Məhkəmə qərarları › İş №3(035)-262/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-262/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-262/2024 07.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Mən, Zərdab Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Zərdab rayon icra və probasiya şöbəsinin rəisi X3 iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Zərdab rayonu, Məlikumudlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Zərdab rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Zərdab rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X4 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Zərdab Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokoldan, həmin protokola ******* saylı əlavədən və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci tarixli, 2(035)- 678/2022 saylı icra vərəqəsinə əsasən tələbkar Zərərçəkmiş şəxs ödəməli olduğu 1890 manat aliment borcunu ödəməkdən yayınır və məhkəmə qətnaməsini qərəzli olaraq icra etmir. Bu barədə Zərdab rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X4 tərəfindən 22 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Zərdab rayon icra və probasiya şöbəsinin rəisi X6 tərtib edilmiş protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci tarixli, 2(035)-678/2022 saylı qətnaməsinə əsasən bu məhkəmənin əvvəlki qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək borclu Şəxs 23 iyul 2016-cı il təvəllüdlü X1 və 09 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyirinə ödənilməsi qət edilmişdir. Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci tarixli, 2(035)-678/2022 saylı icra sənədi rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra müvafiq qərarla icraata başlanılmış, borcluya icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, yuxarıda qeyd olunan icra sənədi lazımınca icra edilməmiş, habelə borclu aliment borcunu ödəməkdən yayınmışdır. Borclunun əmlak vəziyyətini öyrənmək üçün elektron-icra informasiya sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar-daşınmaz əmlak aşkar edilməmişdir. Bundan sonra, borclu şöbəyə dəvət olunsa da, sonuncu çağırışlara məhəl qoymayaraq icra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda borclu barəsində 29 mart 2023-cü il tarixdə axtarış elan olunması barədə qərar qəbul olunaraq icra olunması üçün aidiyyatı orqana göndərilmişdir. Bundan sonra, borclu şöbəyə təhvil verilmiş və 13 aprel 2022-ci il tarixdə izahatı alınaraq aliment borcunu ödəməli olduğu bildirilmiş və borcluya 26 aprel 2023-cü il tarixə kimi təkrar müddət verilmişdir. Sonrakı müddət ərzində də borclu aliment borcunu ödəmədiyindən 01 may 2023-cü il tarixdə barəsində təkrar axtarış elan olunması barədə qərar qəbul olunaraq icra olunması üçün aidiyyatı orqana göndərilmişdir. Borclu 16 may 2023-cü il tarixdə şöbəyə təhvil verilmiş və icra sənədi üzrə aliment borcunu ödəməli olduğu bildirilmişdir. Lakin, borclu icra sənədi üzrə aliment borcunu ödəyə bilməyəcəyini qeyd etmişdir. Bundan sonra, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 16 may 2023-cü il tarixli, 3(035)-298/2023 nömrəli, qərarına əsasən Şəxs barəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs qərarı qəbul olunmuşdur. Daha sonra, borclunun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması üçün 19 may 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 31 may 2023-cü il tarixli 8(035)-22/2023 nömrəli qərarı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Sonrakı müddət ərzində də borclu yaranmış 910 manat aliment borcunu ödəmədiyindən barəsində 30 avqust 2023-cü il tarixdə təkrar axtarış elan olunması barədə qərar qəbul olunaraq icra olunması üçün aidiyyatı orqana göndərilmişdir. Borclu 02 noyabr 2023-cü il tarixdə şöbəyə təhvil verilmiş və icra sənədi üzrə yaranmış 910 manat aliment borcunu ödəməli olduğu bildirilmişdir. Lakin, borclu icra sənədi üzrə aliment borcunu ödəyə bilməyəcəyini qeyd etmişdir. Bunda sonra, borclu barəsində yenidən Azərbaycan Respublikası İXM-nin 528.1- 1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində həbs edilmişdir. Borclu həbsdən çıxdıqdan sonra borcunu ödəmək üçün yedi gün müddət verilməsinə baxmayaraq sonuncu tələbi təmin etməmiş və çağrışlara gəlməmişdir. Bundan sonra, borclu Şəxs barəsində axtarış qərarı qəbul edilərək Zərdab RPŞ-yə göndərilmiş və şöbənin əməkdaşları tərəfindən borclu Şəxs tapılaraq rayon icra və probasiya şöbəsinə gətirilmişdir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Beləliklə, qeyd edilən inzibati xəta haqqında iş məhkəmənin icraatında olarkən borclu sözügedən icra sənədi üzrə olan borcundan bir sıra ödənişlər etdikdən sonra sonuncunun hazırkı vaxta (2024-cü ilin oktyabr ayınadək) ödənilməmiş 1260 manat borcu qalmışdır. Lakin qeyd edilən hallara baxmayaraq, hesab edir ki, borclu formal olaraq ödənişlər edir, əsl məqsədi icra hərəkətlərindən yayınmaqdır. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Borclu yaranmış borcundan xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 80 manat, xx.xx.2024-cü il tarixdə 149.80 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 40 manat, xx.xx.2024-cü il tarixdə 99.80 manat, xx.xx.2024-cü il tarixdə 80 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 150 manat ödənişlər etmişdir. Lakin borclunun 2024-cü ilin oktyabr ayınadək olan borcu 1260 manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ayda 600-700 manat məbləğində qazanc əldə edir. Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci tarixli, 2(035)-678/2022 saylı icra sənədi üzrə 22 aprel 2024-cü il tarixə Zərərçəkmiş şəxs 1890 manat aliment borcu mövcud olmuşdur. Sözügedən icra sənədi üzrə borcundan müxtəlif vaxtlarda ödəniş etdikdən sonra onun tələbkara inzibati xəta haqqında protokol tərtib olunan vaxta heç bir borcu qalmamışdır. Ona görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu Şəxs Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci tarixli, 2(035)-678/2022 saylı icra sənədi üzrə ona olan aliment borcunu ödəməkdən yayınır. Borclu yaranmış borcundan xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 80 manat, xx.xx.2024-cü il tarixdə 149.80 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 40 manat, xx.xx.2024-cü il tarixdə 99.80 manat, xx.xx.2024-cü il tarixdə 80 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 150 manat ödənişlər etmişdir. Lakin hazırda da borclunun borcu olduğundan borclu Şəxs şikayətçi olmaqla, sonuncudan borcun tam şəkildə ödənilməsini tələb edir və barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir (zərərçəkmiş şəxs bununla bağlı yazılı ərizəsini də təqdim etmişdir). İşdə olan sənədlərin surətlərindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci tarixli, 2(035)-678/2022 saylı icra sənədi icra olunması üçün Zərdab rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. İşdə olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, borclu xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 80 manat, xx.xx.2024-cü il tarixdə 149.80 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 40 manat, xx.xx.2024-cü il tarixdə 99.80 manat, xx.xx.2024-cü il tarixdə 80 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, ümumilikdə 2129.60 manat ödənişlər etmişdir. İşdə olan Zərərçəkmiş şəxs 22 aprel 2024-cü il tarixli iltizamından görünür ki, borclu Şəxs sözügedən icra sənədi üzrə ona olan borcundan 500 manat ödəniş etmişdir. İşdə olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi yazılı ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olmaqla sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunma barədə protokol tərtib edilənədək yaranmış aliment borcunun məbləği 1890 manat təşkil etmişdir. Nəzərə alınsa ki, hazırki inzibati xətanın törədilməsini özündə ehtiva edən sənəd məhz İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunma barədə protokoldur, belə olan halda qeyd etmək olar ki, həmin protokol tərtib edilənədək yaranmış borca münasibətdə inzibati xəta haqqında işə baxılır. İşdə olan sənədlərdən, eyni zamanda məhkəmə iclasının audio video qeydi zamanı proses iştirakçılarının verdikləri təsdiqləyici izahatlarla müəyyən edildi ki, borclu xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 80 manat, xx.xx.2024-cü il tarixdə 149.80 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 40 manat, xx.xx.2024-cü il tarixdə 99.80 manat, xx.xx.2024-cü il tarixdə 80 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, ümumilikdə 2129.60 manat ödənişlər etmişdir. Məhkəmə araşdırması zamanı qeyd edilən ödənişlərin borclu tərəfindən icra edilməsi hazırki iş üzrə baxılan inzibati xəta haqqında protokolda göstərilən borcdan da artıq ödəniş edildiyini bir daha təsdiq edir. Bu hal isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati xətanın tərkibini istisna edir. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. Beləliklə, yuxarıda göstərilənlər hazırkı vəziyyət icra sənədinin Şəxs tərəfindən həqiqətən də qəsdən və qərəzli icra edilməməsinə əsas olan fikirləri və ehtimalları aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, hazırda şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da belə nəticəyə gəlmək olar ki, icra sənədinin icra edilməməsi, borclunun icradan boyun qaçırması, icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi halları öz təsdiqini tapmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, hakim qəraraaldım:

1. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar