Məhkəmə qərarları › İş №3(035)-18/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-18/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-18/2025 06.01.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X10 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi Azərbaycan Respublikası İqtisaiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 X13 qərardan şikayət verən X3 iştirakları ilə, X3 Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi idarəsi tərəfindən qəbul olunmuş 16 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə 06 yanvar 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi idarəsinin müdiri X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli, MN ******* saylı X13 iş üzrə qərara əsasən X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinmiş və onun 500 manat məbləğində cərimə olunması qərara alınmışdır. X9 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasında X9 izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının İXM-nin 247.2-ci maddəsi ilə barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarı əsassız hesab edir. Belə ki, hazırda 15 il müddətinə icarəsinə verilmiş 5.0 ha torpaq sahəsi 19 sentyabr 2020-ci il tarixdə Zərdab şəhər Bələdiyyəsi ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən onun icarəsindədir. Bundan əlavə həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 011179 nömrəli Şəhadətnamə verilmişdir. Bundan başqa həmin torpaq sahəsi ilə bağlı Zərdab rayon Bələdiyyəsinə aid çıxarışa əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin plan ölçüsü təsdiq edilmiş və bu barədə xx.xx.2020-ci il tarixli, A 418786 nömrəli şəhadətnamə tərtib edilmişdir. Həmin sənəddə torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) Bələdiyyənin eytiyyat fondu torpaqları kimi qeyd olunmuşdur. Eyni zamanda həmin ərazi ilə bağlı edilmiş sorğuya 16 saylı Ucar Ərazi İdarəsində baxılmış həmin idarə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda ərazi qamışlıq ərazi kimi göstərilmiş və həmin məktubda da ərazi örüş sahəsi olaraq göstərilməmişdir. Bilavasitə torpağın təyinatı barədə şəhadətnamədə örüş sahəsi olması göstərilmədiyindən həmin torpaq sahəsindən başqa məqsədlə istifadə edilmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş qərar əsassızdır. Ona görə də, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən onun barəsində qəbul olunmuş 16 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri dövlət xidmətinin Ucar ərazi şöbəsinin nümayəndəsi X8 izahatında göstərmişdir ki, Zərdab rayonu ərazisində manitorinq keçirən zaman X3 istifadəsində olan 5.0 ha torpaq sahəsinin təyinatı üzrə istifadə olunmadığı müəyyən olunmuşdur. Ona görə də, tərəfindən Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinə əsasən X13 protokol tərtib olunmuş və tərtib olunan həmin protokol əsasında idarə müdiri Cəfər Məmmədov tərəfindən 16 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti qəbul edir. Belə ki, hesab edir ki, bilavasitə torpağın təyinatı barədə şəxsə verilmiş şəhadətnamədə torpağın təyinatı göstərilməlidir. Məhkəmə şikayət verən şəxs X6 və Əmlak məsələləri dövlət xidmətinin Ucar ərazi şöbəsinin nümayəndəsi X4 dinləyib və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsinin müdiri X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinmiş və onun 500 manat məbləğində cərimə olunması qərara alınmışdır. İş materiallarından müəyyən olunur ki, 15 sentyabr 2020-ci il tarixdə X9 ilə Zərdab şəhər Bələdiyyəsi arasında icarə müqaviləsi bağlanmış və Zərdab rayonu Qoşaoba kəndi ərazisində yerləşən ümumi sahəsi 5.0 ha olan torpaq sahəsi ona icarəyə verilmişdir. İş materiallarında olan 16 saylı Ucar Ərazi İdarəsinin rəisi vəzifəsini icra edən Qərib Həsənov tərəfindən Zərdab rayon Bələdiyyəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, sözü gedən ərazi “Zərdab rayonu Bərəkət təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində qamışlıq ərazi kimi göstərilmişdir. İşdə olan 87181 nömrəli vəsiqədən görünür ki, inzbati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X9 Azərbaycan Vətən Müharibəsi X1 üzvüdür. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X9 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, X13 protokol tərtib edilərkən şəxsin iştirakı təmin olunmamışdır. Məhkəmə araşdırması zamanı tədqiq edilən şikayət ərizəsi, tərəflərin izahatları və iş materiallarından müəyyən olunur ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X7 təqdim olunmuş AM 011179 nömrəli Şəhadətnamədə torpağın təyinatı barədə qeydiyyat aparılmamışdır. Bundan başqa məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində X13 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X13 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir İXM-nin 133.2.8-ci maddəsinə əsasən X13 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması X13 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 247.2-ci maddəsinə əsasən Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, X9 tərəfindən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi halı müəyyən edilmədiyindən, eləcə də protokol və qərar qəbul olunan zaman prosessual pozuntulara yol verildiyindən X9 barəsində İXM-nin 247.2-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli X13 iş üzrə qərar ləğv edilməli, həmin X13 iş üzrə icraata xitam verilməlidir Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, həmin X13 iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar