Məhkəmə qərarları › İş №3(035)-210/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-210/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-210/2024 02.05.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X11 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Qida X1 X13 Qida təhlükəsizliyinə nəzarət sektorunun baş məsləhətçisi X10 və həmin regional bölmənin inzibati işlər və təsərrüfat sektorunun məsləhətçisi X2 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1958-ci ildə Zərdab rayonunun Çallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi sahibkarlıqla məşğul olan, Zərdab rayonunun Çallı kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə Şəxs barəsində Azərbaycan Respublikası Qida X1 X9 daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara 02 may 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida X1 X9 daxil olmuş 03 aprel 2024-cü il tarixli, MN ******* saylı inzabati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Zərdab rayonu Çallı kənd sakini Şəxs Zərdab rayonu Çallı kəndində yerləşən “Göl” restoranında xx.xx.2024-cü il tarixdə saat 12:01-də istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneəçilik törətməklə yoxlayıcını yoxlama yerinə buraxmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, 02 aprel 2024-cü il tarixində Qida X1 X13 iki əməkdaşı Zərdab rayonu Çallı kənd ərazisində yerləşən ona məxsus kafeyə gələrək vəsiqələrini və digər sənədlərini təqdim edib plandankənar yoxlama aparılacığını demişlər. O, həmin şəxslərdən plandankənar yoxlamanın hansı əsaslarla aparıldığını soruşduqda AQTA-nın Mərkəzi X13 əməkdaşları onun kafesində piti yeməyindən zəhərlənmə halının olması barədə şikayətin olduğunu bildirmişlər. O, şikayət edən şəxsin haqqında və zəhərlənmənin sübut edilməsi ilə bağlı konkret faktların təqdim edilməsini tələb etmiş, lakin yoxlama aparan şəxslər şikayətçinin kimliyi barədə məlumatları və zəhərlənmə hadisəsinin baş verməsi ilə bağlı konkret faktları təqdim etmədiklərinə görə o, yoxlama aparılmasına icazə verməmişdir. Hazırda səhfini başa düşür. İlk dəfə olaraq inzibati məsuliyyətə cəlb olunur. Əməlindən peşmandır. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X1 X13 Qida təhlükəsizliyinə nəzarət sektorunun baş məsləhətçisi X10 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərdab rayonu Çallı kəndində yerləşən “Göl” restoranında xx.xx.2024-cü il tarixdə saat 12:01-də istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneəçilik törətməklə yoxlayıcını yoxlama yerinə buraxmadığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinə əsasən MN ******* saylı protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Hesab edir ki, protokol qanuna uyğun qaydada tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X1 X13 inzibati işlər və təsərrüfat sektorunun məsləhətçisi X5 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərdab rayonu Çallı kəndində yerləşən “Göl” restoranında xx.xx.2024-cü il tarixdə saat 12:01-də istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneəçilik törətməklə yoxlayıcını yoxlama yerinə buraxmadığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinə əsasən MN ******* saylı protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Hesab edir ki, protokol qanuna uyğun qaydada tərtib edilmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Lakin, inzibati xəta törətmiş şəxsin yaşını, əməlindən peşman olmasını nəzərə alıb ona tətbiq olunacaq inzibati cərimənin şərti olaraq tətbiq edilməsini, şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddətin verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat verən Azərbaycan Respublikası Qida X1 X13 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi X7 izahatında bildirmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqların müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun 16-cı maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli, KY242096382 nömrəli çıxarışa və Azərbaycan Respublikası Qida X1 X13 xx.xx.2024-cü il tarixli, MARB-YPK-014 nömrəli yoxlamanın aparılması haqqında qərarına əsasən Şəxs Zərdab rayonu Çallı kəndində yerləşən “Göl” restoranında xx.xx.2024-cü il tarixdə saat 12:01-də qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsi zamanı Şəxs onlara maneəçilik törətməklə onları yoxlama yerinə buraxmamışdır. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinə əsasən MN ******* saylı protokol tərtib edilmişdir. Hesab edir ki, protokol qanuna uyğun qaydada tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən Azərbaycan Respublikası Qida X1 X13 Qida təhlükəsizliyinə nəzarət sektorunun aparıcı məsləhətçisi Şəxs Tələt oğlu şahid X4 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli axtların surətindən gürünür ki, Azərbaycan Respublikası Qida X1 X13 əməkdaşları tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-ci maddəsinə uyğun olaraq Zərdab rayonu Çallı kəndi ərazisində yerləşən “Göl” restoranında planlı yoxlama aprılarkən, həmin restoranın sahibi Şəxs tərəfindən yoxlayıcılara yoxlama keçirilməsi üçün şərait yaradılmamış və qanuni yoxlama keçirilməsinə maneçilik törədilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Qida X1 X13 əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinə əsasən İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında işin digər materialları ilə müəyyən olundu ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-ci maddəsinə uyğun olaraq Zərdab rayonu Çallı kəndi ərazisində yerləşən “Göl” restoranında planlı yoxlama aprılarkən, restoranın sahibi Şəxs tərəfindən yoxlayıcılara yoxlama keçirilməsi üçün şərait yaradılmamış və qanuni yoxlama keçirilməsinə maneəçilik törədilmişdir. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb olunmasını, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini və Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsi tətbiq edilməklə hüquqpozmanı aradan qaldırması üçün 02 (iki) ay vaxt müəyyən edilməklə ona təyin edilmiş cərimə cəzasının şərti hesab edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsi tətbiq edilməklə hüquqpozmanı aradan qaldırması üçün 02 (iki) ay vaxt müəyyən edilməklə ona təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası şərti hesab edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar