Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-225/2025 04.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Zərdab rayonunun Burunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Zərdab rayonu Burunlu kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiala 04 iyun 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN № ******* və xx.xx.2025-ci il tarixli, MN №2270565 saylı inzibati xəta haqqında protokollardan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:40-da Zərdab rayonu Məmmədqasımlı kəndi ərazisində ansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 izahatında göstərmişdir ki, Zərdab rayon Polis Şöbəsinin PPXB-nin polis nəfərləri Elmar Məmmədzadə və Nihad Məmmədov xx.xx.2025-ci il tarixdə saat 18:40 radələrində Zərdab rayonunun Məmmədqasımlı kəndi ərazisində xidmətdə olan zaman “Hündai Santafe” markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayandığını görüb diqqətlərini çəkdiyi üçün həmin avtomobilə yaxınlaşarkən avtomobilin sürücüsü avtomobildən düşərək üzərilərinə gəlib “məndən, ailəmdən nə istəyirsiz?” “imkan verin yaşayaq” deyərək onlarla mübahisə etməyə başlamış, səs-küy salaraq ucadan ünvansız söyüşlər söymüşdür. Onu nizam intizama dəvət etsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hərəkətlərini davam etdirmişdir. Bu səbəbdəndə həmin şəxsi Zərdab rayon Polis Şöbəsinə gətirərək növbətçi hissəyə təhvil verərək raportla şöbə rəhbərinə məlumat vermişlər. Həmin raport əsasında Şəxs barəsəində onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta törətmiş şəxs X3 məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18:40 radələrində Zərdab rayonunun Məmmədqasımlı kəndi ərazisində olarkən özünü narahat hiss etdiyindən idarə etdiyi “Hündai Santafe” markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilini yolun kənarında saxlayıb üzünü yumaq istəyərkən polis əməkdaşları ona yaxınlaşaraq nə səbəbdən burada dayandığını soruşduqları üçün əsəbləşib onlarla mübahisə etmişdir. Bu səbəbdən onu Polis Şöbəsinə gətirmişlər. Hazırda səhfini başa düşür, yaşını, xəstəliyini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X7 izahatında bildirmişdir ki, Zərdab rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Elmar Məmmədzadə ilə birlikdə xx.xx.2025-ci il tarixdə saat 18:40 radələrində Zərdab rayonunun Məmmədqasımlı kəndi ərazisində xidmətdə olan zaman “Hündai Santafe” markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayandığını görüb diqqətlərini çəkdiyi üçün həmin avtomobilə yaxınlaşarkən avtomobilin sürücüsü avtomobildən düşərək üzərilərinə gəlib “məndən, ailəmdən nə istəyirsiz?” “imkan verin yaşayaq” deyərək onlarla mübahisə etməyə başlamış, səs-küy salaraq ucadan ünvansız söyüşlər söymüşdür. Onu nizam intizama dəvət etsələr də o, öz qanunsuz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdəndə həmin şəxsi Zərdab rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil verərək raportla şöbə rəhbərinə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab RPŞ-nin PPXB-nin polis nəfəri X4 şahid X5 izahatına uyğun izahat vermişlər. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* və xx.xx.2025-ci il tarixli, MN №2270565 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:40-da ünvan 1 ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, AZA 020505 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-cü il tarixdə saat 20:40-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisinin, inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatları, inzibati xəta haqqında protokollar və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:40-da ünvan 1 ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmiş və həmin əraziyə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati xətanı səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, bu hərəkətin davam etdirməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə edilsin, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilərək Şəxs 01 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 150 (yüz əlli ) manat cərimə saxlanılsın. Qərarın icrası Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-225/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-225/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver