Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-20/2025 22.01.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi, Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1953-cü ildə Zərdab rayonunun Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 22 yanvar 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib olunmuş 28 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Zərdab rayonu, Dədəqorqud meydanı ərazisində yerləşən mağazada satışı qadağan olunmuş protexniki vasitələrin satışı ilə məşğul olmuşdur. Məhkəmə iclasında Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 18 dekabr 2024cü il tarixdə, saat 10:25 radələrində PPXB-nin polis nəfərləri Elton Mərdanlı və X6 rayon ərazisində xidmətdə olduqları zaman Zərdab rayonu Dədəqorqud meydanı ərazisində yerləşən mağazada pirotexniki vasitələrin satıldığı barədə məlumat almışlar. Daha sonra həmin mağazaya baxış keçirərəkən orada müxtəlif növdə pirotexniki vasitələrin satıldığını görmüşlər. Onlar özlərini mağazada olan satıcıya təqdim edərək pirotexniki vasitələrin satışı ilə məşqul olmaqın qanunsuz olduğunu izah edərək onu Zərdab RPŞ-yə dəvət edib gətirmişlər. Onun rayon Polis Şöbəsinə gətirildikdən sonra aparılmış müvafiq araşdırma zamanı xx.xx.1953-cü il təvəllüdlü Şəxs olduğu müəyyən olunmuşdur. Daha sonra müvafiq araşdırmanın aparılması üçün müvafiq material onun icraatına daxil olmuş, aparılan araşdırma zamanı onun əməlinin Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olduğu müəyyən olunduğundan həmin məcəllənin müvafiq maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq toplanmış materiallar ilə birlikdə baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Zərdab rayonu Dədəqorqud meydanı ərazisində yerləşən ərzaq mağazasında qeyri rəsmi olaraq satıcı işləyir. Bakı şəhərində olarkən yeni il bayramı ərəfəsi olduğu üçün nəvələrinin istifadə etmələrinə görə az sayda onlara pirotexniki vasitə alıb gətirmişdir. Polis əməkdaşları mağazaya daxil olan vaxt həmin pirotexniki vasitələr mağazada olan masanın üzərində olmuşdur. Ona görə də Polis əməkdaşları onun həmin pirotexniki vasitələri satdığını zənn etmiş və araşdırma aparılması üçün onu rayon Polis Şöbəsinə dəvət etmişlər. O, Rayon Polis Şöbəsində izahatı alınarkən həmin pirotexniki vasitələri satmaq üçün yox nəvələri üçün aldığını söyləmişdir. Aldıqları izahatındada bunları qeyd etmişdir. Ancaq sonradan ona məlum olmuşdur ki, Polis Şöbəsində verdiyi izahatda onun söylədikləri deyil pirotexniki vasitələrin satışı ilə məşqul olması məzmununda izahat yazılmışdır. O, Polis Şöbəsində olan zaman izahat verdikdən sonra, verdiyi izahat ona uca səslə oxunmamış və həmin izahatı məzmununu bilməyərək imzalamışdır. Məhkəmə Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Süleyman Cəbişovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta hadisəsi yoxdur. İşdə olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirləndirilməsinə dair İTB-nin polis sahə rəisi X3 tərəfindən Azərbaycan Respublikası İXMnin 442-ci maddəsi ilə inzibati xəta haqqında protokol qanunsuz tərtib edilmişdir. Belə ki, şəxsin izahatı alınarkən qanunvericiliyin tələbinə əməl edilməmiş həmçinin, iş materialına əlavə olunan fotoşəkillərdən məlum olur ki, həmin fotoşəkillər material üzrə baş vermiş inzibati xəta hadisəsinin olduğu yerdə deyil rayon Polis Şöbəsinin xidməti otaqlarından birində çəkilmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, bu kimi hallar baş vermiş inzibati xəta hadisəsinin şəffaf formada araşdırılmasına şübhələr yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta hadisəsi yoxdur. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında 3(035)-20/2025 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.
Məhkəmə qərarları › İş №3(035)-20/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-20/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver