Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-204/2024 15.04.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X9 Elxan oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi, Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Zərdab rayonu X10 Edən Birliyinin İcraçı Direktoru vəzifəsində işləyən, Zərdab rayonunun Körpükənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 15 aprel 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 04 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında göstərmişdir ki, Zərdab rayon məhkəməsinin 2(035)-460/2023 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu X4 Birliyinin icraçı direktoru Şəxs xx.xx.2023-cü il tarixli, 22 saylı əmri etibarsız hesab edilməlidir. X2 məcburi iş buraxmaya görə buraxılmış əməkhaqqı ödənilərək bərpa edilməlidir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı cavabdehin ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmışdır. Daha sonra borclu şöbəyə dəvət olunmuş və icra sənədi üzrə tələbi dərhal təmin etməsi tələb olunsa da borclu tərəfindən tələb təmin edilməmişdir. Sonra borclu təkrar şöbəyə dəvət olunmuş və xx.xx.2024-cü il tarixdə izahatı alınaraq icra sənədi üzrə tələbi təmin etməsi bildirilsə də borclu birmənalı olaraq icra sənədi üzrə tələbi təmin etməyəcəyini bildirmişdir. Səbəb olaraq isə məhkəmə qərarı ilə razı olmadığını, tələbi təmin etmək niyyəti olmadığını bildirmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Zərdab rayon məhkəməsinin 3(035)-460/2023 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borcunu maddi imkanın zəyif olması və səhhətində müəyyən narahatlıqlar olduğu üçün bu günə qədər ödəyə bilməmişdir. Ancaq hal-hazırda ödəməli olduğu borcunun yəni 2100 ( iki min bir yüz) manat borcun 1/3 hissəsini yəni 700 manatını ödəmiş geri qalan 1400 ( bir min dörd yüz) manat hissəsini isə hər ay tələbkarın əmək haqqısına 200 (iki yüz) manat ödəməklə razılaşmışlar. Əməlindən peşmandır, ona görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. X3 məhkəmə iclasında bildirmişdir ki, O, Zərdab rayon X10 Edənlər Birliyində işləyir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin birliyin icraçı direktorudur. Zərdab rayon Məhkəməsinin 2(035)-460/2023-cü il saylı qətnaməsinə əsasən borclu onu azad etdiyi işinə bərpa etməli, o cümlədən buraxılmış ayların əməkhaqları ümumilikdə 2100 (iki min bir yüz manat) pul ona ödənilməsi qət edilmişdir. Ancaq işinə bərpa olsada bu günə qədər ona ödənilməli olan pul vəsaiti ödənilmədən qalmışdır. Buna baxmayaraq o, borclu ilə razılaşmış ona ödəilməli olan pul vəsaitinin 1/3-ni yəni 700 (yeddi yüz) manatını ilkin olaraq ödəməklə geri qalan 1400 (br min dörd yüz) manatını hər ay 200 (iki yüz) manat olmaqla əmək haqqısına ödənilməsinə razıdır. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin icra məmuru Aysel Yusifovanın, tələbkar Abdı Bayramovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Zərdab rayon məhkəməsinin 2(035)-460/2023 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu X10 edənlər Birliyinin icraçı direktoru Şəxs xx.xx.2023-cü il tarixli, 22 saylı əmri etibarsız hesab edilməsi qət edilmiş, o cümlədən həmin qərarla X2 məcburi iş buraxmaya görə buraxılmış əmək haqqı ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan X3 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 700 manat nəğd şəklində almış, borcun geri qalan hissəsinin hər ay maaşına əlavə olaraq ödənilməsinə razıdır. Eyni zamanda inzibati xəta haqqında işin icraatına xitam veriməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxrıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, borclu Şəxs sözügedən icra vərəqəsinin icrasından qərəzli şəkildə bayun qaçırmır, o, barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə 700 (yeddi yüz) manat ödəmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-204/2024 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.
Məhkəmə qərarları › İş №3(035)-204/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-204/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver