Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-146/2025 07.05.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X11 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs Zərdab rayon prokurorunun nümayəndəsi X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1967-ci ildə Zərdab rayonunun Xanməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-nin Zərdab filialında baş mühəndis vəzifəsində işləyən, Zərdab rayonunun Xanməmmədli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Zərdab rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və əlavə edilmiş materiallara 07 may 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon X12 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 25-1-2-2-462-2268-1 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:45 dəqiqədə “MKT-İstehsalat Kommersiya MMC-nin Zərdab filialının Emal sexində çilingər Zərərçəkmiş şəxs Az Ağır xəsarət alması ilə nəticələnən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması əməllərinə yol vermədə təqsirləndirilir. Məhkəmə iclasında Zərdab Rayon Prokurorluğunun nümayəndəsi X9 “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı” müdafiə edərək izahatında göstərdi ki, 22 yanvar 2025-ci il tarixdə, saat 01:45 dəqiqədə Zərdab RMX PHŞ-dən rayon prokurorluğuna Zərdab rayonu, Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs “MKT İstehsalat Kommersiya MMC”-nin Zərdab rayon filialında işləyərkən sağ ayağından xəsarət alması səbəbindən xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş material üzrə tərəfindən ilkin araşdırma aparılmış, məhkəmə-tibbi və məhkəmə texnikitəhlükəsizlik ekspertizaları təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, müvafiq sorğular verilmiş, zəruri şəxslərin izahatları alınmış, habelə rəsmi sənədlər alınaraq materiala əlavə edilmişdir. İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2000-ci il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-nin ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs 22 yanvar 2025-ci il tarixdə, gecə saat 01:45 dəqiqədə "xxxx" MMC-nin Zərdab filialının Emal sexində CİN-DP 130 aparatının altında yerləşən mahlıc ayırıcı mişara ilişmiş püfəni ayağı ilə təmizləyərkən sağ ayağı mişara ilişdiyi üçün xəsarət almışdır. Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarət alması faktında Azərbaycan Respublikası CM-in 162-ci maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, "xxxx" MMC-nin Zərdab filialında işləyən mexanik X10, baş mühəndis Şəxs, növbə ustası X8 və SƏTƏM üzrə mütəxəssis X3 əməllərində texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması faktları müəyyən edildiyindən həmin şəxslər barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 1991-ci ildən "xxxx" MMC-nin Zərdab filialının pambıq zavodunda işləyir, 2017-ci ildən isə baş mühəndis vəzifəsində işləyir. Pambıq zavodu pambığın becərilməsi ilə yanaşı həm də emal müəssisədir. Ümumilikdə emal sexində 80 nəfər fəhlə-mühəndis heyəti işləyir. Pambıq borularla quruducu barabana daxil olur, avadanlıqlar RX, separator və CİN aparatı vasitəsilə çiyid mahlıcdan ayrılır, linter vasitəsilə çiyid tamamilə bir daha təmizlənir, çiyid isə şnek vasitəsilə çiyid anbarına ötürülür. İş vaxtı zavodda həftədə 40 saat olmaqla növbəli iş rejimidir. Hər növbədə 22 nəfər çalışır. Növbədə işə rəhbərlik edən növbə rəisidir, o işçilərə nəzarət edir. Ümumi işə isə özü və baş mexanik X10 nəzarət edir. Gün ərzində 8 saat işləməklə 3 növbə çalışır. Birinci növbə saat 08:00-dan saat 16:00-dək, İİ növbə 16:00-dan 00:00-dək, İİİ növbə 00:00-dan 08:00-dək çalışır. Onun əmək vəzifəsi müəssisənin emal sahəsinə, müəssisə ərazisində işləyən bütün avadanlıq və aqreqatların işləməsinə tam rəhbərlik etmək, onların işlərini, əmək və istehsalat intizamını nəzarət altında saxlamaq, texnoloji intizama, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət etmək, növbə işinin təşkil edilməsini, növbə işçilərinin intizam qaydalarına nəzarət etməyi və SƏTƏM qaydalarına uyğun işləmələrinə nəzarət etmək və s. dən ibarətdir. Zərərçəkmiş şəxs 19 sentyabr 2022-ci il tarixdə əmək müqaviləsi bağlamaqla zavodda çilingər vəzifəsində işə başlamışdır. Toğrulun əmək vəzifəsi detalların, mexanizmlərin, hissələrinin bərpası və dəyişdirilməsi, avadanlığın istismarı və təmiri prosesində yoxlanılması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması, ventilyator valının düzlüyü, pərlərin vəziyyətini yoxlamaq və vala möhkəm bərkidilməsini təmin etmək, Zibil daşıyan şneki yoxlamaq, zibil sovuran ventilyatora baxmaq, vakuum klapanına baxış keçirmək və aralıqları nizamlamaq, reduktyarorun dişli çarxına nəzarət etmək və yağına diqqət etmək və s.-dir. Emal sexində olan CİN-DP 130 aparatlarının işinə nəzarət etmək isə operatorun vəzifəsidir. Zərərçəkmiş şəxs CİN-DP 130 aparatlarının istismar etmək kimi birbaşa səlahiyyəti yoxdur, yalnız həmin aparat nasaz olduqda və ya istismarında problem yarananda sönülü halda təmir edə və ya digər işləri görə bilər. 22 yanvar 2025-ci il tarixdə, saat 00:00 dəqiqədə işə başlamazdan öncə Emal sexində olan bütün aparatlar və qurğuları söndürməklə SƏTƏM üzrə mütəxəssis İxtiyar Həsənli və növbə ustası Rafiq Eyvazov birgə həmin günü növbədə olan 4 nəfər pambıq ötürücü, 1 nəfər quruducu operator, 1 nəfər baraban xidmətçisi, 1 nəfər təmizləyici-operator, 2 nəfər CİN operatoru, 1 nəfər CİN xidmətçisi, 1 nəfər LİNTER operatoru, 1 nəfər baş presləyici, 2 nəfər mahlıc presləyici, 1 nəfər kip tərəziçisi, 2 nəfər kip tikən, 1 nəfər lint presləyici, 1 nəfər siklon fəhləsi, 1 nəfər çilingər və 1 nəfər elektrikə təhlükəsizlik qaydaları ilə bağlı təlimatda göstərilən vəzifələri elan olunmuş, fərdi mühafizə vasitələri ilə təmin edilməklə iş bölgüsü üzrə iş sahələrinə göndərilmişdir. 22 yanvar 2025-ci il tarixdə, gecə saat 01:45 dəqiqədə Emal sexində CİN-DP 130 avandalığı ilə operator Dəyanət Abdurəhimov işləyərkən növbədə olan çilingər Zərərçəkmiş şəxs vəzifə təlimatında göstərilmədiyi və işə başlamazdan öncə əməyin təhlükəsizliyi ilə bağlı təlimatın izah olunduğu halda özbaşına aparatın altında yerləşən mahlıc ayırıcı mişara ilişmiş püfəni ayağı ilə təmizləyərkən sağ ayağı mişara ilişdiyi üçün xəsarət almışdır. Dərhal operator Dəyanət avadanlığı söndürmüş, Rafiq Eyvazov və İxtiyar Həsənli isə Toğrula ilkin tibbi yardım göstərməklə xəstəxanaya çatdırılmasını təmin etmişlər. Baş verənlər barədə zavodda komissiya yaradılmışdır. Komissiyanın sədri direktor müavini Fuad Zeynalov olmaqla üzvləri özü və İxtiyar Həsənlidən ibarət olmuşdur. Komissiya tərəfindən aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs özbaşına vəzifə təlimatında göstərilməyən hərəkətlər edərək, yəni CİN-DP130 aparatı işlək vəziyyətdə olduğu halda mişara ilişmiş püfəni təmizləmək üçün sağ ayağı ilə mahlıc ayırıcı hissədə mişarın ağzına müdaxilə edərək sağ ayağından xəsarət almışdır. Halbuki, aparatın mişarına ilişmiş püfələri təmizləmək üçün operatorlara taxtalar verilir ki, püfələri onunla təmizləsinlər. Çilingər Zərərçəkmiş şəxs isə ümumiyyətlə belə bir vəzifəsi olmamış, özbaşına taxtadan istifadə etməməklə ayağı ilə püfəni təmizləmək istəmişdir. Aparat işlək halda püfə onun istismarına mane yaratmadığı müddətdə taxta ilə, əgər mane yaradarsa isə sönülü halda əllə operator tərəfindən təmizlənə bilər. Hadisə Zərərçəkmiş şəxs öz səhlənkarlığı nəticəsində baş vermişdir. Çünki, həmin avadanlığın istismar etmək ümumiyyətlə onun vəzifə təlimatında belə yoxdur. Aparatın üzərində iri həriflərlə “əlini mişardan gözlə” sözləri də yazılmışdır. Toğrul həm yeni işə daxil olarkən, həm də gündəlik olaraq təhlükəsizliklə bağlı təlimat almışdır. Hadisə baş verən zaman növbə rəisi Rafiq Eyvazov olmuşdur. Toğrulun təlimat aldığı növbə rəisi də Rafiq Eyvazov olmuşdur. Onun iş saatı hər gün saat 09:00-dan 05:00-dək olur. Buna görə də hadisə olan vaxtı işdə olmamışdır. Ona görə də özünü təqsirli bilmir. Hesab edir ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar əsassızdır, ona görə də məhkəmədən barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, 2022-ci ildən "xxxx" MMC-nin Zərdab filialının pambıq zavodunda çilingər işləyir. Pambıq zavodu pambığın becərilməsi ilə yanaşı həm də emal müəssisədir. Pambıq borularla quruducu barabana daxil olur, avadanlıqlar RX, separator və CİN aparatı vasitəsilə çiyid mahlıcdan ayrılır, linter vasitəsilə çiyid tamamilə bir daha təmizlənir, çiyid isə şnek vasitəsilə çiyid anbarına ötürülür. İş vaxtı zavodda həftədə 40 saat olmaqla növbəli iş rejimidir. Hər növbədə 22 nəfər çalışır. Növbədə işə rəhbərlik edən növbə rəisidir, o işçilərə nəzarət edir. Gün ərzində 8 saat işləməklə 3 növbə çalışır. Birinci növbə saat 08:00-dan saat 16:00-dək, İİ növbə 16:00-dan 00:00-dək, İİİ növbə 00:00-dan 08:00-dək çalışır. Baş mühəndis Şəxsdur, baş mexanik isə X6r. Onun əmək vəzifəsi detalların, mexanizmlərin, hissələrinin bərpası və dəyişdirilməsi, avadanlığın istismarı və təmiri prosesində yoxlanılması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması, ventilyator valının düzlüyü, pərlərin vəziyyətini yoxlamaq və vala möhkəm bərkidilməsini təmin etmək, Zibil daşıyan şneki yoxlamaq, zibil sovuran ventilyatora baxmaq, vakuum klapanına baxış keçirmək və aralıqları nizamlamaq, reduktyarorun dişli çarxına nəzarət etmək və yağına diqqət etmək və s.-dir. 21 yanvar 2025-ci il tarixdə, saat 23:50 dəqiqədə Zavoda növbəyə getmişdir. İşə başlamazdan öncə Emal sexində olan bütün aparatlar və qurğuları söndürməklə həmin günü növbədə olan işçilərə və ona təhlükəsizlik qaydaları ilə bağlı təlimatda göstərilən vəzifələr elan olunmuş, fərdi mühafizə vasitələri ilə təmin edilməklə iş bölgüsü üzrə iş sahələrinə göndərilmişlər. 22 yanvar 2025-ci il tarixdə, gecə saat 01:45 dəqiqədə Emal sexində CİN-DP 130 avandalığı ilə operator Dəyanət Abdurəhimov işləyərkən aparatın altında yerləşən mahlıc ayırıcı mişara ilişmiş püfəni ayağı ilə təmizləmək istəmişdir. Bu vaxtı sağ ayağı mişara ilişdiyi üçün xəsarət almışdır. Dərhal operator Dəyanət avandalığı söndürmüş, İxtiyar Həsənli və növbə ustası Rafiq Eyvazov isə ona ilkin tibbi yardım göstərməklə xəstəxanaya aparmışlar. Hadisə baş verən zaman təlimat aldığı növbə rəisi Rafiq Eyvazov olmuşdur. Hadisə öz səhlənkarlığı nəticəsində baş vermişdir. Baş vermiş hadisə ilə bağlı heç bir işçinin günahı yoxdur. Ona görə də heç kimə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan DƏMX-nin Mərkəzi Aran RŞ-nin rəis müavini X2 tərəfindən qəbul edilmiş 02 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarın surətindən görünür ki, "xxxx" MMCnin Zərdab filialının direktoru X1 Azərbaycan Respublikasə İXM-nin 199-cu maddəsi (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi ) ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Zərdab filialının 85/K nömrəli, 19 sentyabr 2022ci il tarixli Əmrinə əsasən, həmin tarixdən Zərərçəkmiş şəxs çilingər(təmizləyici) vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarından görünür ki, “"xxxx" MMC-nin Zərdab filialında baş mühəndisin vəzifə Təlimatı”nın İİ bəndinin əsasən müəssisənin emal sahəsinə, müəssisə ərazisində işləyən bütün avadanlıq və aqreqatların işləməsinə tam rəhbərlik etmək, onların işlərini, əmək və istehsalat intizamını nəzarət altında saxlamaq, texnoloji intizama, əməyin mühafizəsi. təhlükəsizlik texnikası, istesahalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına raiyət eedilməsinə nəzarət etmək, növbə işinin təşkil edilməsini, növbə işçilərinin intizam qaydalarına nəzarət etməyi və SƏTƏM qaydalarına uyğun işləmələrinə nəzarət etmək və s. vəzifə öhdəliyidir. Həmin Təlimatın İV bəndinə əsasən baş mühəndis emal və təmir prosesində lazım olan ehtiyat hissələrinin müəyyənləşdirilməsinə, onların sifarişinin planlaşdırılmasına, sifariş verilməsinə və onların istifadə edilməsinə məsuliyyət daşıyır. İş materiallarında olan Ağcabədi MTE və PA şöbəsinin 22 nömrəli, 31 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət – sağ ayaq pəncəsinin alt səthinin kəsilmiş-sıyrılmış yaraları, İ-İİ-İİİ-V barmaqlarda dəri loskutları, İ-İİ barmaqların proksimal falanqasının sınığı – iti kənarlı küt alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan Ədliyyə Nazirliyinin MEM-nin 10/1244 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar, 12.2.003-91 “İstehsalat avadanlığı” DÜST-nın 1.2-ci bəndinin 5, 8-ci abzaslarının, 2.1.5-ci bəndinin tələbləri və “Təşkilat, idarə, müsəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri pozulmuşdur. Beləliklə, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 22 yanvar 2025-ci il tarixdə, gecə saat 01:45 dəqiqədə "xxxx" MMC-nin Zərdab filialının Emal sexində CİN-DP 130 aparatının altında yerləşən mahlıc ayırıcı mişara ilişmiş püfəni ayağı ilə təmizləyərkən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarət almışdır. Zərərçəkmiş şəxs baş vermiş hadisə nəticəsində dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarət alması faktı təqdim olunmuş məhkəmə tibbi ekspertizasının rəyinə əsasən öz təsdiqini tapmışdır. Bundan başqa, Şəxs “Baş mühəndisin vəzifə Təlimatı”nın İ bəndinin əsasən müəssisə ərazisində işləyən bütün avadanlıq və aqreqatların işləməsinə tam rəhbərlik etmək, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qayda və normalarına riayət edilməsinə nəzarət etmək, növbə işinin təşkil edilməsini, növbə işçilərinin intizam qaydalarına nəzarət etməyi və SƏTƏM qaydalarına uyğun işləmələrinə nəzarət etmək və s. vəzifə öhdəlikləri olduğu təqdirdə üzərinə düşən səlahiyyətləri vaxtında və düzgün həyata keçirməmişdir. Baş mühəndis Şəxs "xxxx" MMC-nin Zərdab filialının pambıq emalı zavodunun emal sexində quraşdırılmış “CİN-DP 130” markalı dəzgahı ilə işləyən işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qayda və normalarına riayət edilməsinə nəzarət etməsini təmin etməli olduğu halda, istehsalatdan öncə dəzgahın təhlükə mənbəyi olan hərəkətli hissəsinə işçilərin toxunmasını istisna edən, yaxud zədələnməsinin qarşısını alan qoruyucu vasitələrlə təmin edilməsi məqsədilə lazım olan ehtiyat hissələrini müəyyənləşdirilməklə və onların sifarişini planlaşdırmaqla həmin neqativ halın aradan qaldırılması, nəticədə isə dəzgahın düzgün istismarını və təhlükəsiz iş şəraitinin yaradılmasını təmin etməli idi. İş materiallarından görünür ki, Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Zərdab rayon Prokuroru tərəfindən “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:45 dəqiqədə “MKT-İstehsalat Kommersiya MMC-nin Zərdab filialının Emal sexində çilingər Zərərçəkmiş şəxs Az Ağır xəsarət alması ilə nəticələnən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin qaydalarını pozmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxsin Şəxs qarşı şikayət və tələbinin olmamasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə olmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz ) manat məbləğində cərimə edilsin. Qərarın icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM : İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-146/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-146/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver