və aralıqları nizamlamaq, reduktyarorun dişli çarxına nəzarət etmək və yağına diqqət etmək və s.-dir. Emal sexində olan CİN-DP 130 aparatlarının işinə nəzarət etmək isə operatorun vəzifəsidir. Zərərçəkmiş şəxs CİN-DP 130 aparatlarının istismar etmək kimi birbaşa səlahiyyəti yoxdur, yalnız həmin aparat nasaz olduqda və ya istismarında problem yarananda sönülü halda təmir edə və ya digər işləri görə bilər. 22 yanvar 2025-ci il tarixdə, gecə saat 01:45 dəqiqədə Emal sexində CİN-DP 130 avadanlığı ilə operator Dəyanət Abdurəhimov işləyərkən növbədə olan çilingər Zərərçəkmiş şəxs vəzifə təlimatında göstərilmədiyi və işə başlamazdan öncə əməyin təhlükəsizliyi ilə bağlı təlimatın izah olunduğu halda özbaşına aparatın altında yerləşən mahlıc ayırıcı mişara ilişmiş püfəni ayağı ilə təmizləyərkən sağ ayağı mişara ilişdiyi üçün xəsarət almışdır. Dərhal operator Dəyanət avadanlığı söndürmüş, Rafiq Eyvazov və o, isə Toğrula ilkin tibbi yardım göstərməklə xəstəxanaya çatdırılmasını təmin etmişlər. Baş verənlər barədə zavodda komissiya yaradılmışdır. Komissiyanın sədri direktor müavini Fuad Zeynalov olmaqla üzvləri Qafil Məmmədov və ondan ibarət olmuşdur. Komissiya tərəfindən aparılan araşdırma zamanı müəyən olunmuşdur ki, Zərərçəkmiş şəxs özbaşına vəzifə təlimatında göstərilməyən hərəkətlər edərək, yəni CİN-DP130 aparatı işlək vəziyyətdə olduğu halda mişara ilişmiş püfəni təmizləmək üçün sağ ayağı ilə mahlıc ayırıcı hissədə mişarın ağzına müdaxilə edərək sağ ayağından xəsarət almışdır. Halbuki, aparatın mişarına ilişmiş püfələri təmizləmək üçün operatorlara taxtalar verilir ki, püfələri onunla təmizləsinlər. Çilingər Zərərçəkmiş şəxs isə ümumiyyətlə belə bir vəzifəsi olmamış, özbaşına taxtadan istifadə etməməklə ayağı ilə püfəni təmizləmək istəmişdir. Hadisə Zərərçəkmiş şəxs öz səhlənkarlığı nəticəsində baş vermişdir. Çünki, həmin avadanlığın istismar etmək ümumiyyətlə onun vəzifə təlimatında belə yoxdur. Aparatın üzərində iri həriflərlə “əlini mişardan gözlə” sözləri də yazılmışdır. Toğrul həm yeni işə daxil olarkən, həm də gündəlik olaraq təhlükəsizliklə bağlı təlimat almışdır. Hadisə baş verən zaman növbə rəisi Rafiq Eyvazov olmuşdur. Özünü ittiham olunduğu maddə ilə təqsirli bilmir. Hesab edir ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar əsassızdır, ona görə də məhkəmədən barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, 2022-ci ildən "xxxx" MMC-nin Zərdab filialının pambıq zavodunda çilingər işləyir. Pambıq zavodu pambığın becərilməsi ilə yanaşı həm də emal müəssisədir. Pambıq borularla quruducu barabana daxil olur, avadanlıqlar RX, separator və CİN aparatı vasitəsilə çiyid mahlıcdan ayrılır, linter vasitəsilə çiyid tamamilə bir daha təmizlənir, çiyid isə şnek vasitəsilə çiyid anbarına ötürülür. İş vaxtı zavodda həftədə 40 saat olmaqla növbəli iş rejimidir. Hər növbədə 22 nəfər çalışır. Növbədə işə rəhbərlik edən növbə rəisidir, o işçilərə nəzarət edir. Gün ərzində 8 saat işləməklə 3 növbə çalışır. Birinci növbə saat 08:00-dan saat 16:00-dək, İİ növbə 16:00-dan 00:00-dək, İİİ növbə 00:00-dan 08:00-dək çalışır. Baş mühəndis X3r, baş mexanik isə X8r. Onun əmək vəzifəsi detalların, mexanizmlərin, hissələrinin bərpası və dəyişdirilməsi, avadanlığın istismarı və təmiri prosesində yoxlanılması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması, ventilyator valının düzlüyü, pərlərin vəziyyətini yoxlamaq və vala möhkəm bərkidilməsini təmin etmək, zibil daşıyan şneki yoxlamaq, zibil sovuran ventilyatora baxmaq, vakuum klapanına baxış keçirmək və aralıqları nizamlamaq, reduktyarorun dişli çarxına nəzarət etmək və yağına diqqət etmək və s.-dir. 21 yanvar 2025-ci il tarixdə, saat 23:50 dəqiqədə Zavoda növbəyə getmişdir. İşə başlamazdan öncə Emal sexində olan bütün aparatlar və qurğuları söndürməklə həmin günü növbədə olan işçilərə və ona təhlükəsizlik qaydaları ilə bağlı təlimatda göstərilən vəzifələr elan olunmuş, fərdi mühafizə vasitələri ilə təmin edilməklə iş bölgüsü üzrə iş sahələrinə göndərilmişlər. 22 yanvar 2025-ci il tarixdə, gecə saat 01:45 dəqiqədə Emal sexində CİN-DP 130 avandalığı ilə operator Dəyanət Abdurəhimov işləyərkən aparatın altında yerləşən mahlıc ayırıcı mişara ilişmiş püfəni ayağı ilə təmizləmək istəmişdir. Bu vaxtı sağ ayağı mişara ilişdiyi üçün xəsarət almışdır. Dərhal operator Dəyanət avandalığı söndürmüş, Şəxs və növbə ustası Rafiq Eyvazov isə ona ilkin tibbi yardım göstərməklə xəstəxanaya aparmışlar. Hadisə baş verən zaman təlimat aldığı növbə rəisi Rafiq Eyvazov olmuşdur. Hadisə öz səhlənkarlığı nəticəsində baş vermişdir. Baş vermiş hadisə ilə bağlı heç bir işçinin günahı yoxdur. Ona görə də heç kimə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan DƏMX-nin Mərkəzi Aran RŞ-nin rəis müavini X2 tərəfindən qəbul edilmiş 02 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarın surətindən görünür ki, "xxxx" MMCnin Zərdab filialının direktoru X1 Azərbaycan Respublikasə İXM-nin 199-cu maddəsi (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi ) ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli 3(035)- 144/2025 saylı qərarının surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 01:45 dəqiqədə “MKT-İstehsalat Kommersiya MMC-nin Zərdab filialının Emal sexində çilingər Zərərçəkmiş şəxs Az Ağır xəsarət alması ilə nəticələnən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması əməllərinə yol verməsi ilə əlaqədar X10 Azərbaycan Respublikasə İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Zərdab filialının 85/K nömrəli, 19 sentyabr 2022ci il tarixli Əmrinə əsasən, həmin tarixdən Zərərçəkmiş şəxs çilingər (təmizləyici) vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarından müəyyən olunur ki, "xxxx" MMC-nin Zərdab filialının pambıq emalı zavodunda çilingər işləyən Zərərçəkmiş şəxs iş zamanı “CİN-DP 130” markalı dəzgahın işlək vəziyyətində onun alt hissəsində yerləşən mahlıc ayırıcı mişara ilişmiş püfəni ayağı ilə təmizləməklə öz fərdi təhlükəsizliyini qorumadığına görə, “Təşkilat, idarə və müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri onun özü tərəfindən pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin 04 aprel 2025-ci il tarixli, 3-17-5/2-28757/2025 məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Zərdab filialının çilingər təmizləyicisi Zərərçəkmiş şəxs 22 yanvar 2025-ci il tarixdə saat 01:45 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin əmri ilə yaradılmış komissiya tərəfindən təhqiq edilmişdir. Təhqiqat komissiyası baş vermiş hadisəni istehsalatla əlaqəli hesab edərək İZ formalı aktla rəsmiləşdirilməsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Zərdab filialının uçota alınması barədə rəy verməklə müvafiq akt tərtib etmişdir. Tərtib edilmiş təhqiqat aktına əsasən hadisənin baş verməsində və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Zərdab filialının Çilingər təmizləyici Zərərçəkmiş şəxs cavabdehliyi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Zərdab filialının sahə ustası X7 nəzarətsizliyi müəyyən olunmuşdur. İş materiallarından görünür ki, Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Zərdab rayon Prokuroru tərəfindən “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şühbələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC-nin Zərdab filialının pambıq emalı zavodunda çilingər işləyən Zərərçəkmiş şəxs iş zamanı “CİN-DP 130” markalı dəzgahın işlək vəziyyətində onun alt hissəsində yerləşən mahlıc ayırıcı mişara ilişmiş püfəni ayağı ilə təmizləməklə öz fərdi təhlükəsizliyini qorumadığına görə, “Təşkilat, idarə və müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri onun özü tərəfindən pozulmuş və hadisənin baş verməsində və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Zərdab filialının Çilingər təmizləyici Zərərçəkmiş şəxs cavabdehliyi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Zərdab filialının sahə ustası X7 nəzarətsizliyi olmuşdur. Belə olan halda Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutduğu inzibati xətanı törətməsi istisna edilir. Məhkəmə belə qənaətə gəlir ki, əməyin mühafizəsi qaydalarının pozulması hadisəsinin Şəxs aidiyyəti, dolayısı ilə onun Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə təqsirləndirilməsi sübuta yetmədiyindən həmin maddə ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə təqsirliyi sübuta yetirilmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar