Məhkəmə qərarları › İş №3(035)-181/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-181/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-181/2025 10.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X5 Elxan oğunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Zərdab şəhəri, Vasif Alxasov küçəsi, ev 1-də yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 10 iyun 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N ET D İ: Zərdab rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 12 may 2025-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-632/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 5790,37 manat pul vəsaiti tutularaq X1 ödənilməsi və Zərdab Rayon Dövlət Notariat ofisinin 8İ-137 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 571,12 manat pul vəsaiti tutularaq "xxxx"ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədləri müvafiq olaraq icra edilməsi üçün Zərdab rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmişdir. Verilmiş könüllü icra müddəti zamanı tələb icra edilməmişdir. Borclu çağırışlardan yayındığı üçün barəsində məcburi gətirmə haqqında təqdimatla Zərdab rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin məcburi gətirmə haqqında qərarı əsasında borclu polis əməkdaşları tərəfindən İcra və Probasiya şöbəsinə gətirilərək izahatı alınmış, icra sənədlərinin icra olunmasının zəruriliyi bir daha ona izah olunmuş, lakin borclu icra sənədlərini icra etməmişdir. Bununlada, borclu icra sənədləri üzrə tələbi icra etməkdən yayınmışdır. Beləliklə, o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, borcunu birdəfəyə ödəyə bilmir, ayda 100 manat olmaqla hissə-hissə ödəməyə razıdır. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-632/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 5790,37 manat pul vəsaiti tutularaq X1 ödənilməsi qət edilmişdir. İşdə olan Zərdab Rayon Dövlət Notariat ofisinin 8İ-137 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 571,12 manat pul vəsaiti tutularaq "xxxx"ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-632/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərdab Rayon Dövlət Notariat ofisinin 8İ-137 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan borclunun məcburi gətirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs məcburi qaydada Zərdab rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokoldan görünür ki, icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmurunun tərəfindən müəyyən edilmiş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs şəxsiyyətini, özünü təqsirli bilməsini, qadın olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən icra işi və hazırki işin materiallarından müəyyən olundu ki, borclu Şəxs Zərdab Rayon Məhkəməsinin 2(035)-632/2024 saylı, xx.xx.2024-cü il tarixli və Zərdab Rayon Dövlət Notariat ofisinin 8İ-137 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs Zərdab Rayon Məhkəməsinin 2(035)- 632/2024 saylı, xx.xx.2024-cü il tarixli və Zərdab Rayon Dövlət Notariat ofisinin 8İ-137 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədləri ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və qadın olması nəzərə alınaraq onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü olan cərimə tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar