Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-25/2025 21.01.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X7 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Kəlbəcər rayonunun Soyuqbulaq kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Zərdab rayonunun Qoşaoba kəndində yaşayan Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiala 21 fevral 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN № ******* və xx.xx.2025-ci il tarixli, MN №2024469 saylı inzibati xəta haqqında protokollardan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs 17 yanvar 2025-ci il tarixdə, saat 17:30 radələrində Zərdab rayonu, Qoşaoba kəndində ucadan nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabe olmamış, daha sonra, polis əməkdaşlarının səyi nəticəsində Zərdab RPŞ-yə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Bu barədə Zərdab rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən xx.xx.2025-ci il tarixli, MN № ******* və MN №2024469 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, 17 yanvar 2025-ci il tarixdə, saat 17:30 radələrində Zərdab rayonu, Qoşaoba kəndində qardaşı arvadı Rəfiqə Abdullayeva ilə arasında olan torpaq mübahisəsi ilə əlaqədar hirslənib ucadan nalayiq ifadələr işlətmiş, əraziyə gələn polis əməkdaşları onu nizam intizama dəvət etsələr də əsəbi olduğundan onların qanuni tələblərinə tabe olmamışdır. Lakin, buna baxmayaraq polis əməkdaşları onu Polis Şöbəsinə gətirmişlər. Hazırda törətdiyi əməldən peşmandır, ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid, Zərdab RPŞ-nin İTB-nin polis nəfəri X6 izahatında göstərdi ki, 17 yanvar 2025-ci il tarixdə, saat 17:30 radələrində Zərdab rayonu, Qoşaoba kənd sakini X1 etdiyi müraciətlə əlaqədar Zərdab RPŞ-nin əməkdaşları Ziya Məmmədrəhimli və Sadiq Əhmədovla birlikdə həmin əraziyə getmişlər və orada Şəxs, Elgiz Abdullayev və X5 Abdullayeva ilə torpaq mübahisəsi etdiklərini görüb onları nizam intizama dəvət etmişlər və izahatlarının alınması üçün Polis Şöbəsinə dəvət etdikdə Şəxs, Elgiz Abdullayev və Çingiz Abdullayevin hər üçü onların qanuni tələblərinə tabe olmayaraq Polis Şöbəsinə getməkdən imtina etmişlər. Buna baxmayaraq onların Polis Şöbəsinə gətirilməsi digər polis əməkdaşlarını köməyi ilə təmin edilmişdir. Həmin vaxt Şəxs ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid Zərdab RPŞ-nin PPXB-nin polis nəfəri X4 şahid X3 izahatına uyğun, oxşar məzmunlu izahat verərək göstərilən xüsusatları bir daha təsdiq etdi. İşdə olan sənədlərdən, o cümlədən raportdan görünür ki, Şəxs 17 yanvar 2025-ci il tarixdə, saat 17:30 radələrində Zərdab rayonu, Qoşaoba kəndində ucadan nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabe olmamış, daha sonra, polis əməkdaşlarının səyi nəticəsində Zərdab RPŞ-yə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində Zərdab rayonunun Qoşaoba kəndi ərazisində ucadan nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində Zərdab rayonunun Qoşaoba kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta törətmiş şəxsin izahatı, şahidlərin ifadələri, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokollar və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:30-da Zərdab rayonunun Qoşaoba kəndi ərazisində ucadan nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmiş və həmin ərazidə xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati xətanı səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, bu hərəkətin davam etdirməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-25/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-25/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver