Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-254/2025 18.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon Polis Şöbəsinin İTB-nin rəisi X1 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Zərdab rayonunun Gödəkqobu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Zərdab rayonunun Gödəkqobu kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiala 18 iyun 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN № ******* və xx.xx.2025-ci il tarixli, MN №2270557 saylı inzibati xəta haqqında protokollardan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:45 radələrində Zərdab rayonunun Gödəkqobu kəndində səs-küy salaraq ucadan ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahatında göstərmişdir ki, Zərdab rayonunun Gödəkqobu kənd sakini X2 Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzinə etdiyi müraciətinə əsasən Zərdab RPŞ-nin əməliyyat qrupunun üzvləri hadisə yerinə getdikdə Zərdab rayonunun Gödəkqobu kənd sakini Şəxs səs-küy salaraq ucadan ünvansız söyüşlər söydüyünü görüb ona yaxınlaşaraq onu nizam intizama dəvət etsələr də, Şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdəndə həmin şəxsi Zərdab rayon polis Şöbəsinə gətirərək növbətçi hissəyə təfil verərək raportla şöbə rəhbərinə məlumat vermişlər. Həmin raport əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, Kürdəmir rayonu ərazisində çəltik əkilməsində fəhlə kimi köməklik etmiş və bunun müqvilində xidmət haqqı almışdır. Aldığı pulla özünə spirtli içki alıb içmişdir. Sərxoş vəziyyətdə evə gəldiyi üçün arvadı ilə mübahisə etmiş və qızı Çinarə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzinə zəng etmişdir. Bu səbəbdən əraziyə gələn polis əməkdaşlarını görüb hirslənmiş və ucadan ünvansız söyüşlər söymüşdür. Polis əməkdaşları onu nizam intizama dəvət etsələr də əsəbi olduğundan onların qanuni tələblərinə tabe olmamış və Polis Şöbəsinə getməkdən imtina etmişdir. Lakin, buna baxmayaraq onu Polis Şöbəsinə gətirmişlər. Hazırda etdiyi əməldən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri X7 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə istintaq əməliyyat qrupunun üzvü olduğu üçün Zərdab rayonunun Gödəkqobu kənd sakini X2 Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzinə etdiyi müraciətinə əsasən Zərdab RPŞnin əməliyyat qrupunun digər üzvləri ilə birlikdə o, da hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda Zərdab rayonunun Gödəkqobu kənd sakini Şəxs səs-küy salaraq ucadan ünvansız söyüşlər söydüyünü görüb ona yaxınlaşaraq onu nizam intizama dəvət etsələr də, Şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən də həmin şəxs Zərdab rayon Polis Şöbəsinə gətirilib növbətçi hissəyə təhvil verilərək raportla şöbə rəhbərinə məlumat verilmişdir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* və xx.xx.2025-ci il tarixli, MN №2270557 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:45-də Zərdab rayonunun Gödəkqobu kəndində səs-küy salaraq ucadan ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, AZA 020505 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-cü il tarixdə saat 02:40-da inzibati qaydada tutulmuş və xx.xx.2025-ci il saat 18:30 -da azad edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisinin, inzibati xəta törətmiş şəxsin və şahidin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokollar və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:45-də Zərdab rayonunun Gödəkqobu kəndində səs-küy salaraq ucadan ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmiş və həmin əraziyə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsi və əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, bu hərəkətin davam etdirməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Həmçinin məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətalara görə 16 iyun 2025-ci il tarixdə saat 02:40-da tutularaq, 17 iyun 2025-ci il tarixdə saat 18:30da buraxıldığından barəsində inzibati həbs növündə tənbeh tətbiq edilərkən onun iki gün inzibati qaydada tutulması nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati xəta törətmiş Şəxs xx.xx.2025-ci il tarixdən saat 02:40-dan, xx.xx.2025-ci il saat 18:30-dək inzibati qaydada tutularaq saxlanıldığı müddət ona təyin edilmiş 08 (səkkiz) gün müddətinə inzibati həbsdən çıxılsın və üzərində 06 (altı) gün müddətinə inzibati həbs saxlanılsın. İnzibati həbs etmənin əvvəli 18 iyun 2025-ci il tarixdən saat 13:20-dən hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: CAVİD ABBBASOV
Məhkəmə qərarları › İş №3(035)-254/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-254/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver