Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-170/2024 23.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ ( inzibati xəta haqqında iş üzrə ) Zərdab Rayon Məhkəməsi X7 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X14 oğlunun İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 23 fevral 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X8 23 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X8 izahatında göstərmişdir ki, Zərdab rayon məhkəməsinin 2(035)-217/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən, Şəxs xx.xx.2013-cü il tarixdən başlayaraq 2 (iki) azyaşlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 160 manat aliment tutularaq tələbkar X5 və əlavə olaraq 20 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə, Zərdab Rayon Məhkəməsinin 2(035)-703/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 339 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə, Zərdab Rayon Məhkəməsinin 2(035)-692/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 30030 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə, Biləsuvar rayon məhkəməsinin 2(022)-118/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə və Zərdab Rayon Məhkəməsinin 2(035)- 475/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 4840 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq icra şöbəsinə gəlmədiyi üçün onun barəsində xx.xx.2023-cü il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmiş icra olunması üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmişdir. Beləliklə, borclu icra vərəqəsi üzrə tələbi icra etməkdən yayınmışdır. Bununlada o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, maddi imkanı olmadığı üçün icra məmurunun qeyd etdiyi icra sənədləri üzrə borcunu tam şəkildə ödəməmişdir. İşdə olan ******* saylı protokola əlavədən görünür ki, Zərdab rayon məhkəməsinin 2(035)-217/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən, Şəxs xx.xx.2013-cü il tarixdən başlayaraq 2 (iki) azyaşlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 160 manat aliment tutularaq tələbkar X5 və əlavə olaraq 20 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə, Zərdab rayon məhkəməsinin 2(035)-703/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 339 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə, Zərdab rayon məhkəməsinin 2(035)- 692/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən üzrə borclu Şəxs 30030 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə, Biləsuvar rayon məhkəməsinin 2(022)-118/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə və Zərdab rayon məhkəməsinin 2(035)- 475/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən üzrə borclu Şəxs 4840 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 28 aprel 2015-ci il tarixli, 1(035)-09/2015 saylı hökmündən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbkar X5 aliment borcu olduğundan Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan icraata başlama haqqında xx.xx.2023-cü il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2021ci il, xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işləri başlanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan olunmuşdur. İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu Şəxs Zərdab rayon məhkəməsinin 2(035)-217/2013 saylı, xx.xx.2013-cü il tarixli, Zərdab rayon məhkəməsinin 2(035)-703/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Zərdab rayon məhkəməsinin 2(035)-692/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, Biləsuvar rayon məhkəməsinin 2(022)-118/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Zərdab rayon məhkəməsinin 2(035)- 475/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəxs əvvəllər Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından bir ildən artıq müddət keçmişdir. Ona görə də onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibini yaratmır. Belə olan təqdirdə məhkəmə onun əməlini Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsindən həmin Məcəllənin 528.1-ci maddəsinə tövsif edir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs Zərdab rayon məhkəməsinin 2(035)-217/2013 saylı, xx.xx.2013-cü il tarixli, Zərdab Rayon Məhkəməsinin 2(035)-703/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Zərdab Rayon Məhkəməsinin 2(035)-692/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, Biləsuvar rayon məhkəməsinin 2(022)-118/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Zərdab Rayon Məhkəməsinin 2(035)-475/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 23 fevral 2024-cü il tarixdən saat 18:10-dan hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-170/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-170/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver