Məhkəmə qərarları › İş №3(035)-261/2024

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №3(035)-261/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 3(035)-261/2024 25.04.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X12 Elxan oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi Şikayəti vermiş şəxs X2 Qida X3 X13 nümayəndələri X14 və X4 iştirakı ilə, X2 Azərbaycan Respublikası Qida X7 X13 03 aprel 2024-cü il tarixli MN ******* saylı protokolu və 03 aprel 2024-cü il tarixli MN ******* saylı qərardadından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs X5 Azərbaycan Respublikası Qida X7 X13 03 aprel 2024-cü il tarixli MN ******* saylı protokolu və 03 aprel 2024-cü il tarixli MN ******* saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhəmməd Məhəmmədov şikayətini bu cür əsaslandırmışdır. O, protokolun və Qida X3 X13 qərardadının qanunsuz olduğundan hesab edir ki, ləğv edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o təqsirsiz sayılır. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hal-hazirda qüvvədə olan protokolda onun inzibati xəta törətməsi ilə bağlı sübut yoxdur. Yalnız protokolda göstərilib ki, video çəkiliş ilə təsdiq edilib. Lakin adıçəkilən video çəkiliş protokola əlavə edilməmişdir. Əlavə olaraq qeyd edir ki, 02 aprel 2024-cü il tarixində Qida X3 X13 iki əməkdaşı Zərdab rayonu Çallı kənd ərazisində yerləşən ona məxsus kafeyə gələrək vəsiqələrini və digər sənədlərini təqdim edib plandankənar yoxlama aparılacığını söyləyərək onun plandankənar yoxlamanın hansı əsasslarla aparılır sualıma isə AQTA-nın Mərkəzi X13 əməkdaşları, bu kafedə piti yeyən şəxsin zəhərlənməsi ilə bağlı şikayət olunub. O, şikayət edən şəxsin haqqında və zəhərlənmənin sübut edilməsi ilə bağlı konkret faktların təqdim edilməsini istəmiş, lakin yoxlama aparan şəxslər şikayətçinin kimliyi barədə məlumatları və zəhərlənmə hadisəsinin baş verməsi ilə bağlı konkret faktları təqdim etmədiklərinə görə o, qanuna uyğun olaraq yoxlama aparılmasına icazə verməmişdir. xx.xx.2024-cü il tarixdə yenidən yoxlamaya gələn şəxslər ona şikayət zəhərlənmə faktı ilə bağlı deyil, şikayətçi öz müraciətində pitinin köhnə olmasını göstərdiyini söyləmişlər. O, yenədə konkret fakt olmadığına görə və şikayət anonim olduğuna görə yoxlamanın aparılmasına icazə verməmişdir. Bu qeyd etdiklərinə əsasən məlum olur ki, Azərbaycan Respublikası Qida X3 X13 ona məxsus olan və Zərdab rayonu Çallı kənd ərazisində yerləşən kafedə plandankənar yoxlamanın aparılması qanunsuz və əsassız olmuşdur və buna görədə yoxlamanın aparılmasına icazə verməmək hüququ olduğunu qanuna uyğun hesab etmişdir. Odur ki, 03 aprel 2024-cü il tarixli MN ******* saylı protokolun və protokol əsasında tərtib edilmiş 03 aprel 2024-cü il tarixli MN ******* saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Qida X3 X13 nümayəndəsi X11 izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 rayonu Çallı kəndində yerləşən “Göl” restoranında xx.xx.2024-cü il tarixdə saat 12:01-də istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneəçilik törətməklə yoxlayıcını yoxlama yerinə buraxmadığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinə əsasən MN ******* saylı protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, X2 şikayəti əsassızdır və ona görə də şikayətin rədd olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə şikayəti nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək yolu ilə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydası müəyyən edilmişdir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan şikayət vermiş şəxs X2 İXM-in 544.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair səlahiyyətli orqanın qərarının çıxarılması müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən X5 tərəfindən 03 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və 03 aprel 2024-cü il tarixli MN ******* saylı qərardaddan verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132- 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 tərəfindən 03 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və 03 aprel 2024-cü il tarixli MN ******* saylı qərardaddan verilmiş şikayət geri qaytarılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Zərdab rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar