Məhkəmə qərarları › İş №3(035)-205/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-205/2025

28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-205/2025 28.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X8 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 X1 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zərdab rayonu, Qoşaoba kəndi, S.Mahmudov küçəsi ev 15-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 28 noyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 19 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X9 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab rayon məhkəməsinin 2(035)-623/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs iddiaçıya dəymiş maddi ziyana görə 1500 manat və iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 40 manat, cəmi 1540 manat pul tutularaq iddiaçı X6 ödənilməlidir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Borclunun əmlak vəziyyətini öyrənmək üçün elektron-icra informasiya sistemi vasitəsilə sorğular edilmiş, lakin, borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar-daşınmaz əmlak aşkar edilməmişdir. Daha sonra borclu barəsində axtarış elan olunması barədə qərar qəbul olunaraq icra olunması üçün aidiyyəti orqana göndərilmiş və borclu xx.xx.2025-ci il tarixdə İcra və Probasiya şöbəsinə gəlmişdir. Borclunun izahatı alınaraq icra sənədi üzrə tələbi tam şəkildə təmin etməsi tələb edilsə də borclu tələbi təmin edə bilməyəcəiyini bildirərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununlada, o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, maddi imkanı olmadığından borcunu ödəyə bilmir. Əgər vaxt verilsə belə həmin borcu ödəyə bilməyəcəkdir. X2 məhkəmə iclasında bildirmişdir ki, Şəxs maddi imkanı olmadığı və heç bir yerdə rəsmi işləmədiyi üçün icra məmurunun qeyd etdiyi icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilmir. Onun ailə vəziyyətini, maddi durumunu nəzərə alıb ona vaxt verilməsini xahiş edir. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin və onun müdafiəçisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan Zərdab rayon məhkəməsinin 2(035)-623/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs iddiaçıya dəymiş maddi ziyana görə 1500 manat və iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 40 manat, cəmi 1540 manat pul tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. İşdə olan icraata başlama haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərdab rayon məhkəməsinin 2(035)-623/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. İşdə olan Zərdab rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(035)-205/2025 saylı qərarından görünür ki, Şəxs barəsində axtarış elan olunmuş, tapıldığı təqdirdə Zərdab Rayon Məhkəməsinə gətirilməsi qərara alınmış və iş üzrə icraat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tapılanadək dayandırılmışdır. İşdə olan Zərdab rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(035)-205/2025 saylı qərarından görünür ki, Şəxs polis əməkdaşları tərəfindən məhkəməyə təqdim edildiyindən iş üzrə icraatın dayandırılması barədə Zərdab Rayon Məhkəməsinin 3(035)-205/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş və 3(035)-205/2025 saylı inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu Şəxs icra sənədləri üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 28 noyabr 2025-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar