Məhkəmə qərarları › İş №3(035)-202/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-202/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-202/2025 15.05.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi X1 nümayəndəsi X4 Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Qəbələ rayonunun Laza kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Qəbələ rayonunun Laza kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 15 may 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 15 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 16(035)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən mülki işə baxılıb həll edilənə kimi cavabdehlərin Zərdab Rayon İcra Hakimiyyəti Başçısının 13 iyul 2018-ci il tarixli, 58 nömrəli və 07 may 2019-cu il tarixli, 33 nömrəli sərəncamları ilə iddiaçı X3 icarəsinə verilmiş “Məlikumudlu” adlanan və 25 nömrəli qış otlaq sahələrinə, cəmi 129 hektar torpaq sahəsinə girişlərinə qadağa qoyulmuşdur. İcra sənədi müvafiq olaraq Zərdab rayon icra şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu Şəxs İcra Şöbəsinə çağırılmasına baxmayaraq şöbəyə gəlməmişdir. xx.xx.2025-ci il tarixdə Zərdab RPŞ-nin əməkdaşları ilə sözügedən əraziyə baxış keçirilmiş qərardadın mahiyyəti borcluya bir daha izah edilmiş, icra etmədiyi təqdirdə məsuliyyət izah edilmişdir. Lakin, buna baxmayaraq borclu Şəxs icra sənədinin icrasını təmin etməmiş və çağırışlara gəlməmişdir. Borclunun icra məmurunun çağırışlarından yayındığı üçün barəsində xx.xx.2025-ci il tarixdə axtarış elan edilmiş və icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu saxlanılaraq xx.xx.2025-ci il tarixdə Zərdab rayon icra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmışdır. Bununlada o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, əməlindən peşmandır, may ayının axırı Zərdab rayonunu tərk edərək malqaralarını yaşadıqları Qəbələ rayonuna aparacaqlar və bir daha tələbkarın yerinə girməyəcəklər. Ona görə də məhkəmədən ona cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında X1 nümayəndəsi X9 izahatında bildirmişdir ki, Zərdab Rayon Məhkəməsinin 16(035)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən mülki işə baxılıb həll edilənə kimi cavabdehlərin Zərdab Rayon İcra Hakimiyyəti Başçısının 13 iyul 2018ci il tarixli, 58 nömrəli və 07 may 2019-cu il tarixli, 33 nömrəli sərəncamları ilə iddiaçı X3 icarəsinə verilmiş “Məlikumudlu” adlanan və 25 nömrəli qış otlaq sahələrinə, cəmi 129 hektar torpaq sahəsinə girişlərinə qadağa qoyulmuşdur. Lakin, digər cavabdehlər kimi Şəxs da icra sənədinin icrasını təmin etməmişdir. Ona görə də onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin və tələbkarın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin 16(035)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, mülki işə baxılıb həll edilənə kimi cavabdehlərin Zərdab Rayon İcra Hakimiyyəti Başçısının 13 iyul 2018-ci il tarixli, 58 nömrəli və 07 may 2019-cu il tarixli, 33 nömrəli sərəncamları ilə iddiaçı X3 icarəsinə verilmiş “Məlikumudlu” adlanan və 25 nömrəli qış otlaq sahələrinə, cəmi 129 hektar torpaq sahəsinə girişlərinə qadağa qoyulmuşdur. İşdə olan icraata başlama haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 16(035)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş “borclunun axtarışı haqqında” qərarın surətindən görünür ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixdə axtarış elan edilmiş və icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə həvalə edilmişdir İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2025ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun, inzibati xəta törətmiş şəxsin və tələbkarın nümayəndəsinin izahatlarından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu Şəxs Zərdab Rayon Məhkəməsinin 16(035)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs Zərdab Rayon Məhkəməsinin 16(035)- 9/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü olan cərimə tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar