Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 3(035)-164/2025 19.05.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsinin hakimi X1 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Zərdab rayon Polis Şöbəsinin DYPB-nin polis serjantı X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə baxışına hazırlanması zamanı müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə materiallar natamamdır və düzgün tərtib edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı Şəxs xx.xx.2024-cü il tarixli EQ 22764109 saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə 50 manat məbləğində cərimə edilməsi iş materiallarında DİN-nin DYP Veb Portalından çıxarışda göstərilsə də həmin cərimənin ödənilib-ödənilməməsi barədə AsanPay ödəniş sistemindən sorğu olunarkən sözügedən protokolun mövcud olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin 1-ci qeydinə əsasən 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyətli olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli EQ 22764109 saylı inzibati xəta haqqında protokola əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinrək 50 manat məbləğində inzibati cərimə növündə tənbeh edilməsinə dair mötəbər sübutların təqdim edilməsi və inzibati xəta haqqında iş materialında olan natamamlığın aradan qaldırılması üçün Zərdab Rayon Polis Şöbəsinin DYPB-i tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.6 -cı maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar natamamlığın aradan qaldırılması üçün Zərdab rayon Polis Şöbəsinə qaytarılsın. HAKİM: İLQAM HƏSƏNQULİYEV.
Məhkəmə qərarları › İş №3(035)-164/2025
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №3(035)-164/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver