Məhkəmə qərarları › İş №3(035)-166/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-166/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-166/2025 26.05.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 26 may 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilməsinə görə barəsində inzibati cərimə tətbiq edilməsi haqqında qərarı həmin qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta törətmiş şəxs Şəxs lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Zərdab rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs istinad edilən inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan DİN-nin DYP Veb Portalından çıxarışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə yol hərəkəti qaydasını pozduğu üçün onun Azərbaycan Respublikası İXM-nin 469.3cü maddəsinə əsasən 50 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İşdə olan Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13-120/2- 3445/25 saylı məktubdan görünür ki, Şəxs 50 manat cəriməni ödəmədiyi üçün ona 30 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları ələhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinə əsasən 50 manat məbləğində cərimə edilməsinə baxmayaraq həmin vaxtdan 03 aydan artıq müddət keçsə də həmin cəriməni və hesablanmış 30 manat dəbbə pulunu ödəməmişdir. Ona görə də məhkəmə hesab edir ki Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tərkibi olduğundan, o, həmin əmələ görə təqsirli bilinməli və onun nəqliyyat vasitələrini idarə etmə hüququ mədudlaşdırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar