Məhkəmə qərarları › İş №3(035)-15/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-15/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-15/2025 13.01.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi X7 qərardan şikayət verən X3 iştirakı ilə, X3 Bakı Şəhər DYPİ-nin polis mayoru X1 tərəfindən qəbul olunmuş 07 noyabr 2023-cü il tarixli, TP ******* saylı X7 iş üzrə qərarından verdiyi şikayətə 13 yanvar 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri DYPİ-nin polis mayoru X1 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və onun 80 (səksən) manat məbləğində cərimə olunması qərara alınmışdır. X4 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasında iştirak edən X4 izahatında göstərmişdir ki,etibarnamə əsasında idarə etdiyi KHAZAR LX minik avtomobili ilə 23 oktyabr 2024-cü il tarixdə Bakı Şəhəri Neftçi Qurban küçəsində giriş qadağası olan küçəyə girən zaman iki yol polis əməkdaşı onu saxlayaraq həmin yola girişin qadağan olunduğunu və başqa istiqamətdə hərəkət etməli olduğunu bildirmişdirlər və bu zaman ona protokol tərtib etməmişdilər.Protokol və qərarın tərtib olunmasından 2024-cü ilin mart ayında Qaradağ postunda saxlanılan zaman xəbər tutmuşdur.Özü və atasının çox saylı müraciətləri əsasında qərar və protokolu xx.xx.2024-cü il tarixdə əldə edə bilmişdir.Protokol və qərarın onun iştirakı olmadan tərtib olunmasına əsasən hesab edir ki,qərar ləğv olunmalıdır. Qərarından şikayət verilən orqan (şəxs) məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən X7 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İşdə olan Bakı şəhər DYPİ-nin polis mayoru X1 tərəfindən qəbul olunmuş 07 noyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki,Sadiq Fətiyevin barəsində X7 qərar qəbul edilməsi ilə bağlı müvafiq araşdırılma aparılmış və araşdırma zamanı yol verilmiş inzibati xətanın aşkar olunması və sənədləşdirilməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən olunmamışdır. Məhkəmə, qərardan şikayət verən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki,məhkəmə, X7 iş üzrə qərardan verilən şikayətə işdə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X4 xx.xx.2023-cü il tarixdə ** BY *** dövlət qeydiyyat nişanlı KHAZAR LX minik markalı avtomobillə Bakı şəhəri, Neftçi Qurban küçəsində hərəkətdə olan zaman 3.1 “Giriş qadağandır” yol nişanının tələbini pozaraq giriş qadağan olan istiqamətdə nəqliyyat vasitəsini idarə etmişdir. Qərarından şikayət verən orqan məhkəmə iclasında iştirak etməsədə məhkəmə şikayət verən şəxs X3 məhkəməyə ünvanladığı şikayət ərizəsindən və məhkəmədə verdiyi izahatından müəyyən edir ki,X4 giriş qadağan olan küçəyə girdikdən sonra YPX əməkdaşları onu dayandırmış və başqa istiqamətdə hərəkət etməli olduğunu bildirmişdilər. Eyni zamanda məhkəmə X3 Azərbaycan Respublikasının Baş Prokrorluğuna,Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətdəndə müəyyən edir ki,şikayət verən şəxs tərtib olunmuş qərarı mübahisələndirmir və qərarın əsassız tərtib olunmasını şübhə altına almır.Ünvanlanmış müraciətlərdə yalnız protokol və qərardan xəbərsiz olması ilə əlaqədar hesablanmış dəbbə pulundan şikayətçi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən Barəsində X7 iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X7 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər Həmin Məcəllənin 135-ci maddəsinə əsasən X7 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə – yüz manat məbləğində cərimə edilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən X7 iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri DYPİ-nin polis mayoru X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayət təmin olunmasın Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar