Məhkəmə qərarları › İş №3(035)-203/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-203/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-203/2024 09.04.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Zərərçəkmiş şəxs İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Zərdab rayonu Qumlu qəsəbəsində yaşayan Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 09 aprel 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:15-də Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasında nalayiq söyüşlər söyərək itimai qaydanı pozmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Zərdab rayonu Qumlu qəsəbəsindəki ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 2020-ci ildə baş vermiş vətən müharibəsinin könüllü iştirakçısı olmuş, döyüşlərdə göstərdiyi nailiyyətlərə görə canab Ali Baş Komandan İlham Əliyev tərəfindən Şuşa, Xocavənd, Cəbrayıl, Zəngilan və Ağdam şəhərlərinin azad olunmasına görə, ocümlədən vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunmuş və buna görə vətən müharibəsi iştirakçısı kimi hər ay 80 manat müavinət alır. Ancaq cənab Prezidentin şahid ailələrinə və qazilərə ayırdığı yardımlardan yararlana bilmir. 4 ildə 1 (bir) dəfə ona yardım verilmişdir. xx.xx.2024-cü il tarixdə həmin məsələ ilə əlaqədar olaraq Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şəhid ailələri və vətən müharibəsi iştirakçıları ilə işin təşkili şöbəsinin müdiri Zərərçəkmiş şəxs telefon ilə zəng edərək yardım qutusu söhbəti etmədiyini ancaq heç olmasa bəzən ona mənəvi dəstək olmalarını himayəsində olan 1-ci qrup əlil yataq xəstəsi anası ilə maraqlanmalarını söyləsədə Zərərçəkmiş şəxs onun həssas təbəqə insalara aid olduğunu bilə-bilə onunla kobud danışaraq üzünə telefon söndürmüşdür. Bundan sonra o əsəbləşərək saat təxminən 15-00 radələrində Zərab Rayon İcra Hakimiyyətinin inzibati binasına gəlmiş Zərərçəkmiş şəxs ilə sözlə mübahisə etmiş ancaq heç kimi nalayiq ifadələrlə söyüb təhqir etməmişdir. Yalnız özündən yaşca böyük olan Zərərçəkmiş şəxs ilə kobud ucadan səslə danışdığı üçün əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 13-00 radələrində Şəxs ona telefon vasitəsi ilə zəng edərək həmkarlar təşkilatı tərəfindən verilən bayram sovqatı üçün zəng etdiyini söyləmişdir. O, ona cavab olaraq sənə xx.xx.2023-cü il tarixdə bayram sovqatı verildiyini, bu prosesin növbəli olaraq getdiyini, rayon ərazisində 1700 nəfər bu kateqoriyadan olan şəxslərin olduğunu və hamıya növbəli şəkildə bayram sovqatı paylandığını söyləmişdir. Buna baxmayaraq həmin gün saat 14-30 radələrində Şəxs ona yenidən zəng edərək “niyə bayram sovqatı paylanan ərazidə onunda olmadığını soruşmuş”, o, isə cavabında “sovqatın paylanmasının onun işi olmadığını və onun bunun üçün təhkim olunmadığını söyləmişdir”. Bundan sonra Şəxs telefonda onu nalayiq ifadələrlə söyüb təhqir etmiş və onu evindən aparmaqla hədələmiş. o isə telefonu söndürmüşdür. Bundan bir qədər sonra yenidən Şəxs ona telefon ilə zəng edərək ondan harada olduğunu soruşmuş, o. İsə cavabında işdə olduğunu söyləmişdir. Təxminən saat 15-00 radələrində Əfəndi onun işlədiyi icra hakimiyyətinə gələrək iş yoldaşlarının qarşısında onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir.Bundan sonra o elə həmin gün ərizə ilə Zərdab Rayon Polis Şöbəsinə müraciət edərək Şəxs şikayət etmiş və onun məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Ancaq sonradan Şəxs etdiyi səhvini başa düərək ondan üzr istəmiş və buna görə də o Əfəndini bağışlamış ona yüngül cəza veriməsini xahiş edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X1 tərəfindən tərtib edilmiş 03 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15-15-də Zərdab Rayon İcra Hakimiyyətnin inzibati binasında ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. İşdə olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş əxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Zimhar Bayramovun ondan heç bir şikayəti və tələbi yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasında Zərərçəkmiş şəxs söyüb təhqir etmişdir. Bununla da, o, Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barımasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü olan cərimə tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM : İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar