Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-201/2025 15.05.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X8 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi X1 Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Zərdab rayonunun Məlikumudlu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 15 may 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X9 15 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X9 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-678/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Zərdab Rayon Məhkəməsinin 2(035)-621/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə tutulan alimentin miqdarı dəyişdirilərək Şəxs xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2017-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq Zərdab rayon icra şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu alimentin ödənişini təmin etməmiş, çağırışlara gəlməmiş və telefon zənglərinə cavab verməmişdir. Ona görə də onun barəsində 29 mart 2023-cü il tarixdə axtarış elan edilmiş və icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixdə Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Zərdab rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Borclunun izahatı alınmış, yaranmış aliment borcunun ödənilməsinin zəruriliyi izah olunmuş və ona borcunu ödəməsi üçün xx.xx.2023-cü il tarixədək vaxt verilmiş, lakin, borclu bu müddət ərzində aliment borcunu ödəməmiş və Zərdab rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Bu səbəbdən təkrarən onun barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan olunaraq icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixdə Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Zərdab rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Borclunun izahatı alınmış, yaranmış aliment borcunun ödənilməsinin zəruriliyi bir daha ona izah olunmuş, lakin borclu aliment borcunu ödəməmişdir. Borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxilması üçün Zərdab Rayon Məhkəməsinə təqdim edilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da borclu aliment borcunu tam şəkildə təmin etməmiş, şöbəyə gəlməkdən yayınmışdır. Bu səbəbdən xx.xx.2025-ci il tarixli qərarla barəsində axtarış elan edilmiş və xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən İcra və Probasiya şöbəsinə gətirilərək izahatı alınmış, icra sənədinin icra olunmasının zəruriliyi ona izah olunmuş, lakin, borclu icra sənədini icra etməkdən qərəzli şəkildə bayun qaçırmışdır. Bununlada o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, maddi imkanı olmadığından borcunu ödəyə bilmir. Əgər vaxt verilsə belə həmin borcu tam şəkildə ödəyə bilməyəcəkdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X10 bildirdi ki, Şəxs aliment borcunu ödəməsi üçün vaxt verilməsini məhkəmədən xahiş edirəm. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin və onun müdafiəçisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-678/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-621/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə tutulan alimentin miqdarı dəyişdirilərək Şəxs xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2017-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. İşdə olan icraata başlama haqqında xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-678/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi X9 tərəfindən qəbul edilmiş “borclunun axtarışı haqqında” qərarın surətindən görünür ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixdə axtarış elan edilmiş və icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə həvalə edilmişdir. İşdə olan ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Şəxs 2(035)- 678/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə aliment borcu 2430 manat təşkil edir. İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun, nzibati xəta törətmiş şəxsin və onun müdafiəçisinin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu Şəxs Zərdab Rayon Məhkəməsinin 2(035)-678/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs Zərdab Rayon Məhkəməsinin 2(035)- 678/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 15 may 2025-ci il tarixdən saat 15:15-dən hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-201/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-201/2025
15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver