Məhkəmə qərarları › İş №3(035)-187/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-187/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-187/2024 27.03.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X7 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 27 mart 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 27 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahatında göstərmişdir ki, Zərdab rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)874/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 4927.29 manat alınaraq "xxxx" ASC-yə, Zərdab rayon Məhkəməsinin 2(035)-717/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 824.40 manat alınaraq "xxxx" MMC-yə, Abşeron rayon məhkəməsinin 2 (012)- 405/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cü il təvəllüdılü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq Şəxs tutularaq X2 verilməlidir Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, maddi imkanı olmadığı üçün icra məmurunun qeyd etdiyi icra sənədləri üzrə borcunu tam şəkildə ödəməmişdir. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan ******* saylı protokola əlavədən görünür ki, Zərdab rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)874/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 4927.29 manat alınaraq "xxxx" ASC-yə, Zərdab rayon Məhkəməsinin 2(035)-717/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 824.40 manat alınaraq "xxxx" MMC-yə, Abşeron rayon məhkəməsinin 2 (012)-405/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cü il təvəllüdılü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment Şəxs tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan icraata başlama haqqında xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, tarixli qərarlardan görünür ki, Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işləri başlanmışdır. İşdə olan Zərdab Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 3(035)660/2023-cü il saylı qərardan çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında məsuliyyətə cəlb olunaraq 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan olunmuşdur. İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu Şəxs Zərdab rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)874/2022 saylı, xx.xx.2022-ci il tarixli, Zərdab rayon Məhkəməsinin 2(035)-717/2022 saylı, xx.xx.2022-ci il tarixli, Zərdab rayon məhkəməsinin 2(035)-692/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, Abşeron rayon məhkəməsinin 2(012)-405/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs Zərdab rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)874/2022 saylı, xx.xx.2022-ci il tarixli, Zərdab rayon Məhkəməsinin 2(035)- 717/2022 saylı, xx.xx.2022-ci il tarixli, Zərdab rayon məhkəməsinin 2(035)-692/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, Abşeron rayon məhkəməsinin 2(012)-405/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 27 mart 2024-cü il tarixdən saat 16:25-dən hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar