Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-156/2025 03.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X9 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul xalid oğlunun katibliyi ilə Müdafiəçi Vəkil Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Zərdab rayonu, Qoşaoba kəndi 1 May küçəsi ev 16-da qeydiyyatda olan Şəxs barəsində Zərdab rayon İcra və Probasiya şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xətta haqqında protokola və ona əlavə edilmiş materiala 03 iyul 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 01 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 16(035)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən 2(035)-40/2025 saylı mülki işə mahiyyəti üzrə baxılıb həll edilənə kimi Şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.3 misli həddində sabit pul məbləğində aliment müvəqqəti alınaraq ərizəçi X5 verilməklə müvəqqəti təminat tədbiri görülməsi qərara alınmışdır. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Borclu xx.xx.2025-ci il tarixdə Zərdab rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuş, izahatı alınaraq bir daha yaranmış aliment borcunun ödənilməsi ondan tələb olunmuş, lakin, borcu icra sənədi üzrə tələbi icra etməmişdir. Bu səbəbdən də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Lakin, sonradan müəyyən olunmuşdur ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-40/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə X7 ilə cavabdeh Şəxs arasında Zərdab rayonu Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 139 № ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulan xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X10 iddiaçı X3, xx.xx.2015-ci il təvəllüdlü X12 cavabdeh Şəxs himayəsində saxlanılmış və xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə cavabdeh Şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli, cəmi 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilsi qət edilmişdir. Həmçinin məhkəmə prosesinin gedişində borclu aliment borcundan 570 manat pulu tələbkara ödəmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə verilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məsələsini məhkəmənin mülahisəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-40/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə X7 ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulan xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X10 iddiaçı X3, xx.xx.2015-ci il təvəllüdlü X12 isə onun himayəsində saxlanılmış və xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə ondan sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli, cəmi 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilsi qət edilmişdir. Göründüyü kimi azyaşlı oğlu Ömər onun himayəsində saxlanılmışdır. Həmçinin iki uşağa münasibətdə yaranmış aliment borcundan 570 manat pulu tələbkara ödəmişdir. Qalan borcunu da qısa müddət ərzində ödəyəcəkdir. Ona görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Müdafiəçi Vəkil məhkəmə iclasında bildirmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-40/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə X1 Əli Əlövsət oğlunun himayəsində saxlanılmışdır. Ona görədə ona münasibətdə yaranmış aliment borcundan X8 payına düşən hissə çıxılmalıdır. Həmçinin borclu aliment borcundan 570 manat pulu tələbkara ödəmiş və qalan borcunu da qısa müddət ərzində ödəməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də onun barəsində olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin 16(035)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, 2(035)-40/2025 saylı mülki işə mahiyyəti üzrə baxılıb həll edilənə kimi Şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.3 misli həddində sabit pul məbləğində aliment müvəqqəti alınaraq ərizəçi X5 verilməklə müvəqqəti təminat tədbiri görülməsi qərara alınmışdır. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-40/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, X7 ilə cavabdeh Şəxs arasında Zərdab rayonu Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 139 № ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulan xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X10 iddiaçı X3, xx.xx.2015-ci il təvəllüdlü X12 cavabdeh Şəxs himayəsində saxlanılmış və xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə cavabdeh Şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli, cəmi 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilsi qət edilmişdir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 16(035)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra 570 manat pulu tələbkara ödəmişdir. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, yaranmış aliment borcundan 570 manat ödədiyini və hər ay 200 manat və əlavə olaraq qalıq borcundan da ödənişlər edəcəyini bildirərək nəzərə alınmasını xahiş etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxrıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, borclu Şəxs sözügedən icra vərəqəsinin icrasını təmin edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-156/2025 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM : İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-156/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-156/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver