Məhkəmə qərarları › İş №3(035)-158/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-158/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-158/2025 25.09.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ X7 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul xalid oğlunun katibliyi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Zərdab rayon İcra və Probasiya şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xətta haqqında protokola və ona əlavə edilmiş materiala 25 sentyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi Məmmədov Ziya oğlu 05 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 16(035)-4/2025 saylı, 11,03.2025-ci il tarixli icra sənədinə əsasən mülki işə baxılıb yekun məhkəmə qətnaməsi çıxarılanadək iddiaçı X1 uşaqları xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X5 və 11,08.2022-ci il təvəllüdlü X2 ilə həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00- dək görüşüb ünsiyyətdə olması qət edilmişdir. İcra sənədi Zərdab rayon İcra və Probasiya Şöbəsinin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuş və icraata başlanılmış və zəruri icra hərəkətləri yerinə yetirilmişdir. Belə ki, iş üzrə borcluya icraata başlmaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş təqdim edilərək tələbin icrası ondan tələb edilmişdir. Borclunun faktiki yanında olan uşaqları xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X5 ilk görüş zamanı kəskin etiraz bildirərək tələbkarla ünsiyyətdə olmalarında imtina etmişlər, tələfimizdən onlarla aparılmış profilaktik söhbətlər heç bir nəticə verməmişdir. Borclunun faktiki yanından olan uşağı 11,08.2022-ci il təvəllüdlü X2 onun tərəfindən hər həftənin cümə günləri şəbənin inzibati binasına gətirmiş və tələbkarla görüşü təşikl edilmişdir. Lakin tələbkar uşaqla görüş borədə icra sənədinin mahiyyəti üzrə görüşün keçirilməsini tələb etmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə borclunun ünvanına gedilmiş, lakin borclu Şəxs uşağın tələbkara onun evində görüşməməsini, hansısa idarə və ya şöbənin binasında görüşün təmin edilməsini bildirərək icra sənədində göstərilən tələbi icra etməmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Məhkəməyə göndərmişdir. Məhkəmə prosesinin gedişində tərəflər razılığa gəlmiş və borclu tərəfindən tələb icra edilmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi verilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məsələsini məhkəmənin mülahisəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Zərdab Rayon Məhkəməsinin 16(035)-4/2025 saylı, 11,03.2025-ci il tarixli icra sənədinə əsasən mülki işə baxılıb yekun məhkəmə qətnaməsi çıxarılanadək iddiaçı X1 uşaqları xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X4 və 11,08.2022-ci il təvəllüdlü X2 ilə həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00- dək görüşüb ünsiyyətdə olması qət edilmişdir. Əvvəllər bu icra sənədinin icrasına razı olmayaraq icrasından yayınsa da, artıq səhfini başa düşmüş və icra sənədinin icrasını təmin edir. Ona görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin 16(035)-4/2025 saylı, 11,03.2025-ci il tarixli icra sənədindən görünür ki, mülki işə baxılıb yekun məhkəmə qətnaməsi çıxarılanadək iddiaçı X1 uşaqları xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X4 və 11,08.2022-ci il təvəllüdlü X2 ilə həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00- dək görüşüb ünsiyyətdə olması qət edilmişdir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 16(035)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxrıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, borclu Şəxs sözügedən icra vərəqəsinin icrasını təmin edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-158/2025 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM : İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar