Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-174/2024 02.04.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X9 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X1 Şikayət verən şəxs X5 iştirakı ilə, X5 Azərbaycan Respublikası Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərarından verdiyi şikayətə 02 aprel 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə olunması qərara alınmışdır. X11 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X15 tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində cərimə olunmasına dair xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X11 izahatında göstərmişdir ki, 2021-ci ildən Zərdab rayon Mənzil İstismar sahəsinin rəisi vəzifəsində işləyir. Zərdab şəhəri ərazisində kanalizasiya sistemi yoxdur. Ona görə də Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 25 dekabr 2018-ci il tarixli, 30 saylı sərəncamına əsasən Zərdab bələdiyyəsi tərəfindən Zərdab-Bəyimli yolunun sol hissəsində çirkab quyusu və çirkab sularının həmin quyuya daşınması üçün 100 kvadrat metr sahə ayrılmışdır. Zərdab şəhəri ərazisində çirkab sularının həmin əraziyə daşınması Mənzil İstismar Sahəsi (MİS) tərəfindən həyata keçirilir. İşlədiyi müddət ərzində əhali və təşkilatlarla bağlanmış müqavilələr əsasında çirkab sularını xüsusi təyinatlı maşınlara yığaraq həmin əraziyə daşıtdırır. Əvvəlcə çirkab suları “şambo” (çirkab quyusu) adlanan sahədə topalanır, sonra isə oradan xüsusi maşınlara yığılaraq həmin təyin olunmuş sahəyə daşınır. xx.xx.2024-cü il tarixdə Zərdab şəhər sakini X4 müraciəti əsasında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşı tərəfindən əraziyə baxış keçirilmiş xx.xx.2024-cü il tarixli, 83043 saylı akt və MN ******* nömrəli protokol tərtib edilmişdir. Baxış zamanı müraciətdə göstərilən hallar öz təsdiqini tapmamış və Zərdab şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 25 dekabr 2018-ci il tarixli 30 saylı sərəncamına əsasən çirkab sularının ayrılmış əraziyə daşınmasının onun tərəfindən təmin edilməsi bildirilsədə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi Asif Məcidov tərəfindən Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsinə əsasən qərar tərtib edərək 3500 manat məbləğində cərimə olunması qərara alınmışdır. Həmin qərarın qanunsuz və əsassız olduğunu hesab etdiyi üçün sözü gedən qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayaəndəsi X3 izahat vererərək bildirmişdir ki, Azərbaycan Respublikasının Baş Nazirinə çirkab suların axıdılması ilə əlaqədar şikayət edilmiş və həmin şikayət araşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, oradan da aidiyyatı üzrə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə həvalə edilmiş və araşdırılması onun icraatında olmuşdur. Şikayətin məzmununda Zərdab şəhər “kommunal evlər” adlanan Vİ məhəllənin və X2 çirkab sularının “Qara su” çayına axıdılması göstərilmişdir. Lakin, göstərilən ərazilərə onun da iştirakı olmaqla baxış keçirilmiş və şikayətin əsassız olduğu təsdiq edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, X2 həyətində “şambo” quyusu vardır ki, onların da Zərdab MİS-i ilə müqavilələri var və həmin çirkab suları xüsusi maşınlara yığılaraq təyin olunmuş yerə daşınır. Məhkəmənin diqqətinə çatdırır ki, çirkab suları 2 yerə başaldıla bilər. Bunlardan birincisi mərkəzləşdirilmiş kanalizasiya xəttinə, ikincisi isə agentliyin rəyi əsasında təyin edilmiş xususi yerlərə başaldıla bilər. Həmçinin xusisi filtirlər olmalıdır ki, çirkab suları filtirlər vasitəsilə təmizlənməli və yaxud da “şambo” quyularında çökdürmə yolu ilə təmizlənməlidir. Sonuncu göstərilənlər hazırki rayonun maliyyə vəsaiti üçün əlverişli deyildir. Lakin, Zərdab bələdiyyəsi tərəfindən Zərdab-Bəyimli yolunun sol hissəsində çirkab quyusu və çirkab sularının həmin quyuya daşınması üçün ayrılmış sahə əlverişlidir. Belə ki, həmin sahə şəhərdən aralıdı, yanında hər hansı yaşayış məntəqəsi, yaşıllıq və hər hansı bitki yoxdur, həmin çirkab quyusunun başqa su hövzəsinə sızıntısı yoxdur. Hesab edir ki, rayon ərazisində toplanmış çirkab sularının həmin əraziyə daşınması məqsədəmüvafiqdir. Lakin, Nazirliyin göstərişinə əsasən Agentliyin müvafiq rəy olmadan özlərinin yer təyin etməsi qanunsuz hesab edildiyindən protokol tərtib etməli olmuşdur. Şikayətin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır və ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliy 8 saylı Ərazi Ekologiya və X7 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X11 Azərbaycan Respublikası İXM-nin 266.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə təqsirli bilinmiş və onun 3500 (üç min beş yüz) manat cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 25 dekabr 2018-ci il tarixli, 30 saylı sərəncamından görünür ki, Zərdab şəhərində kanalizasiya sistemi olmadığı üçün Zərdab bələdiyyəsi tərəfindən Zərdab-bəyimli yolunun sol hissəsində çirkab quyusu qazılaraq çirkab sularının həmin quyuya daşınması üçün 100 kvadrat metr sahə ayrılması qərara alınmışdır. İş materiallarında olan ünvan 1nin rəisi Əhəd Əhədov tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 1 əhali və təşkilatlarla bağlanmış müqavilələr əsasında çirkab sularının xüsusi təyinatlı maşınlara yığılaraq Zərdab rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhər inzibati ərazi dairəsi nümayəndəsinin 25 dekabr 2018-ci il tarixli, 30 nömrəli sərəncamı əsasında ayrlımış xüsusi əraziyə daşınması barədə məlumat verilmişdir. İş materiallarında olan 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin ƏMMN və EM sektorunun məsləhətçi-müfəttişi X3, məsləhətçi-müfəttiş X12, Zərdab bələdiyyəsinin sədri X6 və ünvan 1nin rəisi X5 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X8 Agentliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli 12 nömrəli məktub əsasında sözügedən əraziyə baxış keçirilmiş, baxış zamanı həmin ərazinin Zərdab-Bəyimli avtomobil yolunun 1-ci kilometrliyində, yolun sol hissəsində, yaşayış məntəqəsindən 10 kilometr uzaqlıqda, ətrafında hər hansı yaşıllıq və kol bitkilərinin olmadığı, 50 metr uzunluğunda, 15 metr enində hər hansı kanala, çaya və su hövzəsinə çıxışı olmayan kənarı qapalı üstüaçıq, ətrafı qamış bitkiləri ilə təbii hasarlanmış quyudan ibarət olduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara, şikayətçinin və Azərbaycan Respublikası Ekoloqiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi Ekologiya və X7 nümayəndəsinin izahatlarına, tədqiq edilən iş materiallarına məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə- vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X5 əməli tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması kimi qiymətləndirilmişdir. Lakin, iş materiallarında X11 tərəfindən həmin normaların pozulmasına dair hər hansı sübut yoxdur. Belə ki, qeyd olunduğu kimi ünvan 1nin müdiri Əhəd Əhədov rayon ərazisində toplanmış çirkab sularını Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 25 dekabr 2018-ci il tarixli, 30 saylı sərəncamına əsasən Zərdab bələdiyyəsi tərəfindən Zərdab-Bəyimli yolunun sol hissəsində çirkab quyusu və çirkab sularının həmin quyuya daşınması üçün ayrılmış 100 kvadrat metr sahəyə daşıtdırmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 3.7.3-cü yarımbəndində məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlər görülməsi yerli icra hakimiyyəti başçısının vəzifələrinə aid edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ünvan 1nin müdiri Əhəd Əhədov rayon ərazisində toplanmış çirkab sularının daşınmasını müvafiq Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 25 dekabr 2018-ci il tarixli, 30 saylı sərəncamına əsasən həyata keçirdiyindən Azərbaycan Respublikası Ekoloqiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi Ekologiya və X14 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən qəbul edilmiş qərar qanuna uyğun deyil və X5 bu hadisə ilə bağlı təqsiri yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Azərbaycan Respublikası İXM-nin 129.1 və 129.1.3-cü maddələrin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayəti verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə X5 əməlində inzibati xəta tərkibi mövcud olmadığından, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadığından və ya təqsirliliyi sübuta yetirilmədiyindən onun Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi Ekologiya və X7 rəisi əvəzi X15 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar qanunsuzdur. Ona görə də həmin qərar ləğv edilməli və işin icraatına xitam verilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutatarq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilənərək 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi Ekologiya və X7 rəisi əvəzi X15 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.
Məhkəmə qərarları › İş №3(035)-174/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-174/2024
02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver